Məhkəmə qərarları › İş №2(045)-1064/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1064/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1064/2024 10.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbini irəli sürərək Cavabdeh tərəfindən Goranboy şəhəri, C.Cabbarlı küçəsi 4 saylı evin 29 saylı mənzilinə yazılmış 125 manat borc vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, **********00290 abonent kodu üzrə onun ünvanı səhv qeyd edilmişdir. Bu zaman onun guya 125 manat borcunun olması qeyd edilmişdir. Buna görə də Cavabdeh əməkdaşları tərəfindən Goranboy şəhəri, C.Cabbarlı küçəsi 4 saylı evin 29 saylı mənzilinə yazılmış 125 manat borc vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Goranboy regional Qaz İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, **********00290 abonent kodu üzrə İddiaçı istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş İddiaçı adına olan **********00290 abonent kodu üzrə Goranboy şəhəri, C.Cabbarlı küçəsi ev 4, mənzil 29-a dair abonent saldosundan görünür ki, İddiaçı 2011-ci ilə 90,70 manat qalıq borcu olmuş, sayğac göstəricisi 1727 olmuş, 2017-ci il üzrə sayğac göstəricisi 2600 qeyd edilmişdir. Hazırda təbii qazdan istifadəyə görə 125 manat borcu qalmaqdadır. Məhkəmə işdə iştirak edən idddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı adına olan **********00290 abonent kodu üzrə Goranboy şəhəri, C.Cabbarlı küçəsi ev 4, mənzil 29-a dair abonent saldosundan görünür ki, İddiaçı 2011-ci ilə 90,70 manat qalıq borcu olmuş, sayğac göstəricisi 1727 olmuş, 2017-ci il üzrə sayğac göstəricisi 2600 qeyd edilmişdir. Hazırda təbii qazdan istifadəyə görə 125 manat borcu qalmaqdadır. İddiaçı hal-hazıra olan borcu təbii qazdan istifadə borcudur. Belə ki, İddiaçı istifadə etdiyi təbii qazın dəyərini ödəməmiş, bu səbəbdən də onun hazırda 125 manat borcu yaranmışdır. İşin göstərilən halları işdə iştirak edən iddiaçının izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmamış, İddiaçı istifadə etdiyi təbii qazın dəyərini ödəməmiş, bu səbəbdən də onun hazırda 125 manat borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.3-cü bəndinə əsasən İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir. İddiaçı **********00290 abonent kodu üzrə onun ünvanın səhv qeyd edildiyini iddia etsə də, buna dair mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, işdə olan İddiaçı adına olan **********00290 abonent kodu üzrə Goranboy şəhəri, C.Cabbarlı küçəsi ev 4, mənzil 29-a dair abonent saldosuna əsasən İddiaçı 2011-ci ilə 90,70 manat qalıq borcunun olduğu, sayğac göstəricisinin 1727 olduğu, 2017-ci il üzrə sayğac göstəricisinin isə 2600 qeyd edildiyi müəyyən edilmişdir. 2011-ci il üzrə sayğac göstəricisindən göründüyü kimi, qalıq 90,70 manat borc təbii qazdan istifadə borcudur. xx.xx.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən **********00290 abonent kodu üzrə İddiaçı istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuş, həmin tarixdən sonra isə ona hər hansı borc məbləği hesablanmamışdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 518.40-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar