Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1127/2023 18.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın tələbi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sadə elektron qolbağı və mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, ondan dəyəri 2277,40 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin *(*04)-340/202* saylı, 29.**.202* -ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *77.2.*, *77.2.2, *77.2.3 və *77.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu müddət nəzərə alınmaqla üzərində 0* il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cəzanın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh üzərinə “Attenti” markalı sadə elektron qolbaq tətbiq edilmişdir. Bununla yanaşı ona bir ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvana gedilmiş və onun mobil nəzarət qurğusunu evdə qoyaraq Gəncə şəhərinin ərazi hüdudlarını özbaşına tərk etdiyi müəyyən edilmiş və bununla bağlı olaraq mobil nəzarət qurğusu məhkumun atasından təhvil alınmışdır. Məhkum Cavabdeh cəzanın icrasından qərəzli olaraq boyun qaçırması ilə bağlı izahat vermək üçün dəfələrlə telefon əlaqəsi vasitəsilə şöbəyə çağırılmasına baxmayaraq çağırışa gəlməmişdir. Buna görə də elektron qolbağı ondan təhvil almaq mümkün olmamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 7(043)- 97/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi məqsədilə barəsində axtarış elan edilməsi və 07 gün müddətə tutulması barədə qərar qəbul edilmişdir. Axtarışda olduğu müddət ərzində Cavabdeh yenidən cinayət törətmiş və buna görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-4*/2023 saylı, *9.0*.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin *(008)-4*2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cavabdeh saxlanıldığı Bakı İstintaq Təcridxanasına rəsmi xəbərdarlıq məktubu göndərilərək ondan elektron qolbağın dəyərini könüllü olaraq ödəmədiyi halda dəymiş ziyanın ödənilməsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubuna görə “Attenti” markalı sadə elektron qolbağın dəyəri *.930 manat, ƏDV 347.40 manat, cəmi 2277.40 manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə mürаciət еdərək, mülki işə baxıb iddianın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin cinayət Kollegiyasının *(*04)-340/202* nömrəli, 29 noyabr 202*-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində amnistiya tətbiq edilmiş və ona Göygöl Rayon Məhkəməsinin 27 aprel 202*-ci il tarixli *(066)-39/202* nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti * il azaldılmış və üzərində qəti olaraq 0* il 05 ay 26 fün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Göygöl rayon Məhkəməsinin 7(066)-*0/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya *(*04)-340/202* nömrəli, 29 noyabr 202*-ci il tarixli qərarı ilə Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasının təmin edilməsi üçün mıhkum Cavabdeh yaşayış yeri dəyişdirilərək Gəncə şəhər Kəpəz rayonu Məhsəti qəsəbəsi müyyən edilmişdir; Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 7(043)-97/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.*996-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, *2-ci küçədə yaşayan Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 29.**.202*-ci il tarixli, *(*04)- 340/202* nömrəli hökmü ilə təyin edilmiş 0* il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edilməsi məqsədilə barəsində tutulma və axtarış elan edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 4(008)-4*/2023 saylı, *9.0*.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in *80.2.4-cü və *80.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir; "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 29.07.202*-ci il tarixli, ED-M seriyalı, 96-2* nömrəli məktubundan görünür ki, “Attenti” markalı sadə elektron qolbağın dəyəri *.930 manat, ƏDV 347.40 manat, cəmi 2277.40 manat təşkil edir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddiа təmin еdilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin *(*04)-340/202* saylı, 29.**.202*-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *77.2.*, *77.2.2, *77.2.3 və *77.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu müddət nəzərə alınmaqla üzərində 0* il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına 28.0*.2022-ci il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum Cavabdeh Göygöl Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbağ bağlanmış və mobil qurğuda ona təhvil verilmişdir. Cavabdeh (məhkum) Cavabdeh cəzasını çəkən müddətdə mobil qurğunun nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun itirdiyi müəyyən edilmişdir. Odur ki, cavabdeh (məhkum olunmuş şəxs) Cavabdeh mobil qurğunun dəyəri tam olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulu alınıb Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması iləəlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 2*.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*8-ci il *0 aprel tarixli, *44 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; **9.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən nəzarət subyektinə təhkim olunmuş elektron qolbağının itirilməsi müəyyən edildiyinə görə iddiaçıya 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalı, yəni iddia təmin edilməlidir. Məhkəmə MPM-in **9.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanununun 8.*.2, 9.*.*4 və 9.4-cü maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, iddia büdcə təşkilatı tərəfindən verildiyinə görə iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunur, ona görə tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 42,77 (30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi) manat miqdarında dövlət rüsumu dövlət büdcəsinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində dəymiş ziyan tutulsun. Cavabdeh dövlət büdcəsinə 42,77 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1127/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1127/2023
18.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver