Məhkəmə qərarları › İş №2(045)-124/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-124/2025

08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-124/2025 08.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37000 manat pulun, habelə ödənilmiş 202 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qonşusudur. Cavabdeh, 2024-cü ilin yanvar ayında pula ehtiyacı olduğunu bildirib ondan 37400 manat miqdarında borc pul istəmişdir. Cavabdeh Kəlbəcər rayonunda tikintidə işləyir. Cavabdeh ona demişdir ki, tikintidə işlətmək üçün maşın almaq istəyir. Dövlət maşının pulunu verən kimi borcunu qaytaracaqdır. O, cavabdehə 37400 manatı vermişdir və sonuncu öz xətti ilə qeyd yazıb imza edərək ona vermişdir. Qeydə də göstərdi ki, borcunu iyul ayında verəcəkdir. Lakin, cavabdeh öhdəliyini yerinə yetirməmiş və sentyabroktyabr aylarında hissə-hissə olmaqla onun kartına cəmi 400 manat pul keçirmişdir. Dəfələrlə pulu tələb etmiş, lakin cavabdeh hər dəfə bildirir ki, dövlət pul verən kimi borcunu qaytaracaq. Onun özünün pula ehtiyacı vadır. O, ailəsi birlikdə bir otaqlı mənzildə yaşayır. Borc verdiyi pulla ev alıb oğlu Ceyhunu evləndirmək istəyirdi. Cavabdeh borcunu qaytarmadığına görə məcbur olub məhkəməyə şikayət etməli olmuşdur. Cavabdeh borcunu ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçıdan dörd il bundan əvvəl hissə-hissə 10000 manat məbləğində pulu sələmə götürmüşdür. Onun iddia tələbində qeyd edilən məbləğdə borcu yoxdur. Borcundan 700 manat iddiaçının kartına köçürməklə geri qaytarmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış sadə yazılı əqddən görünür ki, o, İddiaçı 2024-cü ilin birinci ayında 37400 manat borca pul almış və 07 ayının axırına pulu qaytarmağı öz öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hаzırkı tələb üzrə 202 manat dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2025-ci il tarixli, 4/1377 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 03-cü vərəqində olan Cavabdeh adından olan qəbzin əlyazma mətni və imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatın dəyəri 127 manat təşkil edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında sadə yazılı borc müqaviləsi bağlanmış və mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mübahisəli halın araşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2025-ci il tarixli, 4/1377 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 03-cü vərəqində olan Cavabdeh adından olan qəbzin əlyazma mətni və imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, iş materiallarını təhlil edərək, daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sadə yazılı borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 37400 (otuz yeddi min dörd yüz) manat borc pul vermiş, cavabdeh də aldığı borcu 2024-cü ilin iyul ayının sonuna kimi qaytaracağına vəd versə də, cəmi 400 manat ödəmiş, yerdə qalan 37000 manat borcu geri qaytarmayaraq, öhdəliyini icra etməmiş və nəticədə iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən məhkəməyə müqavilənin mülki qanunvericidə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 202 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair qeyd edir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 37000 (otuz yeddi min) manat məbləğində borc pul və ödənilmiş 202 (iki yüz iki) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Ekspert tədqiqatının dəyərini təşkil edən 127 manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Qeyd оlunanlаrа əsаsən MPM-in 216-220, 227, 233 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 37000 (otuz yeddi min) manat məbləğində borc pul və ödənilmiş 202 (iki yüz iki) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Ekspert tədqiqatının dəyərini təşkil edən 127 manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar