Məhkəmə qərarları › İş №2(045)-1074/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1074/2025

12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1074/2025 12.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11 Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneçilik törətməyə qadağa qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ əsasında ona məxsus olan və Goranboy rayonu, Rəhimli kəndində yerləşən 0.05 ha ölçüdə olan həyətyanı torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin əməkdaşlarına və ona baxış keçirilməsinə maneçilik törətməyə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 qardaşı, Cavabdeh2 isə onun arvadıdır. Onun cavabdehlər ilə heç vaxt pis münasibəti olmamışdır və yoxdur. Münasibətlərinin pisləşməsinə səbəb cavabdehlərin ona qarşı olan əsassız hərəkətləridir. Belə ki, qardaşı X27 30 aprel 2024-cü il tarixdə yaşadığı Goranboy rayonunun Rəhimli kəndində vəfat etmişdir. Bu barədə olan Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətini məhkəməyə təqdim edir. Qardaşının ölümündən sonra Goranboy rayonunun Rəhimli kəndində onun mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Məhkəməyə təqdim etdiyi Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-743/2024 saylı arayışdan görünür ki, qardaşının sağlığında ailəsi olmamışdır. Məhkəməyə təqdim etdiyi ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, ataları X10 xx.xx.1973-cü il tarixdə, anaları-X3 isə xx.xx.1997-ci il tarixdə vəfat etmişlər. Məhkəməyə təqdim etdiyi “Elektron notariat" X1 Çıxarışdan görünür ki, mərhum qardaşı Rəşid Bayramovun dörd sağ olan vərəsələri var ki, onlardan da bacıları X12 və X17 vərəsə kimi miras əmlakdan imtina etmişlər. Hazırda vərəsə kimi, o və cavabdeh qardaşı Cavabdeh1 tanınmışdır. O mərhum qardaşı X13 miras qalan daşınmaz əmlaka qanun üzrə vərəsə tanınması və miras əmlaka qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün ərazi üzrə Goranboy rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisinindən ona bildirildi ki, həmin miras əmlak barədə müvafiq Çıxarış təqdim etməli və bu barədə xx.xx.2025-ci il tarixli 99 nömrəli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 07 saylı Bərdə Ərazi İdarəsinə məktub ünvanlamışdır. Həmin məktubun surətini məhkəməyə təqdim edir. Məhkətəyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 07 saylı Bərdə Ərazi İdarəsinin ona ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərazi idarəsinin mütəxəssisi müayinə baxış üçün sözügedən əmlaka baxış üçün getmiş, lakin cavabdehlər tərəfindən müayinə baxışın keçirilməsinə icazə verilməmişdir. Ona görə də ona məsləhət olundu ki, maneənin aradan qaldırılması barədə iddia qaldırsın. İndi istəyir ki, mərhum qardaşından miras qalmış həmin həyətyanə torpaq sahəsini və tikdirdiyi evi qeydiyyata aldırısın, lakin cavabdeh həmin idarənin əməkdaşlarını müvafiq çəkilişin, plan və sxemin tərtib edilməsi üçün nə torpaq sahəsinə, nə də həmin torpaq sahəsində tikdirdiyi evə buraxmır, onlar da evin sənədləşdirilməsi üçün lazım olan əməliyyatları apara bilmirlər. Cavabdehlər iddia edirlər ki, ev və torpaq sahəsi hamsı onlara məxsusdur. Tələbi ondan ibarətdir ki, cavabdehlər vərəsəlik hüququ əsasında ona məxsus olan və Goranboy rayonunun Rəhimli kəndində yerləşən 0.05 ha ölçüdə olan həyətyanı torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin əməkdaşlarına və ona baxış keçirilməsinə maneçilik törətməyə qadağa qoyulsun. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X23 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, Goranboy rayonunun Rəhimli kəndində onun mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətində olduğu və iddiaçı tərəfindən verilmiş iddia əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 oğluna məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 161F, KOD 50923028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 27 saylı qərarına əsasən 0,25 hektar torpaq sahəsi Goranboy rаyоnu, Rəhimli kənd sakinləri Cavabdeh1, X18, Cavabdeh2 X4 və X5 mülkiyyətinə verilmişdir; “Elektron notariat" X1 Çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X18 qanun üzrə vərəsələri İddiaçı, Cavabdeh1dur, miras paydan imtina etmiş şəxslər isə X8 və X14r; Dаşınmаz Əmlаkın Dövlət Kadastrı və Rеyеstri publik hüquqi şəxsi tərəfindən verilmiş 3-21-3-46/2017/25 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Goranboy rаyоnu, Rəhimli kəndindən yerləşən torpaq sahəsinə ərazi idarəsinin mütəxəssisi müayinə baxış üçün sözügedən əmlaka ərizəçi ilə getmiş, lakin (JN-161F) şəhadətnamədə adları olan digər mülkiyyətçilər tərəfindən müayinə baxışın keçirilməsinə icazə verilməmiş, əmlak üzərində mübahisə olduğundan inventarlaşma işlərinin aparılması mümkün olmamışdır; Qasım-İsmayılov rayon ВВАГ bürosu tərəfindən verilmiş A3 seriyalı 150675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1958-ci ildə Qasım-İsmayılov rayonu Rəhimli kəndində doğulmuşdur, atası X10, anası X2r; Qasım-İsmayılov rayon ВВАГ bürosu tərəfindən verilmiş A3 seriyalı 150672 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 02 iyul 1949-cu ildə Qasım- İsmayılov rayonu Rəhimli kəndində doğulmuşdur, atası X10, anası X2r; Qasım-İsmayılov rayon ВВАГ bürosu tərəfindən verilmiş A3 seriyalı 150609 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxx 1962-ci ildə Qasım-İsmayılov rayonu Rəhimli kəndində doğulmuşdur, atası X10, anası X2r; Qasım-İsmayılov rayon ВВАГ bürosu tərəfindən verilmiş A3 seriyalı 150673 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 noyabr 1951-ci ildə Qasım-İsmayılov rayonu Rəhimli kəndində doğulmuşdur, atası X10, anası X2r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 425444 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1973-cü ildə “ateroskleroz” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-743/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 xx.xx.1967-xx.xx.2024-cü illər üzrə VVAQ şöbəsi arxivində nikah akt qeydi tapılmamışdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 442792 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1997-ci ildə “aterosklerotik kardioskleroz” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 442792 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2024-cü ildə “travmatik ikincili və ya residivləşən qanaxma” səbəbindən ölmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini DƏDRX-nin 7 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirmək istəsə də, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 buna maneçilik törətmiş, ölçmə işlərini aparan əməkdaşların işinə qəsdən maneələr törətmiş, İddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalı, onun mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüquqlarına təminat verilməlidir. Ona görə də, İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 27 nömrəli qərarı ilə JN 161F, KOD 50923028 nömrəli şəhadətnamə əsasında Goranboy rayonu Rəhimli kəndində verilmiş 0,25 hektar torpaq səhəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə baxışın keçirilməsinə, eyni zamanda torpaq sahəsinin ölçülməsinə və döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldlrılmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə JN 161F, KOD 50923028 nömrəli şəhadətnamə əsasında Goranboy rayonu Rəhimli kəndində verilmiş 0,25 hektar torpaq səhəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə baxışın keçirilməsinə, eyni zamanda torpaq sahəsinin ölçülməsinə və döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar