Məhkəmə qərarları › İş №2(045)-1094/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1094/2024

21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1094/2024 21.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı və vəkili X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən ona məxsus yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Kəpəz rayon Məhkəməsinin 2(043)-1155/2009 nömrəli, 29 sentyabr 2009-cu il tarixli qətnaməsi əsasında onun tərəfindən övladlığa götürülmüşdür. Cavabdeh onu döyüb, söyüb və öz evində yaşamağa imkan vermədiyi üçün övladlığa götürmənin ləğv olunması barədə məhkəməyə müraciət etmiş və Goranboy Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(045)-428/2021 nömrəli qətnaməsi ilə xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh onun tərəfindən övladlığa götürməsinin ləğv olunması qət edilmişdir. Cavabdehi övladlıqdan çıxarmağının səbəbi 2021-ci ildə mütəmadi olaraq onu döyməsi olmuşdur. Bununla bağlı cavabdeh barəsində Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilmiş və Goranboy rayon Məhkəməsinin 3(045)-92/2021 nömrəli 01 mart 2021-ci il tarixli qərarı ilə ona 25 gün müddətinə inzibati həbs təyin edilmişdir. Goranboy rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(045)-428/2021 nömrəli qətnaməsindən görünür ki, xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh onun tərəfindən övladlığa götürməsinin ləğv olunması, Cavabdeh və İddiaçımn (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilməsi, doğum haqqında akt qeydində dəyişiklik edilərək Cavabdeh övladlığa götürülərkən ona verilmiş ata adı, doğulduğu yer, adının dəyişdirilməsi və əvvəlki qaydada göstərilməsi qət edilmişdir. Bununla da onların arasında qohumluq münasibətinə xitam verilmişdir. Goranboy rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(045)-779/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq və müəyyən olunmuşdur ki, Azərbacan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən Goranboy rayonu Ağamalıoğlu kəndində Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 nömrəli qərarına əsasən 998,77 kv.m. torpaq sahəsi Goranboy rayonu Ağamalıoğlu kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. Goranboy rayon Məhkəməsinin 2(045)-779/2022 saylı 29 avqust 2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan Goranboy rayonun Düzqışlaq kəndində yerləşən yaşayış sahəsindən Cavabdeh yaşayış hüququna xitam verilməsi qərara alınmışdır və bununla bağlı Goranboy rayon İcra və Probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuş və cavabdehin onun evindən qeydiyyatdan və ümumiyyətlə evindən çıxması üçün tələbin könüllü icrası haqqında 05 oktyabr 2022-ci il tarixdə ona bildiriş göndərilmişdir. Goranboy rayon X7 rayon İcra və Probasiya şöbəsinə göndərilmiş 31 oktyabr 2022-ci il tarixli 197-22165-1121 nömrəli cavab məktubundan görünür ki, Goranboy rayon Məhkəməsinin 2(045)-779/2022 saylı 29 avqust 2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan Goranboy rayonu Düzqışlaq kəndində yerləşən yaşayış sahəsindən Cavabdeh istifadə hüququna xitam verilmişdir. Lakin, buna baxmayaraq cavabdeh könüllü olaraq yaşayış sahəmdən çıxmır, əksinə onu əvvəlki kimi döyür, söyür, təhqir edir, şəxsiyyətini alçaldır, “sənin canının alacam” deyir, bir sözlə ona gün verib işıq vermir, onunla bir evdə yaşamaq mümkün deyil. Ona görə o cavabdehin adına olan evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Düzqışlaq kənd ərazi dairəsi üzrə nümayədəliyinin 04 may 2023-cü il tarixli 222 nömrə li arayışından görünür ki, Düzqışlaq kəndində ona məxsus torpaq sahəsi və yaşayış evi vardır. O hesab edir ki, cavabdehin ona məxsus yaşayış sahəsindən istifadə hüququ onun övladlığa götürülməsi ilə yaranmış və daha sonra övladlığa götürülmə ləğv olunduğundan onların hüquq və vəzifələrinə xitam verilmiş, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən keçmiş ailə üzvü kimi cavabdehin ona məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və o yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Azərbacan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən Goranboy rayonu Ağamalıoğlu (indiki Düzqışlaq) kəndində Goranboy rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 998,77 kv.m. torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Ona məxsus olan Goranboy rayonu Düzqışlaq kəndində yerləşən yaşayış sahəsindən Cavabdeh istifadə hüququna xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdeh könüllü olaraq yaşayış sahəmdən çıxmır, əksinə onu əvvəlki kimi döyür, söyür və təhqir edərək şəxsiyyətini alçaldır. Məhkəmə iclasında iştirak edən digər iddiaçının vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, bildirdi ki, həqiqətən də iddiaçı onu övladlığa götürmüşdür. O, uşaq vaxtından iddiaçıya məxsus Goranboy rayonu Düzqışlaq kəndində yaşamış və böyümüşdür. Bundan başqa o, qeyri-rəsmi ailə həyatı qurmuş və həmin evlilikdən bir övladı olmuşdur. Hazırda o, ailəsi ilə birlikdə sözügedən mübahisəli evdə yaşayır. İddiaçı ilə arasında narazılıq yaranmış və bu səbəbdən sonuncu onu və ailəsini evdən çıxartmaq istəyir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən Goranboy rayonu Ağamalıoğlu kəndində Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 40 nömrəli qərarına əsasən 998.88 kv.m torpaq sahəsi Goranboy rayonu, Ağamalıoğlu kənd sakini X2 mülkiyyətinə verilmişdir; Goranboy rayon Düzqışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 221 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kərimova X4 rayonu, Düzqışlaq kəndində qeydiyyatdadır və yaşayır; Goranboy rayon Düzqışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 5-45/24-2- 01/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kərimov X1 sakini İddiaçı Düzqışlaq kənd ərazisində yerləşən evində yaşayır; Goranboy Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(045)-428/2021 nömrəli qətnaməsindən görünür ki, xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh İddiaçı tərəfindən övladlığa götürməsi ləğv olunması, Cavabdeh və İddiaçı (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilməsi, doğum haqqında akt qeydində dəyişiklik edilərək Cavabdeh övladlığa götürülərkən ona verilmiş ata adı, doğulduğu yer, adının dəyişdirilməsi və əvvəlki qaydada göstərilməsi qət edilmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-779/2022 saylı, 29 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı məxsus olan Goranboy rayonu Düzqışlaq kəndində yerləşən yaşayış sahəsindən Cavabdeh istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 998.77 kv.m torpaq sahəsi xx.xx.2009-cu il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmaqla ona məxsusdur. İddiaçı cavabdehi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə övladlığa götürmüşdür. Lakin aralarında münasibət pozulmuş, Goranboy Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(045)-428/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh İddiaçı tərəfindən övladlığa götürməsi ləğv olunmuşdur. Bununla da tərəflər arasında qohumluq münasibətlərinə xitam verilmişdir. Bundan başqa, Goranboy rayon Məhkəməsinin 2(045)-779/2022 saylı, 29 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı məxsus olan Goranboy rayonu Düzqışlaq kəndində yerləşən yaşayış sahəsindən Cavabdeh istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibət 2009-cu ilin 01 oktyabr tarixindən sonra yarandığından həmin münasiətlər də Azərbaycan Respublikasə Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan yaşayış sahəsindən istifadə etməsinə maneə yaradır. Cavabdeh mübahisəli evdə yaşasa da, həmin evdən istifadə hüququ yoxdur (əsas: Goranboy rayon Məhkəməsinin 2(045)-779/2022 nömrəli qanuni qüvvəsini almış qətnaməsi). Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin iddiaçıya məxsus yaşayış sahəsində istifadə hüququ onun övladlığa götürülməsi ilə yaranmış və daha sonra övladlığa götürmə ləğv olunmuş, tərəflərin hüquq və vəzifələrinə xitam verilmişdir. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyinindən keçmiş ailə üzvü kimi cavabdehin iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququ itirildiyindən, eyni zamanda tərəflərin arasında yazılı razılaşmanın, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi olmadığından Cavabdeh İddiaçı məxsus Goranboy rayonu Düzqışlaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Goranboy rayonu Düzqışlaq kəndində yerləşən yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar