Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1104/2023 05.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman qızının sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 677.94 manat məbləğində borcun, həmçinin 30.4 manat ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X2 X4 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2022-ci il tarixli, 65xx.xx.2022 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçi ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər,itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X4 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvana quraşdırılmış qaz sayğacı şəbəkədən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. **********6 saylı qaz sayğacı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilərkən sayğacın qoruyucu şüşəsinin istilik nəticəsində əridilməklə müdaxilə edildiyi məlum olmuşdur. Bu barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MSK- 29/1710- 01845-1 saylı akta əsasən sayğaca müdaxilə edildiyi təsdiqini tapdığından qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərək 4320 m3 itirilimiş qazın bərpası üçün 518.4 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Həmçinin, cavabdehin istifadə edilmiş təbii qazın dəyəri vaxtında tam ödənilməmiş, nəticədə 159.54 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə TŞ-xx/xx-0537 saylı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Hal-hazırda cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə ödənilməmiş 677.94 manat borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal-hazırki vaxta qədər ödəniş etməməsi “Azəriqaz” İstehsalat Birliyinin maliyyə dayanıqlığına mənfi təsir göstərir və götürülmüş öhdəliklərin vaxtında icra olunmasına maneə yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh tələb olunan borcun bir hissəsi, yəni 518.4 manat xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmışdır. Yerdə qalan məbləğ isə abonentin debitor borcudur. Verilmiş suala cavab olaraq bildirdi ki, abonentin yeni təqdim edilmiş saldosundan göründüyü kimi Cavabdeh tələb olunan 159.54 manat debitor borcundan abonent tərəfindən 139,24 manat ödəniş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Rüstəmova X1 izahatında göstərdi ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən, özünə məxsus mənzildəki qaz sayğacı ilə bağlı qaz idarəsinə məlumat verilmiş və qaz sayğacına həmin qurum tərəfindən baxış keçirilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuşdur. Həmin akt onun tərəfindən imzalanmamışdır. Tərəfindən qaz sayğacına hər hansı müdaxilə olmamışdır. Bu səbəbdən də iddianı akta görə hesablanmış borc hissəsində qəbul etmir. Bundan başqa “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 159.54 manat debitor borcunun ondan tutulması tələb edir. “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə cari ilin may ayında məhkəməyə müraciət etmişdir. Həmin müddətdən sonra onun tərəfindən 139.24 manat debitor borcundan ödəniş olunmuşdur. Yəni, hazırda onun 20,3 manat debitor borcu vardır. Həmin hal tərəfindən məhkəməyə təqdim olunmuş abonentin saldosunda da öz əksini tapır. Həmin borcu yaxın vaxtlarda ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq iddianın qismən, yəni 20,3 manat debitor borcun ondan tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində ərimişdir. Hesablama mexanizminin iş prinsipinə maneə törədilib. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir; xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və abonentin 538.7 manat borcunun olması müəyyən edilmişdir (518.4 manat akt üzrə, 20.3 manat debitor borcu). Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, cavabdehin istifadəsində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Hazırda iddiaçı həm akt üzrə hesablanmış borcu, həm də debitor borcu abonentdən tələb edir. İddia tələbinin akt üzrə hesablanmış borcun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan 518.4 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. İddia tələbinin debitor borcun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 159.54 manat məbləğində debitor borcun abonentdən tutulmasını tələb edir. Lakin, iş üzrə müəyyən olunduğu kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra abonent tərəfindən 139.24 manat ödəniş olunmuşdur. Yəni, hazırda abonentin 20.3 manat debitor borcu vardır (əsas: iş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosu). Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin: 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur; 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.3 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi “Azəriqaz” İB-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.3 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi “Azəriqaz” İB-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1104/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1104/2023
05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver