Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1039/2023 17.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi X2 qızının katibliyi Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Goranboy Rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə ilk məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Poçt göndərişinin izlənilməsi barədə sənəddən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclası barədə bildirişi almışdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır. Cavabdeh3 iddiaçının məhkəmənin birinci çağırışına gəlmədiyini ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 11889 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1039/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1039/2023
17.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver