Məhkəmə qərarları › İş №2(045)-134/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-134/2023

21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-134/2023 21.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X31 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11, Üçünçü şəxs X9 iştirakları ilə İddiaçı cavabdeh Goranboy rayon Notariat ofisinə qarşı (X12, X13, X21 və X17 üçünçü şəxs qismində cəlb edilməklə) “ötürülmüş prosessual müddətin bərpası” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 05 sentyabr 2014-cü ildə vəfat etmiş mərhum anası X2 qalmış mirasın qəbulu üçün ötürülmüş proessual müddətin bərpa edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 08 avqust 1959-cu ildə Goranboy şəhəri, X26 küçəsi, 01 saylı evdə anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi 28 dekabr 1977-ci il tarixli, JQ № 274571 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, atası X22, anası X6r. X1 05 sentyabr 2014-cü il tarixdə, atası X22 15 avqust 1993-cü il tarixdə Goranboy şəhərində vəfat etmişlər. Məhrum anası Xumaya İsmayılovanın ölümündən sonra ünvan 1 ünvanda 0,12 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Bu barədə olan JN-660 A KOD 50901004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. O, anasından miras qalmış həyətyanı torpaq sahəsindən və evdən ona düşən hissədən daimi istifadə etməklə mirası qəbul etmiş və faktiki olaraq sahiblik etmişdir. Bundan başqa anası vəfat etdikdən sonra anasının yas mərasimini də o vermişdir. Bugünlərdə o, məhrum anasından miras qalmış həyətyanı torpaq sahəsinin ona düşən hissəsini öz adına rəsmiləşdirmək üçün (öz mülkiyyətinə keçirmək üçün) Goranboy rayon Notariat Ofisinə müraciət etmiş, lakin Notariat Ofisində ərizəsi müsbət həll edilməmişdir. Bu barədə olan Goranboy rayon Notariat Kontorunun 16 noyabr 2022-ci il tarixli 320 saylı məktubunu məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X19 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, iddiaçı uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, anası X7 vəfat etdikdən sonra o, mütəmadi olaraq miras qalmış əmlakın bir hissəsinə qardaşı ilə birgə sahiblik etmişdir. İddiaçı daha sonra mərhum anasından miras qalmış həyətyanı torpaq sahəsinin ona düşən hissəsini öz adına rəsmiləşdirmək üçün Cavabdehna müraciət etsə də, prosessual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı hüquqi savadı olmadığı üçün mirası qəbul etmək üçün müddət tətbiq edilməsindən xəbərsiz olmuş, həmçinin ürək xəstəsi olduğundan öz səhhətinin müalicəsi ilə məşğul olmuş, ona görə mirasın rəsmi qəbulu məsələləri ilə vaxtında məşğul ola bilməmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçünçü şəxs X17 ifadəsində bildirdi ki, İddiaçı onun qardaşıdır. Mərhum valdieyinlərindən onlara ev və həyətyanı torpaq sahəsi miras qalmışdır. Məsələnin qanun çərçivəsində həll ediləcəyi təqdirdə sözügedən mirasdan qardaşına 0,03 ha torpaq sahəsinin verilməsinə və ötürülmüş prosessual müddətin bərpa edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Goranboy Rayon Notariat Ofisinə və üçünçü şəxslər X10, X13, X18 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçünçü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 660A, Kod 50901004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1999-cu il tarixli, 35 saylı qərarına əsasən, 0,12 hektar torpaq sahəsi Goranboy şəhər sakini X4 mülkiyyətinə verilmişdir; Qasım İsmayılov rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı 274571 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cəlil oğlu 08 avqust 1959-cu ildə Qasım İsmayılov şəhərində doğulmuş, atası X23, anası X6r; Goranboy şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 1745 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X5 vəfatından sonra X12, X13, X21 və X8 vərəsələri qalmışdır; 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat ofisinə ünvanlanmış **********382 nömrəli, 27 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, X20 anası X2 miras qalmış əmlakı fakitiki qəbul etməmiş və qəbul etmək niyyətində deyildir; Goranboy rayon Notariat ofisinə ünvanlanmış **********305 nömrəli, 27 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, X21 anası X2 miras qalmış payını qəbul etmir və gələcəkdə miras payların qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat ofisinə ünvanlanmış **********738 nömrəli, 28 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, X13 anası X2 mirasın ona çatası hissəsini qəbul etməmiş və gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir; Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş 320 nömrəli, xx.xx.2022-ci il tarixli, məktubundan görünür ki, İddiaçı mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Mirasın qəbulu və ya ötürülmüş prosessual müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə görülmüşdür; Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, üçünçü şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 05 sentyabr 2014-cü il tarixdə ölmüş X3 ünvan 1 ünvanda yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi hazırkı iş üzrə cavabdeh Goranboy rayon Notariat ofisinə müraciət edərək mərhum anası X2 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, qanunvericinin müəyyən etdiyi mirasın qəbul edildiyi müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Həmçinin, qeyd olunur ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X5 xx.xx.2014-cü il tarixdə ölməsi ilə ona məxsus əmlaka digər övladları ilə yanaşı oğlu İddiaçı da birinci dərəcəli qanun üzrə vərəsədir. Lakin, iddiaçı hüquqi savadsızlığı və səhhəti ilə əlaqədar mirası rəsmi qəbul etmək üçün vaxtında notariat orqanına müraciət etməmişdir. Belə olan halda iddiaçı qanun üzrə vərəsəlik hüququnu başqa qaydada realizə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum anasının xx.xx.2014-cü il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən qanunun tələbini düzgün anlamadığı və uzun müddət müalicə aldığı üçün notariat orqanına gec müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, 05 sentyabr 2014-cü ildə vəfat etmiş X2 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş prosessual müddət İddiaçı münasibətdə bərpa edilməli, onun üçün mirasın qəbulu müddəti 3 (üç) ay uzadılmalı, 3 (üç) aylıq müddət qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 sentyabr 2014-cü ildə vəfat etmiş X2 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş prosessual müddət İddiaçı münasibətdə bərpa edilsin, onun üçün mirasın qəbulu müddəti 3 (üç) ay uzadılsın, 3 (üç) aylıq müddət qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar