Məhkəmə qərarları › İş №2(045)-1230/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1230/2024

03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1230/2024 03.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1270 (bir min iki yüz yetmiş) manat borc alınmış pul və məhkəməyə ödənilmiş 42.7 manat (qırx iki manat yetmiş qəpik) dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Əsgərov X2 rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Uzun illərdir ki, doğulduğu kənddə, Goranboy rayonu Qaradağlı kəndində yurd salıb ailəsi ilə birlikdə yaşayır və həmin kəndin ərazisində fermer təsərrüfatı yaradaraq heyvandarlıqla məşğul olur. Onun yanında müxtəlif illərdə müxtəlif şəxslər çoban işləmişlər. Son bir neçə il ərzində isə Goranboy rayonu Nizami kənd sakini olan Cavabdeh onun təsərrüfatında çoban işləyirdi və o, Cavabdeh aylıq 350 manat əmək haqqı verirdi. Lakin son vaxtlar Cavabdeh və onun həyat yoldaşı X1 ondan əmək haqqından əlavə pullar aldılar və işləyərək əvəzini ödəyəcəklərini bildirdilər. Belə ki, Cavabdeh onun yanında işləyərkən onun həyat yoldaşı Gülnarə Həsənova onun yanına gələrək pula ehtiaycları olduğunu bildirdi və ondan 700 manat pul almışdır. Bundan sonra isə Cavabdeh isə onun yanında 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək işlədiyi müddət ərzində ondan hər ay aldığı əmək haqqından əlavə həyat yoldaşının ağrıdığını bildirib müxtəlif vaxtlarda 200 manat, 300 manat və sonuncu 70 manat borc pul alıb qaytaracağını bildirmişdir. Beləliklə, cavabdehin ona ümumilikdə 1270 manat pul borcu yaranmışdır. O, cavabdehlərin pulunu qaytarmadığını görüb Cavabdeh hər ay ona ödəyəcəyi əmək haqqından hissə-hissə ona olan borcundan çıxacağını bildirmişdir. Lakin, Cavabdeh 2022-ci ilin mart ayından onun təsərrüfatından işdən çıxaraq işləmədi və ona olan 1270 manat borc ödənilməmiş qalmışdır. Həmin vaxtdan bugünədək o, cavadehlərdən dəfələrlə ona olan 1270 manat pul borclarını qaytarmaların tələb etsə də, hər dəfə yalançı vədlər verərək ona olan borclarını qaytarmırlar. Sonuncu dəfə o, xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Nizami kəndinə gedərək Cavabdeh həyat yoldaşı Gülnar Həsənova ilə söhbət etmiş və ona olan borclarını bir daha tələb etmişdir. Lakin, onun sonuncu söhbəti də heç bir nəticə verməmiş və ona olan borclarını qaytarmırlar. O, cavabdeh Gülnar Həsənova ilə söhbət edərkən həmin söhbəti video çəkilişlə apardı və həmin videoçəkilişi məhəkəmə iclasları çağırıldıqdan sonra məhkəmə iclas zalında təqdim edəcəkdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 197-80645-3222 nömrəli məktubundan görünür ki, Rövşən adlı şəxsə qarşı tələb mülki xarakterli olduğundan aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir; Goranboy rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 381 nömrəli, 01 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xırda buynuzlu heyvan təsərrfatı ilə məşğul olur; Goranboy rayon Nizami kənd icra nümayəndəliyi tərəfindən verilmiş 5-45-21/2- 33/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli arayışdan görünür ki, X3 ilə X1 ər-arvaddırlar Goranboy rayonun Nizami kəndində qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Аzərbаysаn Rеspublikаsının Mülki Məsəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrslu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımınsа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məsəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya 1270 manat məbləğində borcunun olması, ümumiyyətlə cavabdehlə iddiaçı arasında şifahi borc müqaviləsinin bağlanması, iddiaçı tərəfindən cavabdehə həmin pulun verilməsi məhkəmə araşdırması və iş materialları ilə sübuta yetirilmir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia rədd edilməli və mülki iş üzrə ödənilmiş 42,7 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 42.7 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar