Məhkəmə qərarları › İş №2(045)-1134/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1134/2024

07.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1134/2024 07.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yararsız vəziyyətə düşmüş əmlakının dəyəri olan cəmi 4000 manat pul və ödədiyi 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonun Karrar kəndində Bakı-Qazax-Gürcüstan magistral yolunun 183-km-də özünə məxsus "İbrahim" adlanan restoranı vardır, həmin restoranın qarşısında materialı taxtadan olan hasar çəkdirmişdir. Hasarın üzəri naxışlarla dekorativ oyma üsulu ilə bəzədilməklə lak boya ilə rənglənmiş və bəzəkli işıqlandırma sistemi ilə təchiz edilmişdir. Taxta hasarın qalınlığı 1,50 sm təşkil edir, taxta hasarın içərisində gül bitkiləri və bəzək ağaçları tərəfindən əkilmişdir. xx.xx.2024-ci il tarixdə saat 21:47-də Bakı istiqamətində hərəkətdə olan sonradan tanıdığı Goranboy rayon sakini Cavabdeh idarə etdiyi ** RY *** dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilini öz səhlənkarlığı ucbatından ona məxsus olan restoranın qarşısında taxta ilə tikilmiş hasara və qalaya girmiş, nəticədə onun hasarı, hasarın üzərində olan işıqlandırma sistemi və oyma üsulu düzəldilmiş naxışlar, dekorativ bəzəklər yarasız hala düşmüşdür. Bundan əlavə 10 ildən çox əkdiyi və qulluq etdiyi 6 ədəd ağaçlar yerindən çıxaraq məhv olmuşdur. Tərəfindən mütəxəssisin iştirakı ilə baş vermiş hadisə yerinə baxış keçirilmiş, akt tərtib olunmuşdur. Həmçinin ağacların məhv olması ilə bağlı tərəfindən aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinə şikayət olunmuşdur. Bununla bağlı müvafiq sənədləşmə aparılmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun obyektinə aid olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni: taxta hasar, ona aid olan evro paddon, üzərində oyma üsulu ilə bəzədilmiş naxışlar və müxtəlif bəzəklər, boya, list dəmir, kabel xətti, kant, reyka və s. materiallar sıradan çıxmışdır. Korlanmış əşyalar onun tərəfindən saxlanılmış və foto şəkilləri çəkilib audi-videosu aparılmışdır. Həmçinin, cavbdehin təqsirli hərəkətləri nəticəsində yararsız vəziyyətə düşmüş əmlakının təzələnməsi və çoxillik məhv edilmiş ağaçların bərpası üçün mütəxəssisin rəyinə görə ümumi dəyəri 4000 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 20 yanvar 2024-cü il tarixli, ******* nımrəli qaimə fakturadan görünür ki, İddiaçı bərpa təmir işləri aparılması üçün 4046 manat vəsait hesablanmışdır; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 11 oktyabr 2006-cı il tarixli, 130 nömrəli, sərəncamından görünür ki, İddiaçı Pirili kəmne yolunun sol hissəsində istifadəsiz Dövlət torpaq fondundan 0.70 ha (100 x 70m) ölçüdə torpaq sahəsi ayrılmış və tikinti işlərinin aparılmasına icazə verilmişdir; X1 Haqqında TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə olunmuşdur; Cavabdeh Azərbaycan Respublikası DİN Baş DYPİ-də verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı-Qazax yolunun 183 kilometriliyində Bakı şəhəri istiqamətində idarə etdiyi yük avtomobili “İbrahim” adlı restoranın taxta ilə tikilmiş hasara dəyərək maddi ziyan vurmuşdur; Biləndər qiymətləndirmə şirkəti tərəfindən verilmiş BF 4355 ER nömrəli, 05 avqust 2024-cü il tarixli “təmir-bərpa işlərinə çəkiləcək xərcin müəyyən edilməsi barədə hesabatından görünür ki, Kürdəmir rayonu, Karrar qəsəbəsi, Bakı-Qazax yolunun 183-cü km-də yerləşən “İbrahim” restoranın qarşısında yerləşmiş taxta dekor konstruksiyasının təmir-bərpasında çəkiləcək xərcin məbləği ( işçilik və material xərci daxil olmaqla) 4046,9 (dörd min qırx altı manat doqquz qəpik) təşkil edir; Foroşəkillərdən görünür ki, taxta dekor konstruksiyasına maddi ziyan dəymişdir; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “MAN TGA 18440” yük markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomaşını dayanmış vəziyyət də olsa da, əylənc sisteminin sıradan çıxması səbəbindən özü-özünə hərəkət edərək İddiaçı sahibliyi və istifadəsində olan Kürdəmir rayonu, Karrar kəndindən keçən Bakı-Qazax-Gürcüstan magistral yolunun 183-cü km-də yerləşən “İbrahim” adlı restoranın qarşısında taxta ilə tikilmiş hasara və qalaya dəymiş, nəticədə hasar, hasarın üzərində olan işıqlandırma sistemi və oyma üsulu ilə düzəldilmiş naxışlar, dekorativ bəzəklər, 10 illik yaşı olan və qulluq edilmiş 6 ədəd ağac məhv olmuşdur. Bu xətaya görə Cavabdeh TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli X1 haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Nəticədə iddiaçıya 4000 (dörd min) manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, göründüyü kimi, Cavabdeh təqsirli və hüquqazidd əməli (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmaqla) nəticəsində onun etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə iddiaçının sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə birbaşa zərər vurulması iş materialları ilə tam sübuta yetirilir və bu səbəbdən daşınmaz əmlaka vurulmuş zərərin əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə maddi zərərin əvəzi kimi 4000 (dörd min) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi zərərin əvəzi kimi 4000 (dörd min) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar