Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-121/2023 06.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 106 (bir yüz altı) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki Cavabdeh 2021-ci ilin sentyabr ayında 7000 (yeddi min) manat, bundan sonra isə iki dəfə 1000 (bir min) manat, bir dəfə 500 (beş yüz) və bir dəfə 200 (iki) yüz manat olmaqla, ümumilikdə 9700 (doqquz min yeddi yüz) manat borc pul göndərmişəm. Həmin məbləği Cavabdeh qısa müddət ərzində ödəməyi boynuna götürsə də, bundan qəsdən yayınmışdır. Cavabdeh onu aldatdığını hiss etdiyində dərhal Goranboy Rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırmanın Zaqatala Rayon Polis Şöbəsinə aidiyyəti olması əsası ilə iş aidiyyəti üzrə Zaqatala Rayon Polis Şöbəsinə göndərilmişdir. X2 Bölməsinin müstəntiqi Surac Əhmədov həm ondan, həm də Cavabdeh izahat almış və sonuncu məndən götürdüyü 9700 (doqquz min yeddi yüz) manat pulun 8500 (səkkiz min beş yüz) manat hissəsini etiraf etmişdir. X1 10 oktyabr 2022-ci il tarixli qərarı ilə mübahisənin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Nəticədə, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdehlə son dövrədək borcun qaytarılması ilə bağlı aralarında danışıqlar olsa da, cavabdeh hər dəfəsindən borcun qaytarılmasından yayınmışdır. Hazırkı tələblə məhkəməyə müraciət etməyinin səbəbi də, 8500 (səkkiz min beş yüz) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2021-2022-ci illərdə cavabdehə müxtəlif vaxtlarda 8500 manat məbləğində pul göndərmiş və həmin məbləğlərinin göndərilməsinə dair bütün qəbzləri vardır. Daha sonra cavabdehə borcunu qaytarması barədə dəfələrlə xəbərdarlıq etsə də, sonuncu borcundan tam ödəməmiş, nəticədə ona 7700 manat məbləğində borcu qalmışdır. Hazırkı borc qalığına dair məhkəməyə ərizə təqdim edərək iddianın bu hissədə təmin edilməsi və qalıq borcun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, 8500 manat borcun verilməsinə dair hər hansı yazılı əqd bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində bildirmişdir ki, o, Mingəçevir şəhərində avtomobil sexində usta işləyir. İddiaçı təxminən bir ildir ki, tanıyır və sonuncu ilə qeyri rəsmi ər-arvad münasibətləri olmuşdur. Həmin vaxt iddiaçı ona avtomobil almaq üçün 8500 manat məbləğində borc pul vermiş, lakin avtomobili almadığı üçün pulu xərcləmişdir. Hazırda iddiaçıya 8500 manat borcundan 7700 manat məbləğində borcu qalmışdır, həmin borcun etirafı barədə məhkəməyə ərizə təqdim edərək iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zaqatala rayon Polis şöbəsi tərəfindən verilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri hissəsindən görünür ki, Cavabdeh İddiaçı 8500 manat borc pul aldığını etiraf etmişdir; Fotoşəkillərdən və whatsapp yazışmalarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında borc pul verilməsinə dair yazışmalar olmuşdur; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə 106 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, yəni iddiaçının cavabdehə 8500 manat məbləğində borc pul verməsi və cavabdehin də həmin pulu alması işin mübahisəsiz halıdır. Cavabdeh iddianı qəbul edərək İddiaçı 8500 manat borc aldığını və həmin borcdan hal-hazırda iddiaçıya 7700 manat borcunun qaldığını etiraf etmişdir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə, bir halı diqqətə çatdırmaq istəyir ki, tərəflər arasında yaranmış borc münasibətlərini tənzimləyən müqavilənin qanunun tələbinə əsasən yazılı formada bağlanması imperativ xarakter daşımasına baxmayaraq, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla şifahi formada bağlandığı üçün sözügedən əqd etibarsız hesab olunmalı və nəticə etibari ilə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsi etibarsız hesab edildiyindən nəticə etibari ilə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olması nöqteyi nəzərdən Cavabdeh iddiaçıdan aldığı 7700 manat məbləğində borc pulu İddiaçı qaytarmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli və ödənilmiş tələbə mütənasib olaraq cavabdehdən ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumunun 97 (doxsan yeddi) manat hissəsinin əvəzi iddiaçının xeyrinə tutulmalı və qalan hissə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 7700 (yeddi min yeddi yüz) manat məbləğində borc pul və ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumunun 97 (doxsan yeddi) manat hissəsinin əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7700 (yeddi min yeddi yüz) manat məbləğində borc pul və ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumunun 97 (doxsan yeddi) manat hissəsinin əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-121/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-121/2023
06.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver