Məhkəmə qərarları › İş №2(045)-1041/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1041/2024

03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1041/2024 03.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3033,29 (üç min otuz üç manat iyirmi dokkuz qəpik) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə 25%-lə 7846.68 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin tərkib hissəsi olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanaraq o cavabdehin görürdüyü kreditə zamin durmuşdur. Bundan sonra cavabdeh Bank qarşısında olan öhdəliyini icra etmədiyinə görə bank tərəfindən onun əmək haqqısından borcalanın kredit borcu tutulur və tutulmaqda davam edir. Hazırda reqres iddia hüququndan istifadə edərək cavabdehə qaşı iddia qaldırır. Kredit borcunun tutulması ilə bağlı kart məlumatlarını məhkəməyə təqdim edir. Hazırda onun əmək haqqısından cavabdehin kredit öhdəliyi üzrə borcundan 3033,29 manat məbləğində pul tutulmuşdur. Cavabdehə tərəfindən tutulan pulun və kredit borcunu ödəməyini tələb etsə də cavabdeh borcunu ödəməkdən yayınır. Bu baxımdan hazırda reqres iddia hüququ üzrə məhkəməyə müraciət edir. Cavabdehə borcunu ödəməyi məhkəmədən kənar qaydada bildirsə də cavabdeh borcunu ödəməkdən imtina etmiş, bu baxımdan cavabdeh tərəfindən ona vurduğu zərəri ödəməkdən yayındığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, cavabdehə rəsmi qaydada borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh yenədə öhdəliyini icra etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, Z-RGTK3642076A127saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 60 ay müddətinə 25%-lə 7846,68 manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və İddiaçı bu müqavilə üzrə zamin qismində üzərinə öhdəliklər götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, zamin İddiaçı əmək haqqından xx.xx.2021-ci il tarixli, Z-RGTK3642076A127 saylı kredit müqaviləsi üzrə ümumilikdə 3030,52 manat məbləğində vəsait tutulmuşdur; "xxxx" ASC-nin 25620 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 51 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı maddi hüquq normalarına əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı zamin kimi kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təmin edilməsi üçün "xxxx" ASC qarşısında borclu iş üzrə Cavabdeh ilə birgə məsuliyyət götürmüş, Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etmədiyi üçün bank tərəfindən öhdəliklərin icra edilməsinin təmin edilməsi üçün iş üzrə iddiaçı (zamin) İddiaçı əmək haqqından ümumilikdə 3030,52 manat pul tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 431.3-ci maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il tarixli, Z-RGTK3642076A127saylı kredit müqaviləsi üzrə yaranmış borc zamin İddiaçı əmək haqqına yönəldilərək icra edilmişdir. Nəticə etibarilə İddiaçı əmək haqqından borc ödənilmiş bununla da zaminin əsas borcluya, yəni İddiaçı Cavabdeh qarşı reqres hüququ yaranmışdır. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı "xxxx" ASC-yə ödənilmiş 3030,52 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddiasını əsaslı hesab edir və iddianın qismən təmin edilməsi qənaətinə gəlir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə tədqiq еdilmiş sübutlаrа əsаslаnаrаq və qаnunvеriciliyin yuхаrıdа göstərilən nоrmаlаrını rəhbər tutаrаq iddia tələbi üzrə bеlə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3030,52 manat məbləğində borc pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh оlununlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3030,52 manat məbləğində borc pul tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar