Məhkəmə qərarları › İş №2(045)-1202/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1202/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1202/2024 25.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Goranboy Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277,4 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Goranboy Rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri 2277.4 manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binqəqədi Rayon Məhkəməsinin *7.03.2023-cü il tarixli, *(00*)-*63/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.*, *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il *0 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icraatına *4.04.2023-cü il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Məhkum *7.04.2023-cü il tarixdə qeydiyyata götürülmüş, cavabdehin ayağına elektron nəzarət vasitəsi olan qolbağ xx.xx.2023-cü il tarixdə bağlanmış və mobil qurğu və adapteri ona təhvil verilmişdir. Cavabdeh *0 ay müddətində elektron nızarıt vasitələri ilə nəzarət olunmuşdur. Cavabdeh məhdudlaşdırılması cəzasına dair bütün məhdudiyyətləri, həmçinin elektron nəzarət vasitəsini qorumaq vəzifələrini pozmuşdur. Bundan başqa Cavabdeh yeni cinayət əməli törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.* və 234.4.3-cü maddələrində göstərilən yeni cinayət əməlini törətdiyi üçün Abşeron Rayon Polis İdarəsinin istintaq Bölməsi tərəfindən təqdimat verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cavabdeh nəzarət vasitəsi olan qolbağ və mobil qurğu və adapteri gizlətmiş və təhvil verməkdən imtina etmişdir. Odur ki, cavabdehdən mobil qurğunun tam dəyəri olan 2277.4 manat pul vəsaiti alınaraq Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Məhkəmə iclasında iddiaçı Goranboy Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, Bakı şəhər Binqəqədi Rayon Məhkəməsinin *7.03.2023-cü il tarixli, *(00*)- *63/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.*, *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il *0 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icraatına *4.04.2023-cü il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Məhkum *7.04.2023-cü il tarixdə qeydiyyata götürülmüş, cavabdehin ayağına elektron nəzarət vasitəsi olan qolbağ xx.xx.2023-cü il tarixdə bağlanmış və mobil qurğu və adapteri ona təhvil verilmişdir. Cavabdeh *0 ay müddətində elektron nızarıt vasitələri ilə nəzarət olunmuşdur. Cavabdeh məhdudlaşdırılması cəzasına dair bütün məhdudiyyətləri, həmçinin elektron nəzarət vasitəsini qorumaq vəzifələrini pozmuşdur. Bundan başqa Cavabdeh yeni cinayət əməli törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.* və 234.4.3-cü maddələrində göstərilən yeni cinayət əməlini törətdiyi üçün Abşeron Rayon Polis İdarəsinin istintaq Bölməsi tərəfindən təqdimat verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cavabdeh nəzarət vasitəsi olan qolbağ və mobil qurğu və adapteri gizlətmiş və təhvil verməkdən imtina etmişdir. Buna görə də cavabdeh (məhkum) tərəfindən yararsız hala salınmış elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri 2277.4 manat pulun cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən işə cavabdeh X* iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhər Binqəqədi Rayon Məhkəməsinin *7.03.2023-cü il tarixli, *(00*)-*63/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.*, *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il *0 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh həmin tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, məhkumun ayağına “Attenti markalı” elektron nəzarət vasitəsi tətbiq edilmiş, sadə elektron qolbağ bağlanmış, məhkuma * ədəd mobil nəzarət qurğusu, onun adaptoru təhvil verilmişdir. Məhkuma elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, mobil elektron nəzarət qurğusunun ümumi dəyəri 2277.4 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 2*.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən maddi hüquq normasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni Məcəllənin *096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, məhkum Cavabdeh elektron nəzarət qurğusu təhvil verilərkən cihazı zədələməsi və ya hər hansı formada yararsız hala salacağı təqdirdə dəyərinin ondan tutulacağı izah edilmiş, o isə protokolu imzalayaraq bununla razlı olduğunu təsdiq etmişdir. Hazırki vəziyyətdə isə elektron nəzarət vasitəsi və mobil qurğusunun Cavabdeh təqsirindən zədələnmiş olması mübahisəsizdir və onun tərəfindən təhvil verilməmişdir. Odur ki, cavabdehdən 2277,4 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyan kimi 2277,4 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar