Məhkəmə qərarları › İş №2(045)-1108/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1108/2023

10.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1108/2023 10.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzinin Notariat ofisinə qarşı (X4, X5, X* və X2 üçüncü şəxs kimi göstərilməklə) “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy rayonu, Xoylu kəndində yaşamış 0* avqust 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X3 miras qalmış Goranboy rayonu, Nizami kəndində yerləşən JN-30*F, KOD 50900**8, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0,24 ha həyətyanı torpaq sahəsi - miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin ona münasibətdə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində MPM-in *49.2.3-cü maddəsinin tələblərinə riayət olunmayaraq cavabdehə qarşı yönələn tələb göstərilməmişdir. Yəni, iddia ərizəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “ASAn Xidmət” mərkəzinin Notariat ofisi cavabdeh kimi göstərilsə də ona qarşı yönələn tələb göstərilməmişdir. Həmçinin, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı da iddia ərizəsində göstərilməmişdir. Belə ki, iddiaçı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin ona münasibətdə bərpa edilməsini tələb etsə də buna dair subutları məhkəməyə təqdim etməmişdir. MPM-in: *49.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və MPM-in *52, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzinin Notariat ofisinə qarşı (X4, X5, X* və X2 üçüncü şəxs kimi göstərilməklə) “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar