Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-130/2023 25.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh uşağının müsiqi müəllimidir və sonuncu ilə yaxşı münasibəti olmuşdur. Həmişə uşağını cavabdehin yanına dərsə aparıb-gətirmişdir. Cavabdeh bu ilin iyun ayında ona yaxınlaşaraq bildirmişdir ki, atası xəstədir və müalicəsi üçün pul lazımdır, çox qısa bir müddətdə qaytaracağına söz verərək ondan 2000 (iki min) manat məbləğində borca pul istəmişdir. O da cavabdehi yaxşı tanıdığı üçün sonuncuya köməklik etmiş və iki min manat məbləğində pul vermişdir. Cavabdeh də bu barədə ona öz xətti ilə qəbz yazıb vermiş, həmin qəbzin surətini məhkəməyə təqdim etmişdir. Cavabdeh yazdığı qəbzdə qeyd etmişdir ki, “aldığı borc pulu 20 iyul 2022-ci ildə tam qaytaracaqdır”. O bu günə qədər cavabdehə verdiyi borc pulu dəfələrlə istəsə də sonuncu könüllü olaraq aldığı borcu qaytarmamışdır. Cavabdeh hər dəfə də onu aldadır, söz verir ki, bu yaxın günlərdə borcunu qaytaracaqdır, lakin, bu elə söz olaraq qalır. O pulunu almaq üçün dəfələrlə cavabdehin yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhərinə getmiş, həmçinin rayon Polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. İndi istəyir ki, cavabdeh ondan borc aldığı 2000 (iki min) manat pulu məhkəmə qaydasında qaytarsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən İddiaçı nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi 2000 manatdan 70 manat hissəsi ödənildiyi üçün Cavabdeh 1930 (bir min doqquz yüz otuz) manat məbləğində borc pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, Cavabdeh uşağının tar müəllimidir. Cavabdeh atasının xəstə olduğunu və müalicəsi üçün 2000 manat məbləğində pula ehtiyac olduğunu bildirmişdir. O da cavabdehdən pulun alınmasına dair yazılı qəbz alaraq 2000 manat pul vermişdir. Cavabdeh pulun qaytarılması barədə dəfələlrə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh borcunu tam qaytarmamış, borcundan cəmi 70 manat ödəmiş və qalan borcun ödənilməsinə dair hər dəfə yalan vədlər verərək onu aldatmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, tar müəllimi işləyir. İddiaçı oğlu onun yanında dərs keçir. O, atası xəstə və müalicəyə ehtiaycı olduğu üçün iddiaçıya yazılı qəbz yazaraq faizə 1000 manat məbləğində pul götürmüşdür. İddiaçının ona gəldiyi hədə-qorxu nəticəsində qəbzə 2000 manat pul aldığını qeyd etmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh atasının xəstəxana xərcləri üçün İddiaçı 20 iyul 2022-ci il tarixədək 2000 manat məbləğində borca pul götürmüşdür; xx.xx.2022-ci il tarixli, 10204 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə iddia vermək üçün 40 (qırx) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh sadə yazılı qeyd əsasında xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürməklə iddiaçıdan xx.xx.2022-ci il tarixdə 2000 (iki min) mаnаt məbləğində borc pul almış, həmin borc puldan 70 manat məbləğini ödəmiş, nəticədə 1930 manat məbləğində borcu qalmış və həmin məbləği qаytаrаcаğınа dаir öhdəlik götürsə də, öhdəliyini yеrinə yеtirməmişdir. Nəticədə cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyini icra etməmiş və öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə, cavabdehin əqdi hədə təsiri altında bağlamasına dair izahatına münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Sözügedən müddəada qeyd edilən məcburetmə (zorakılıq və ya hədələmə) halının olması əqdin etibarsızlığı üçün birbaşa əsasdır. Lakin hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş sadə yazılı əqdin etibarsızlığına, yəni əqdin Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının tələbi qanuni və əsaslı olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulacaq borc pulun məbləği 1930 manat müəyyən edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni “Dövlət rüsumu haqqında” qanununun 8.1.2ci maddəsinə əsasən tutulmalı məbləğ 39,30 manat müəyyən edilməli (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) və dövlət rüsumunun 0,70 (yetmiş qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1930 (bir min doqquz yüz otuz) manat məbləğində borc pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun 39,30 manat hissəsinin əvəzi tutulmalıdır. Qeyd оlununlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1930 (bir min doqquz yüz otuz) manat məbləğində borc pul və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun 39,30 manat hissəsinin əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-130/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-130/2023
25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver