Məhkəmə qərarları › İş №2(045)-1101/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1101/2023

05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1101/2023 05.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman qızının sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunu könüllü ödəmədiyinə görə ondan 363.88 manat məbləğində pulun və ödənilmiş 30.4 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X1 X3 İdarəsi ilə Cavabdeh (kod: **********00120) arasında xx.xx.2022-ci il tarixli, XS-22- 00775/22 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçi ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən AGİS abonent bazasında Cavabdeh adına qeydiyyata alınmış ünvan “Azəriqaz” X1 X3 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, Cavabdeh müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin “Azəriqaz” X1 X3 İdarəsinə 363.88 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə tərəflərindən göstərilən borcun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli, HŞ-xx/xx-1827 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh tələb olunan borc abonentin debitor borcudur. Abonent istifadə etdiyi qazın dəyərini ümumiyyətlə ödəmir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra da abonentin borcu atmışdır. Belə ki, sistemdən çıxarılmış abonentin yeni saldosundan göründüyü kimi abonentin 455,32 manat debitor borcu vardır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, iş materiallarından da göründüyü kimi qaz paylayıcısı ilə müqavilə Cavabdeh arasında bağlanılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda həmin ünvanda yaşamağına baxmayaraq evii böyük oğlu Paşayev Vüsalın adına keçirtmişdir. Yəni, evi böyük oğluna vermişdir. Ev onun adına olanda, yəni 6 il öncə qaz pulunu verirdi. İndi ev oğlunundur. O, çoxdan pensiyadadır. Hesab edir ki, oğlu ilə müqavilə bağlayıb pulu ondan tələb etməlidirlər. Amma qaz idarəsi oğlu ilə müqavilə bağlamır. Çünki, qaz idarəsinin oğluna borcu vardır. Belə ki, oğlunu Gəncəyə göndərərkən oğlunun son haqq hesabını düzgün hesablamayıblar. Oğlu dəfələrlə onlara yazmış və şifahi şəkildə müraciət etmişdir. Lakin, heç bir cavab ala bilmir. Xahiş edir ki, ev sahibi ilə müqavilə bağlanılsın. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Cavabdeh ilə Gəncə RQİİ arasında müqavilə bağlanmışdır; xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən (2023-cü il) abonentin (Cavabdeh) 438.64 manat debitor borcu vardır; xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən (2023-cü il) abonentin (Cavabdeh) 455.32 manat debitor borcu vardır; xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki tələb üzrə 30 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini cavabdehdən tələb edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin: 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur; 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Məhkəmə, cavabdehin ərizəsində göstərdiyi xüsusata, yəni istifadə edilmiş qazın dəyərinin ondan deyil, oğlundan tələb edilməsinə dair qeyd edir ki, iş materiallarında aydın olduğu kimi qazın alqı-satqısı barədə müqavilə Cavabdeh ilə Gəncə RQİİ arasında müqavilə bağlanmışdır və öhdəlik hüquq münasibəti də həmin tərəflər arasında yaranmışdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbində 30,4 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıki tələb üzrə 30 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidr. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 363.88 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi “Azəriqaz” İB-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 363.88 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi “Azəriqaz” İB-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar