Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-129/2024 29.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh onun cərimə borcları üçün ödəmiş olduğu 352 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 10 manat etibarnamə üçün ödənilmiş pulun, cəmi 392 manat pulun alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mülkiyyətində olan Ford Transit markalı ** EC *** dövlət qeydiyyat nişanlı yük avtomobilini 2022-ci ilin noyabr ayında Cavabdeh etibarnamə əsasında vermişdir. Cavabdeh avtomobili idarə etdiyi dövrdə yol hərəkəti qaydalarını pozmuş və cərimələri yığılmışdır. Buna görə də cavabdehdən avtomobili alaraq başqa şəxsin idarəetməsinə vermişdir. Lakin avtomobil 2023-cü ilin sentyabr ayında cərimələr ödənilmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmişdir. O məcbur olaraq Ford Transit markalı ** EC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin duracaqdan çıxarılması üçün cavabdehin ödəməli olduğu cərimələri ödəmişdir. Buna görə də Cavabdeh onun cərimə borcları üçün ödəmiş olduğu 352 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 10 manat etibarnamə üçün ödənilmiş pulun, cəmi 392 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozması ilə bağlı EQ 14072521 saylı qərar üzrə 80 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozması ilə bağlı EQ 14072519 saylı qərar üzrə 80 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozması ilə bağlı İXP ******* saylı qərar üzrə 96 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozması ilə bağlı EQ 13763671saylı qərar üzrə 32 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozması ilə bağlı EQ ********* saylı qərar üzrə 64 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Ford Transit markalı ** EC *** dövlət qeydiyyat nişanlı yük avtomobilini istifadə edilməsi üçün Cavabdeh vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyətində olan Ford Transit markalı ** EC *** dövlət qeydiyyat nişanlı yük avtomobilini istifadə edilməsi üçün Cavabdeh vermişdir. Cavabdeh Ford Transit markalı ** EC *** dövlət qeydiyyat nişanlı yük avtomobil istifadəsində olduğu müddətdə yol hərəkəti qaydalarını pozmuş, inzibati qaydada EQ 14072521 saylı qərar üzrə 80 manat, EQ 14072519 saylı qərar üzrə 80 manat, İXP ******* saylı qərar üzrə 96 manat, EQ 13763671saylı qərar üzrə 32 manat, EQ ********* saylı qərar üzrə 64 manat cərimə edilmişdir. Cavabdeh cərimələri ödəməmiş, İddiaçı mülkiyyətində olan Ford Transit markalı ** EC *** dövlət qeydiyyat nişanlı yük avtomobilini başqa şəxsin istifadəsinə vermişdir. Həmin cərimələr ödənilmədiyindən Ford Transit markalı ** EC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin cərimə meydançasından çıxarılması üçün iddiaçı EQ 14072521 saylı qərar üzrə 80 manat, EQ 14072519 saylı qərar üzrə 80 manat, İXP ******* saylı qərar üzrə 96 manat, EQ 13763671 saylı qərar üzrə 32 manat, EQ ********* saylı qərar üzrə 64 manat, ümumilikdə 352 manat cərimə məbləğini xx.xx.2023-cü il tarixdə ödəməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsin əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsin əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1 ci maddəsin əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Ford Transit markalı ** EC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozmaqla, inzibati qaydada cərimə edilmiş, 352 manat pul məbləğini ödəməməklə iddiaçının mülkiyyətində olan avtomobildən sərbəst istifadəni məhdudlaşdırmış, bununla da vurduğu zərərin əvəzi, cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş əvəz miqdarını cavabdehdən geriyə tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Həmçinin iddiaçı 10 manat etibarnamə üçün ödənilmiş pulun cavabdehdən alınıb ona verilməsini xahiş etsə də həmin tələb əsaslandırılmamış, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Həmçinin etibarnamə, yəni birtərəli əqd üzrə rüsum iddiaçı tərəfindən könüllü olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.3-cü maddəsinə əsasən Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Buna görə də iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 352 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 382 (üç yüz səksən iki) mant pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-129/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-129/2024
29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver