Məhkəmə qərarları › İş №2(045)-1334/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1334/2025

02.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1334/2025 02.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13897 manat məbləğində olan borc və 132 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, tanışı olan Cavabdeh ona gəlir etmək məqsədi ilə avtoyuma məntəqəsi açmağı məsləhət görmüş, oda onunla razılaşıb avtoyuma məntəqəsi açması üçün xx.xx.2024-cü il tarixində Gəncə şəhəri Atatürk prospektində yerləşən “Azərbaycan Beynəlxalq” Bankından krediti Ruzinin hər ay əldə edəcəyi gəlirdən ödəməsi şərti ilə 9000 manat kredit götürüb sonuncuya vermişdir. Lakin Ruzi verdiyi sözü tutmayaraq onu aldadaraq nə avtoyuma məntəqəsi açmış, nə də krediti ödəmişdir. Dəfələrlə cavabdehdən pulunun qaytarılmasını tələb etsə də, müxtəlif bəhanələr gətirmiş və vədlər verərək aldatmışdır. Beləliklə Cavabdeh pulu qaytaracağı vədi ilə ona 13897 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh onun tələbə yoldaşıdır. Cavabdeh ilə birlikdə gəlir əldə etmək məqsədi ilə avtoyuma məntəqəsi açmaq qərarına gəlmişlər. Buna görə də o, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən 9000 manat məbləğində kredit götürmüşdür. Götürdüyü kredit Cavabdeh hər ay avtoyuma məntəqəsindən əldə etdiyi gəlirlə qarşılayacağına vəd vermişdir. Lakin, cavabdeh verdiyi sözə əməl etməmiş, onu aldadaraq nə avtoyuma məntəqəsi açmış nə də ki, krediti ödəmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, avtoyuma məntəqəsindən əldə olunan gəlir ikisinin arasında bölünəcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, iddiaçıya avtoyuma məntəqəsinin açılmasını təklif etməmişdir. O iddiaçı ilə birlikdə avtoyuma məntəqəsi açmaq üçün 15000 manat məbləğində kredit götürmüş və sonuncu ilə şərik olmuşdur. Lakin, sonradan məntəqənin açılmasına icazə verilməmiş və ora alınan tikinti materiallarını sataraq iddiaçının kreditini ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur; xx.xx.2024-cü il tarixli, №BPM**********43 saylı istehlak kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Gəncə Mərkəz filialı ilə İddiaçı arasında müqavilə bağlanmışdır; xx.xx.2024-cü il tarixli, №BPM**********43 saylı istehlak kredit müqaviləsinə Əlavə №1, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan İddiaçı 9700 manat məbləğində krediti faiz dərəcəsi 18.9, 48 ay müddətinə, aylıq 289,52 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür; Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir; Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, resmi olaraq MN-nin N saylı hərbi hissəsində aparıcı mühəndis işləyir. Cavabdeh onun tələbə yoldaşı olmuş, 2016-2020-ci il tarixlərdə birgə təhsil almış, münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 2024-cü ilin mart ayının əvvəllərində Ruzi ona gəlir əldə etmək məqsədilə şərikinə avtomobil yuma məntəqəsi açmağını məsləhət görmüş, o da Ruzi ilə razılaşmış və avtomobil yuma məntəqəsini açmaq üçün Ruziyə pul verəcəyini demiş, belə ki, xx.xx.2024-cü il tarixində Gəncə şəhər Atatürk prsoepktində yerləşən ABB ASC-dən 9000 manat kredit götürüb həmin bankın qarşısında Ruziya həmin pulu vermiş, lakin buna baxmayraq Ruzi onu aldatmağa başlamış və bugünədək o, vermiş olduğu vədi həyata keçirməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024cü il tarixində gəlir əldə etmək məqsədilə Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" ASC-nin Gəncə Filialının inzibati binasının qarşısında Cavabdeh ümumilikdə 9000 manat pul vermiş, lakin bugünədək cəmi 2 ay ödəniş etmiş, qalan ödənişləri isə etməmiş, ondan götürmüş olduğu pulu isə başqa şeylərə xərcləmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, dələduzluq yolu ilə ona 9000 (doqquz min) manat maddi ziyan dəymiş, lakin kreditin faizi ilə birlikdə 14800 (on dörd min səkkiz yüz) manat maddi ziyan dəymişdir. Həmin vaxtı Cavabdeh yanında Siyavuş adlı dostu olmuş, Ruzi Siyavuş ilə onun yanma Naz Lifan markalı avtomobil ilə gəlmişdir; Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı onun tələbə yoldaşıdır, 2016-2020-ci il tarixlərdə birgə təhsil almış, münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2024-cü ilin mart ayında İddiaçı Goranboy rayonu, Nadirkənd kəndində avtoyuma məntəqəsi tikdiyini, pul vəsaiti lazım olduğundan şərik ola biləcəyini demişdir. İddiaçı onun ilə razılaşmış və 2024-cü ilin mart ayında Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhər İH-nin inzibati binasının arxa tərəfində ona 9000 (doqquz min) manat pul vermiş, həmin gündən 2 gün sonra Bakı şəhərində işləyən tanımadığı Hüseyn adlı şəxsdən 650 manat pula kompressor, 6000 manat pula 2 ədəd rotes aparatı, Gəncə şəhər, Dubay bazarıdan 1350 manat pula elektrik kabeli, 300 manat 1 yükmaşını qum almış və ustalara 1100 manat əmək haqqı vermiş, təxminən 2024-cü ilin may-iyun ayında tikmiş olduğu avto yuma məntəqəsi qanunsuz tikinti olduğu üçün Goranboy rayonu icra Hakimiyyəti tərəfindən sökülmüş, bu barədə İddiaçı zəng edərək məlumat vermiş, söküntü işi olduqdan sonra kabelləri və dəmir alətləri, eləcə də rotes aparatlarını götürmüş, kabelləri və dəmir alətləri satmış, 3 ay Həmilə ayda 300 manat olmaqla ümumilikdə 900 manat pul göndermiş, bundan sonra isə heç bir ödəniş etməmişdir. Rotesləri İddiaçı vermək istəmiş, lakin Hamil Zeynalov rotesləri istəməmişdir. Bir müddət sonra dostu, tələbə yoldaşı Məhəmməd ondan borca pul istəmişdir. O da Məhəmmədə roteslərin olduğunu, həmin rotesləri ya satıb onun kreditini ödəməkdə köməklik edəcəyi, ya da həmin rotesləri işlədib gəliri ilə ona köməklik etməsini demişdir. Məhəmmədin roteslərin Həmilə məxsus olması barədə heç bir məlumatı olmamışdır. Məhəmməddə həmin rotesləri təxminən 40-45 gün bundan əvvəl 1400 manat pula satmış və həmin pulu özü üçün istifadə etmişdir. Həmilə isə maddi imkanım olmadığı səbəbindən heç bir ödəniş edə bilməmiş, ondan asılı olmayan səbəblərdən Həmilə vermiş olduğu vədi yerinə yetirə bilməmişdir; "xxxx" MMC-nin ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 132 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Аzərbаysаn Rеspublikаsının Mülki Məsəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrslu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımınsа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məsəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya 13897 manat məbləğində borcunun olması, ümumiyyətlə cavabdehlə iddiaçı arasında şifahi borc müqaviləsinin bağlanması, iddiaçı tərəfindən cavabdehə həmin pulun verilməsi məhkəmə araşdırması və iş materialları ilə sübuta yetirilmir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia rədd edilməli və mülki iş üzrə ödənilmiş 132 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borc”tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 132 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar