Məhkəmə qərarları › İş №2(045)-1199/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1199/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1199/2023 12.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 2538 manat pulun və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Cavabdeh ona yaxınlaşaraq **********64281 İMEİ kodlu, İphone 13 pro max modelini almaq istədiyini, ancaq pulunu hissə-hissə vermək istədiyini bildirmişdir. O, Cavabdeh öz kimliyinin sürətinə öz xətti ilə nə qədər borcu qaldığını qeyd edib imza atmağını bildirmiş və sonuncu buna razılaşmışdır. Cavabdeh razılaşmaya görə 800 manat ilkin ödəniş etmiş və hər ay 141 manat olmaqla 18 ay borcunu ödəməli idi. Cavabdeh borcunu ödəməkdən boyun qaçırır. O, hər dəfə bəhanələr tapır və borcu ödəməkdən boyun qaçırır. Cavabdehin belə hərəkət etməsi onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Çünki, onun artıq başqa yolu yoxdur. Məcburdur ki, mübahisənin həllini məhkəmədə axtarsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərdi ki, iddianı tam qəbul edir. O, həqiqətən də İddiaçı nisyə telefon almış və hər ay 141 manatdan olmaqla 18 ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçıya 2538 manat borcu vardır. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, **********64281 İMEİ kodlu, “İphone 13 Pro Max” model telefonu İddiaçı almış, 800 AZN ilkin ödəniş etmiş, qalan hissəsini hər ay 141 manat olmaqla 18 ay ödəyəcəyinə dair öhdəlik götürmüşdür; xx.xx.2023-cü il tarixli, 30499 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmış, cavabdeh öhdəliyini hissə-hissə icra etməyi öhdəsinə götürsə də, borcun qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya 2538 manat məbləğində borcu yaranmışdır. Hazırda Cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2538 (iki min beş yüz otuz səkkiz) manat məbləğində pul, həmçinin ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2538 (iki min beş yüz otuz səkkiz) manat məbləğində pul, həmçinin ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar