Məhkəmə qərarları › İş №2(045)-1228/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1228/2024

17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1228/2024 17.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rəfail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 450 manat pulun, 80 manat vəkil xidmət haqqı pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 560 manat pulun alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, oğlu rəhmətə getməmişdən əvvəl onun 450 manat pulunu Cavabdeh borc kimi verdiyini bildirmişdir. O Cavabdeh 450 manat pulu tələb etsə də Cavabdeh pulu olmadığını borcunu hissə-hissə qaytaracağını bildirmiş, onun pulunu verməmişdir. O məcbur olaraq iddia ərizəsi yazdırmış, buna görə 80 manat ödəmişdir. Buna görə də Cavabdeh 450 manat pulun, 80 manat vəkil xidmət haqqı pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 560 manat pulun alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə baxışında Cavabdeh iddianı etiraf edərək izahatında bildirdi ki, İddiaçı 560 manat pul verməlidir. Lakin hazırda pulu qaytarmağa imkanı yoxdur. Pulu qaytaracağına söz verir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, onun İddiaçı həqiqətən 560 manat borcu vardır. İddianı qəbul edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizıəsinin yazılması üçün 80 manat vəkil xidmət haqqı ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 14662 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddianı qəbul edir, ondan 450 manat pulun, 80 manat vəkil xidmət haqqı pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 560 manat pulun alınaraq İddiaçı ödənilməsinə razıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 80 manat vəkil xidmət haqqı və 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 450 manat pul, 80 manat vəkil xidmət haqqı pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 560 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 450 manat pul, 80 manat vəkil xidmət haqqı pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 560 (beş yüz altmış) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar