Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1063/2024 16.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı Cavabdeh qarşı “Avtomobillərin hərraca çıxarılması barədə” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-BX-*** “Chevrolet-Niva” markalı və **-UF-*** “Mercedes-Benz” markalı avtomobillərin hərraca çıxarılması və satılaraq Cavabdeh, X1 və İddiaçı paylarının 1/3 hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçının ərizədə göstərdiyi tələblərdən biri olan **-BX-*** “Chevrolet-Niva” markalı və **-UF-*** “Mercedes-Benz” markalı avtomobillərin üzərində Cavabdeh, X1 və İddiaçı 1/3 hissədə paylarının bölünməsi üzrə artıq Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(045)-1446/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 114.1.2-ci maddəsinə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1125 saylı qəbzdən görünür ki, İddiaçı 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Avtomobillərin hərraca çıxarılması barədə” iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, həmin cavabdehə və ya cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1063/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1063/2024
16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver