Məhkəmə qərarları › İş №2(045)-1133/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1133/2024

22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1133/2024 22.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq, Cavabdeh 2805 manat pulun, ödənilmiş 50 manat dövlət rüsumunun və iddia ərizəsinin hazırlanmasına ödənilən 50 manat pulun alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh qonşu kəndin sakinidir. xx.xx.2023-cü il tarixdə 30 gün müddətinə 1000 manat, xx.xx.2023-cü il tarixdə 5 ay müddətə 1000 manat pulu borc olaraq almışdır. Bundan başqa,Cavabdeh xx.xx.2023-cü il tarixdə bank kartı vasitəsilə 100 manat və 200 manat,xx.xx.2024-cü il tarixdə 100 manat,xx.xx.2024-cü il tarixdə 200 manat,xx.xx.2024cü il tarixdə 20+20=40 manat,xx.xx.2024-cü il tarixdə 150 manat,xx.xx.2024-cü il tarixdə 15 manat borc almışdır. Buna görə də Cavabdeh 2805 manat borcun, ödənilmiş 50 manat dövlət rüsumunun və iddia ərizəsinin hazırlanmasına ödənilən 50 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarxili ərizədən görünür ki, Cavabdeh İddiaçı 1000 manat məbləğində pul almış və 30 gün müddətində qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 1000 manat məbləğində pul almış və 5 ay müddətində qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə bank kartı vasitəsilə 100 manat və 200 manat,xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 20+20=40 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 15 manat pul köçürülmüşüdür. İş materiallarında olan Whatsap yazışmalarından çıxarışdan müəyyən olunur ki, həqiqətən də, Cavabdeh İddiaçı borc pul almışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli 21998 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən vəkil tərəfindən iddia ərizəsinin hazırlanmasına görə 50 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 11700 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarında olan ərizələr və hesabdan çıxarışlar İddiaçı müxtəlif vaxtlarda Cavabdeh 2805 manat borc pul verdiyini sübut edir. Cavabdeh həmin pulu iddiaçıya qaytarmamaqla üzərinə götürdüyü öhdəliyin icrasını yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında gösrtərilmişdir ki, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu və iddia ərizəsinin yazılması üçün ödənilmiş 50 manat pul cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan az olduğundan, iddiaçı tərəfindən cavabdehə borcun verilməsi işdə olan sübutlarla təsdiqini tapdığından, cavabdeh iddia əriəzsini və məhkəmə iclası barədə bildirişləri alsa da iddiaya dair hər-hansı etirazını bildirmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 2805 manat məbləğində pul,ödənilmiş 50 manat dövlət rüsumu və iddia ərizəsinin yazılması üçün ödənilmiş 50 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2805 (iki min səkkiz yüz beş) manat məbləğində pul,ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və iddia ərizəsinin yazılması üçün ödənilmiş 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar