Məhkəmə qərarları › İş №2(045)-1102/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1102/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1102/2023 02.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qаrşı “itirlmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dаir iddiаsı üzrə mülki işə аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qаrşı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Cavabdeh 518,40 manat qaz sayğacına qanunsuz müdaxilə ediliyinə görə, 1469,92 manat sayğacdan kənar əlavə xəttə görə, 1546,82 manat debitor borca görə, cəmi 4035,14 manat pulun və ödənilmiş 61,20 manat ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X2 X3 İdarəsi ilə Cavabdeh (KOD:**********00000) arasında xx.xx.2022-ci il tarixli, XS-22-0960/22 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır.(sayğaca dəymiş zərər,itirilmiş qazın dəyəri və s.) Belə ki, Gəncə X3 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvanda qaz təsərrüfatına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Bu barədə cavabdehin iştirakı ilə (akta imza olunmaqla) ******* saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan istifadə edildiyi üçün 16416 m3 ititilmiş qazın bərpası üçün 1969.92 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Həmçinin ünvana quraşdırılmış qaz sayğacı cavabdehin iştirakı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında şəbəkədən açılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilərkən sayğacın ekranının kənar təsir nəticəsində zədələndiyi və bunun da nəticəsində sayğacda əməliyyat aparılmasının mümkün olmadığı aşkarlanmışdır. Dövlət yoxlamasının MSK-29/1710-00288-1 saylı aktına əsasən sayğaca müdaxilə edildiyi təsdiqini tapdığından qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4320 m3 itirilimiş qazın bərpası üçün 518.40 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Borcun ödənilməsi barədə TŞ-xx/xx-0532 saylı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Hal-hazırda cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə ödənilməmiş 4035.14 manat borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal-hazır ki, vaxta qədər ödəniş etməməsi “Azəriqaz” İstehsalat Birliyinin maliyyə dayanıqlığına mənfi təsir göstərir və götürülmüş öhdəliklərin vaxtında icra olunmasına maneə yaradır. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2023-cü il tarixdə cavabdehin yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu və sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Bu barədə aktlar tərtib olunmuş və qazın bərpası üçün dəymiş ziyan müəyyənləşdirilmişdir. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borcunu ödəməmişdir. Odur ki, iddia tələbininin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki-Prоsеssuаl Məcəlləsinin (bundan sonra - MPM) 185-ci mаddəsinə əsаsən işə cavabdehin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir; Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 18 yanvar 2022-ci il tarixli aktdan görünür ki, sayğacın giriş givci birləşməsi deformasiyaya uğramış, sayğacın ekranı mexaniki zərbə nəticəsində müəyyən edilmişdir; “Azəriqaz” İB-nin Gəncə RQİİ (pаylаyıcı) ilə Cavabdeh (istеhlаkçı) аrаsındа bаğlаnmış XS-22-0960/22 saylı, xx.xx.2023-cü il tаriхli müqаvilənin surətindən görünür ki, pаylаyıcı istеhlаkçını nоminаl təzyiqdən аşаğı оlmаmаqlа, kеyfiyyət göstəriciləri Dövlət stаndаrtlаrının tələblərinə uyğun оlаn qаzlа fаsiləsiz və еtibаrlı şəkildə təmin еtməyi, istеhlаkçı isə qаz sаyğаcının göstəricisinə əsаsən hеsаblаnmış qаzın dəyərini və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür; Fotoşəkildən və xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu müəyyən edilmişdir; Hökumət Ödəniş Pоrtаlının ********** nömrəli, xx.xx.2023-cü il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tаriхli mədахil qəbzlərindən görünür ki, iddiаçı hаzırkı tələb üzrə 60,4 manat dövlət rüsumu, 0,80 mаnаt хidmət hаqqı ödəmişdir; “Elektron Məhkəmə” İnformasiya sistemindən sorğu edilmiş çıxarışdan görünür ki, Cavabdeh məcburi köçkün statusuna malikdir; Abonentin saldosundan görünür ki, (2023-cü il) Cavabdeh sayğaca qanunsuz müdaxiləyə görə 518,40 manat, sayğacdan kənar əlavə xəttin qoşulmasına görə 1969,92 manat və debitor borca görə 1546,82 manat olmaqla, ümumilikdə 4035,14 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə "qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkil çəkilərək aktlar tərtib edilmiş, cavabdehə aktlar əsasında və istehlak etdiyi qaza görə ümumilikdə 4035,14 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”na əsasən, bu Qaydalar "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyətini (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin qaydaların: 6.5-ci maddəsinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Göründüyü kimi cavabdeh "Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış XS-22-0960/22 saylı, xx.xx.2023-cü il tаriхli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin tələblərinə riayət etməyərək təbii qazdan istifadə qaydaları pozulmuş, təbii qazdan qeyri-qanuni şəkildə istifadə etmiş, buna dair xx.xx.2023cü il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akt üzrə cavabdehə 1969,92 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının bu hissədə tələbi haqlı olduğu üçün təmin edilməli və Cavabdeh 1969,92 manat məbləğində hesablanmış dəymiş ziyan iddiaçı “Azəriqaz” İB-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin debitor borc hissəsinə dair qeyd edir ki, "Qaz təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, habelə "Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə, müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, cavabdeh istifadə etdiyi təbii qazın dəyərini müqavilə və qanunvericiliklə müəyyən edilmiş qaydada tam həcmdə ödəmədiyindən “Azəriqaz” İstehsalat Birliyinə 1546,82 manat məbləğində debitor borcu yaranmışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin qaz sayğacına qanunsuz müdaxilə edilməsi hissəinə dair qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını və qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanan 518,40 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir və iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin ödənilmiş 60,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, cavabdeh məcburi köçkün olduğu üçün dövlət rüsumu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasına daxildir, ona görə də dövlət rüsumu iddiaçıya aid edilməlidir. “Dövlət rüsumu haqqında” qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1969,92 manat sayğacdan kənar əlavə xəttə görə, 1546,82 manat debitor borca görə, ümumilikdə 3516,74 manat məbləğində borc iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin hesabına tutulmalıdır. Şərh оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1969,92 manat sayğacdan kənar əlavə xəttə görə, 1546,82 manat debitor borca görə, ümumilikdə 3516,74 manat məbləğində borc pul iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin hesabına tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar