Məhkəmə qərarları › İş №2(045)-1103/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1103/2025

08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1103/2025 08.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Samir oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “keyfiyyətsiz xidmətlə əlaqədar vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keyfiyyətsiz xidmət göstərməklə ona vurulmuş ziyanın əvəzi olaraq 945 manatın və mənimsədiyi, ona məxsus sürətlər qutusunun əvəzi olaraq 500 manatın, ümumilikdə 1445 manatın Cavabdeh alınaraq ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2025-ci ilin yanvar ayında ona məxsus olan Mercedes Benz E230 minik markalı avtomobilin sürətlər qutusunun təmiri üçün cavabdehə müraciət etmiş, onlar razılşaraq sürətlər qutusunu başqa bir sürətlər qutusu ilə əvəz edilməsini və bununla da maşındakı nasazlığın aradan qaldırılmasını danışmışlar. Cavabdeh iddiaçıya məxsus maşının sürətlər qutusunu dəyişdikdən sonra ona 480 manat pul ödəmiş, lakin gün ərzində avtomobili idarə etdiyində maşının normal işləmədiyini görərək cavabdehə müraciət etmişdir. Cavabdeh isə nasazılığın maşının arxa hissəsindəki detallarında olduğunu bildirmiş, o isə bunun üçündə 250 manat vəsait xərcləmiş, lakin nasazılıq aradan qalxamamışdır.Bundan sonra yenidən cavadeh maşının başqa hissələrinin də dəyişdirilməsini bildirərək o, 215 manat pul xərcləmişdir. Bunlara baxmayaraq maşındakı nasazlıq yenə də davam etmişdir. İki ay keçdikdən sonra cavabdeh tərəfindən avtomobiliə başqa sürətlər qutusu quraşdırılsa da, bu qutuların heç birinin onun maşınına uyğun gəlmədiyini görərək ziyanın aradan qaldırılmasını tələb etmişdir. Hətta cavabdehin özünə məxsus olan sürətlər qutusunu verərək dəymiş ziyanı tələb etdikdə maddi imkanının olmadığını bildirmişdir. Üstəlik cavabdeh onun maşınına məxsus sürətlər qutusunu da mənimsəmişdir. Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmiş və onun tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək etiraf edir və iddiaçının avtomobilinə məxsus sürətlər qutusu onda qaldığını, həmçinin 450 manat pulun iddiaçı tərəfindən ona verildiyini də təsdiq edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə etiraz etmir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, qeydiyyat nişanı 20ER244, qeydiyyat tarixi xx.xx.2022-ci il, istehsal tarixi 1996-cı il, mülkiyyətçi İddiaçı, sahibin ünvanı ünvan 1ki şəxs, marka Mercedes Benz, model 120 minik, tip sedan, mühərrik nömrəsi: **********147, Ban nömrəsi: WDB2100371A27346. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən verilmiş 02 aprel 2025ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus avtomobilin Cavabdeh tərəfindən düzgün təmir etməməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi edilən müraciətə cavab olaraq tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. **********8 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hаzırkı tələb üzrə 34,85 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, ümumilikdə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 945 manat məbləğində ziyanın dəyməsini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını (avtonəqliyyat vasitəsinin hansı hissələrinə ziyan dəyməsini, dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri barədə qüsur aktı, çəkilmiş xərclərə dair sübutlar və s.), göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə, hüququn ümumi prinsiplərini və daxili hüquq düşüncəsini rəhbər tutaraq cavabdedən iddiaçının xeyrinə tutulmalı olan məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə 450 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddia tələbinin ödənilmiş 34,85 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.1-ci maddəsinə ( 1000 manatadək olduqda) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 4,45 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 450 manat pul tutulmalı, ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzi tutularaq dövlət rüsumunun 4.45 manat hissəsi İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 450 manat pulun və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzi tutulsun. Dövlət rüsumunun 4.45 manat hissəsi İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar