Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1122/2023 17.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbini irəli sürərək Cavabdeh 5400 manat pulun və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə baxışında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, xx.xx.1978-ci il tarixdə Goranboy şəhərində anadan olmuşdur. Bacısı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Hazırda heç bir yerdə işləmir. Cavabdeh bir rayon adamı kimi tanıyır. Azər əvvələr 6 il bundan qabaq Goranboy rayonunda super market işlədərkən o, orada satıcı kimi işləmişdir. Aralarında münasibətləri yaxşı olmuşdur. Bu səbəbdən də bir-birinə inanmışlar. 2022-ci ilin əvvəlində Cavabdeh onlara gələrək ondan 7000 manat pul istəmişdir. O da bacısının əməliyyatı üçün pul yığdığından həmin pulu Azərə qaytarmaq üçün vermişdir. Azər həmin puldan aldığı malın qazancından da ona verəcəyini bildirmişdir. Belə ki, o market üçün mal alıb onun pulunu qaytarmalı idi. İş birliyi üçün verdiyi pulun təminatı olaraq Azər öz əmək haqqı kartını ona girov vermişdir. Əmək haqqı kartından 1600 manat pul çıxarmışdır. Sonradan kartın vaxtı bitdiyindən kart bağlanmışdır. Qalan 5400 manat məbləği dəfələrlə istəsə də cavabdeh qaytaracağını bildirmiş, lakin müxtəlif bəhanələrlə qaytarmamış, qaytarmaqdan yayınmışdır. Belə ki, onun telefon zənglərini də götürməmiş, sonradan sms yazaraq hissə-hissə pulu verəcəyini bildirmişdir. Lakin sonradan onun smslərinə də cavab verməmişdir. Buna görə də Cavabdeh 5400 manat pulun və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə tərtib edilmiş yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini bir daha müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan sms yazışmaları barədə məlumatdan görünür ki, İddiaçı 5400 manat pulun ödəyəcəyini vəd etmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli 6621 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı sahiblik etdiyi marketə mal alınması üçün 7000 manat pul amış, həmin məbləğdən 5400 manat pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh pul məbləğini mal alınması üçün almış, satılan malın gəlir hissəsindən iddiaçıya verməyi vəd etmiş, pul vəsatini qaytarmamışdır. Tərəflər arasında qanundan və müqavilədən irəli gələn hər hansı öhdəlik yaranmamışdır. Bununla da Cavabdeh özgə əmlakını əsassız olaraq ələ keçirməklə əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1 ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2 ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh özgə əmlakını əsassız olaraq ələ keçirdiyindən iddia təmin edilməli, Cavabdeh 5400 manat məbləğində pul və ödənilmiş 75 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5400 manat məbləğində pul və ödənilmiş 75 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Goranboy Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1122/2023
Goranboy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(045)-1122/2023
17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver