Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-104/2023 17.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “*3*7554 №-li akta əsasən hesablanmış məbləğin silinməsi” haqqında iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin *3*7554 №-li aktına əsasən hesablanmış 1*4* manat cərimənin onun üzərindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy şəhəri C.Cabbarlı küçəsi bina 4, mənzil 41-də ona məxsus olan mənzilə *8.*6.2*22-ci il tarixdə Goranboy rayon Qaz İstismar İdarəsinin nümayəndələri yaxınlaşaraq sayğacın istismar müddətinin bitdiyi üçün yenisi ilə əvəz olunmasını bildirdilər, həmin sayğac onun adınadır, buna görə də, o, buna razılıq vermişdir. Bundan sonra onun iştirakı ilə köhnə sayğac çıxarılıb yenisi ilə əvəz edilmişdir. Sayğac yenisi ilə əvəz olunarkən onun iştirakı ilə sayğaca ümumi baxış keçirilmiş və həmin vaxt sayğaca hər hansı bir müdaxilənin olması barədə nümayəndələr tərəfindən fikir bildirilməmişdir. Lakin sayğacın yenisi ilə əvəz olunmasından uzun müddət keçməsinə baxmayaraq, 2*.*9.2*22-ci il tarixdə "Azəriqaz" İB Gəncə RQİİ-nin TQQ ve SX-nın mühəndisi K.Xəlilova, texnik B.Həsənov və nəzarətçi çilingər V.Uluxanov tərəfindən onun iştirakı olmadan *3*7554 N-li akt tərtib edilmişdir. Tərtib edilən həmin aktda sayğacın plastmas ekranında kənar təsir izi olması, plastmas qapağın açılması və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğunun aşkar edilməsi göstərilir və dəymiş ziyanın abonent tərəfindən ödənilməsi tələb olunur. *3*7557 №-li akta əsasən hesablanmış ziyanı aşağıdakı hallara görə qanunsuz və əsassız hesab edir. Sayğac çıxarılarkən heç bir qüsur qeyd olunmamışdır, sayğacın yeganə dəyişmə səbəbi sırf istismar müddətinin keçilməsi ilə bağlıdır və onun dəyişdirilməsinə cavabdeh Qİİ-dir. Sayğacın dəyişdirilməsindən bir neçə ay sonra akt yazılmışdır. Aktda göstərilən qüsurlar sayğac sökülərkən qeydə alınmamışdır. Sayğacın dəyişdirilməsindən uzun bir müddət keçdikdən sonra sayğaca yenidən keçirilən baxış isə həm onun iştirakı olmadan, həm də cavabdehin öz laboratoriyasında aparıldığı üçün qərəzli və əsassız hesab edir. Göstərilənlərə əsasən hesab edir ki, tərtib edilmis *3*7554 №-li akta əsasən hesablanmış əsassız məbləğ onun üzərindən silinmılidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sayğac sağlam şəkildə sökülmüşdür. Bundan sonra akt tərtib edilmiş və ona cərimə ünvanlanmışdır ki, guya sayğaca onun tərəfindən müdaxilə edilmişdir. Həmin gün yəni, sayğac sökülən zaman o da orda olmuşdur və sayğac tam müdaxiləsiz, sağlam şəkildə sökülərək yenisi ilə əvəz edilmişdir. Labotariyada sayğaca baxış keçirilən zaman onun iştirakı qərəzli şəkildə təmin edilməmişdir. Cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında *3*7554 nömrəli, 2*.*9.2*22-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın plastmas ekranında kənar təsir izi olması, plastmas qapağın açılması və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisi sınmışdır; Abonentin saldosuna əsasən (2*22-ci il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1*36,8* manat pul abonentdən tələb olunur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, *8.*6.2*22-ci il tarixli aktdan görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*11-ci il 12 may tarixli 8* nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanan 1*4* manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 3*,4* manat məbləğində dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İB tərəfindən *3*7554 №-li akta əsasən İddiaçı (Goranboy şəhəri, C. Cabbarlı küçəsi, bina 4, mənzil 41, Abonent kodu: 2522*42**4**12*) hesablanmış 1*4* manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən *3*7554 №-li akta əsasən İddiaçı (Goranboy şəhəri, C. Cabbarlı küçəsi, bina 4, mənzil 41, Abonent kodu: 2522*42**4**12*) hesablanmış 1*4* manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinə 3*,4* (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-104/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-104/2023
17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver