Məhkəmə qərarları › İş №2(045)-1159/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1159/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1159/2025 15.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat dəyərində vəsaitin alınaraq Ədliyyə Nazirliyinin X* müvafiq hesabına X2 Kod: 2*0005, VÖEN *40*55507*, Müxbir hesab AZ4*NABZ0*360*0000**********, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN *300286***, Büdcə təsnifatının kodu: *42*20, Büdcə səviyyəsinin kodu: 7 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı Şəhər Xətai Rayon Məhkəməsinin *(0**)-555/2022 saylı, 20.*2.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 0* il ** ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası bizə həvalə edilmiş, xx.xx.2023-cü il tarixdə böyük icra məmuru T. Rüstəmova məhkumun iştirakı müvafiq protokol tərtib etmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbağ məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsini qaytarmamışdır. Bu barədə cavabdehin ünvanına bildiriş göndərilərək ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsada bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət vasitəsini qaytarmadığından onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edilərək, iş üzrə baxış iclasının onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsiını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Xətai rayon Məhkəməsinin *(0**)-555/2022 saylı, 20.*2.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 0* il ** ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və sair vəzifələr qoyulmuşdur; Bakı Şəhər Xətai rayon Məhkəməsinin *(0**)-555/2022 saylı, *0 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş hökmün icrası baədə göstəriş”dən görünür ki, məhkəmənin 20.*2.2022-ci il tarixlo hökmü *0.0*.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır; "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 29.07.202*-ci il tarixli, ED-M seriyalı, 96-2* nömrəli məktubundan görünür ki, “Attenti” markalı sadə elektron qolbağın dəyəri *.930 manat, ƏDV 347.40 manat, cəmi 2277.40 manat təşkil edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddiа təmin еdilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Bakı Şəhər Xətai Rayon Məhkəməsinin *(0**)-555/2022 saylı, 20.*2.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 0* il ** ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin icraatına 27.0*.2023-cü il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbağ bağlanmış və mobil qurğu da ona təhvil verilmişdir. Cavabdeh (məhkum) Cavabdeh cəzasını çəkən müddətdə mobil qurğunun nəzarət subyektinə təhkim olunmuş mobil qurğunu itirdiyi müəyyən edilmişdir. Odur ki, cavabdeh (məhkum olunmuş şəxs) Cavabdeh mobil qurğunun dəyəri tam olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulu alınıb Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması iləəlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 2*.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*8-ci il *0 aprel tarixli, *44 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; **9.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən nəzarət subyektinə təhkim olunmuş elektron qolbağının itirilməsi müəyyən edildiyinə görə iddiaçıya 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalı, yəni iddia təmin edilməlidir. Məhkəmə MPM-in **9.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanununun 8.*.2, 9.*.*4 və 9.4-cü maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, iddia büdcə təşkilatı tərəfindən verildiyinə görə iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunur, ona görə tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 42,77 (30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi) manat miqdarında dövlət rüsumu dövlət büdcəsinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində dəymiş ziyan (X* müvafiq hesabına X2 Kod: 2*0005, VÖEN *40*55507*, Müxbir hesab AZ4*NABZ0*360*0000**********, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN *300286***, Büdcə təsnifatının kodu: *42*20, Büdcə səviyyəsinin kodu: 7) tutulsun. Cavabdeh dövlət büdcəsinə 42,77 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar