Məhkəmə qərarları › İş №2(045)-135/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-135/2025

17.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-135/2025 17.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X21 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair ilkin iddia tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, “BMW 525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq qurğunun X7 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 19500 (on doqquz min beş yüz) manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “BMW 525İ" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün cavabdehin istifadəsinə vermişdir. Buna görə cavabdehə idarəetmə ilə bağlı etibarnamə verilmişdir. Hazırda etibarnamənin etibarlılıq müddəti bitsə də, maşın onun mülkiyyətinə qaytarılmır. 3. Avtomobil hazırda cavabdehin sahibliyindədir. Cavabdeh avtomobili qaytarmaq istəmir. Bir çox qayda pozuntuları etdiyindən inzibati qaydada cərimələr tətbiq edilib, həmin məbləğlər ödənilmir, bütün inzibati protokollar mülkiyyətçi kimi onun barəsində tərtib edilir. Ərizəçinin tələb etməsinə baxmayaraq cavabdeh avtomobili təhvil verməkdən boyun qaçırmış və avtomobili gizlətmişdir. Əldə etdiyi məlumata görə avtomobil yararsız hala salınmışdır. Avtomobil cavabdeh tərəfindən ələ keçirildiyindən, mülkiyyətçiyə verilməsindən imtina edildiyindən dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. Qardaşı ona qarşı iddia qaldıraraq "BMW" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobilin ondan alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiada göstərmişdir ki, "BMW" markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil onun mülkiyyətindədir və avtomobili idarə etmək üçün onun istifadəsinə vermişdir. Bildirir ki, həmin avtomobili rəhmətlik atası ilə Bəxtiyar gedib Gürcüstandan gətiriblər və o bunun müqabilində Bəxtiyaraa 19500 manat pul vermişdir. Belə ki, ona məxsus pulun yerini demiş və onun xahişi ilə anası evdən 19500 manat pulu götürüb Bəxtiyara vermişdir. Zərurət yaranarsa anası Məmmədova Marifəni şahid qismində dindirilə bilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh onun qardaşıdır. Mübahisəli avtomobil onun mülkiyyətindədir. Avtomobili qardaşı Cavabdeh istifadəsinə vermiş və idarəetmə ilə bağlı etibarnamə vermişdir. Hazırda qardaşı ilə münasibətləri yaxşı deyildir. Ona görə də ona məxsus avtomobili qardaşının qanunsuz sahibliyindən geri almaq istəyir. Bununla bağlı sonuncuya dəfələrlə müraciət etməsinə baxmayaraq, nəticə olmamışdır. Qarşılıqlı iddia tələbi ilə bağlı da qeyd edir ki, iddia əsassızdır və iddia müddəti də keçmişdir. Ona görə də qarşılıqlı iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini istəyir və bu barədə olan ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, avtomobil atasının sağlığında onun vəsaiti hesabına alınmışdır. Avtomobilin alınması üçün o 19 manat pul vermişdir. Sadəcə avtomobili qardaşı Gürücüstan Respublikasında gətirmişdir. Həmin avtomobil ölkəyə gətirildiyi vaxtdan onun istifadəsində olmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadəsində göstərmişdir ki, tərəflər onun qardaşlarıdır. O, hər zaman qeyd edilən avtomobilin qardaşı Rövşənin idarəçiliyində görmüşdür. Həmin vaxtomobilin İddiaçı adına olub-olmamasını bilməmişdir. Qardaşı Bəxtiyarın özünə məxsus digər avtomobili vardır. Həmin avtomobili 19000 manata alınmış və pulu qardaşı Rövşən vermişdir. Məhkəmə icasında iştirak etmiş şahid X11 ifadəsində göstərmişdir ki, mübahisəli avtomobil hər zaman Rövşənin idarəçiliyində olmuşdur. Cavabdeh Goranboy şəhərində yerləşən “Foto Sevinc” adlı studiya işlədir və avtomobil studiyanın qarşısında dayanır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə anadan olmuşdur; Elektron talondan görünür ki, “BMW525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Goranboy rayonun Rəhimli kənd sakini X3r; X20 X13 surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh məxsus “BMW525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir; İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “BMW525İ” markalı, **-BR-*** markalı avtomobili əmlaka vurulan zərərə görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə isə bir şəxs üçün 5000 AZN, bir hadisə üçün 50.000 AZN məbləğində sığorta müqaviləsi bağlanmışdır; İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “BMW525İ” markalı, **-BR-*** markalı avtomobili əmlaka vurulan zərərə görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə isə bir şəxs üçün 5000 AZN, bir hadisə üçün 50.000 AZN məbləğində sığorta müqaviləsi bağlanmışdır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 may 2017-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə qüvvədən düşmüşdür; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Goranboy rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X1 rayonu üzrə Maliyyə Şöbəsində 2012-ci ilin oktyabr ayından 2015-ci ilə kimi X2 aparıcı məsləhətçi, 2015-ci ildən 2018-ci ilin yanvar ayına kimi X14 aparıcı məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi dövrdə cəmi 22033,35 manat əmək haqqı almışdır; Goranboy Rayon Məhkəməsinin 2(045)-135 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə mübahisənin obyektiv həllinə nail olmaqdan ötrü iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 may 2025-ci il tarixli, 3-16-16/2-620/2025 nömrəli məktubdan görünür ki, qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü müəyyən edildiyindən rəyin verilməsi mümkün olmamışdır; Goranboy rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(045)-135/2025 nömrəli qərardadı ilə mülki iş üzrə mübahisənin obyektiv həllinə nail olmaqdan ötrü iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə həvalə edilmişdir; Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 104 nömrəli hesabatından görünür ki, “BMW525İ” markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilin 2017-ci ilə bazar dəyəri: 21000 manat təşkil edirdi, hazıki bazar dəyəri: 12000 manat təşkil edir; İddiaçı məxsus “BMW525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nömrəli avtomobilin Lökbatan Bakı Gömrük Buraxılış Məntəqəsi vasitəsilə xx.xx.2017-ci il tarixdə Meyvəli bazar deyilən yerdə olduğu qeydə alınmışdır; "xxxx" ASC-nin 21313 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı hаzırkı tələb üzrə 100 manat dövlət rüsumu ödəmişdir. "xxxx" ASC-nin 18637 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlardan görünür ki, “BMW 525İ” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir. O, avtomobillə bağlı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək etibarnamə vermişdir. Avtomobil hazırkı vaxtadək ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibliyindədir. Hazırda etibarnamənin qüvvədə olma müddəti bitdiyindən ilkin iddia üzrə İddiaçı əmlakın ona geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddia tələbini qəbul etmir və avtomobilin onun mülkiyyətində olduğunu bildirərək rədd edilməsini xahiş edir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək avtomobilin alınması üçün verdiyi 19500 manat pulu ilkin iddia üzrə İddiaçı tələb edir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin : (bundan sonra MM-nin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, “BMW 525İ” markalı, **- BR-*** qeydiyyat nömrə nişanlı avtomobil ilkin iddia üzrə İddiaçı adına qeydə alınmış və bununla bağlı ona AC seriyalı 877256 nömrəli şəhadətnamə verilmişdir. Avtomobil etibarnamə ilə qardaşı, hazırkı iş üzrə Cavabdeh verilmiş, həmin etibarnamə xx.xx.2024cü il tarixdə qüvvədən düşmüşdür. MM-nin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 365.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 1) etibarnamənin müddətinin bitməsi; 2) etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 3) etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 4) etibarnamə verilmiş şəxsin imtinası; 5) adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 6) adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 7) etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 8) etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir; Göründüyü kimi, mübahisə predmeti olan avtomobilə dair verilmiş etibarnamə xx.xx.2024-cü il tarixdə qüvvədən düşdüyündən, həmin avtomobil Cavabdeh artıq qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, iş materialları ilə, o cümlədən şahid ifadələri ilə müəyyən olunur ki, “BMW 525İ” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobilin alınması üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 19000 manat pulu ilkin iddia üzrə İddiaçı vermiş və avtomobil cavabdehin, yəni İddiaçı adına alınmışdır. Qarşılıqlı iddia üzrı iddiaçı tərəfindən həmin avtomobilin alınması üçün qardaşı İddiaçı 19000 manat pul göndərilməsi və həmin vəsait hesabına cavabdehin adına ev alınması təsdiqini tapdığı halda, cavabdeh həmin pulun ümumiyyətlə mövcud olmadığını, “BMW 525İ” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobili öz vəsaiti hesabına aldığını bildirmişdir. Məhkəmə maddi hüquq normasının tətbiqi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “BMW 525İ” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobili özü üçün almış, lakin qarşılıqlı iddia üzrə cavabdehin adına rəsmiləşdirmişlər. “BMW 525İ” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobilin alınması üçün qarşılıqlı iddia üzrə iddiaçının 19000 manat verməsinin təsdiqini tapdığı halda, cavabdehin iddiaçının ona heç bir pul verilmədiyini və evi öz vəsaiti hesabına almasını bildirməsi məhkəmə belə nəticəyə gəlməyə imkan verir ki, “BMW 525İ” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobilə görə 19000 manat ödənilməklə avtomobil Cavabdeh özü üçün almış, sadəcə cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdeh isə hazırda həmin avtomobili özünə məxsus olmasını bildirməklə və mənzilə sahiblənməklə heç bir hüquqi əsas olmadan varlanmış olur (Mülki Məcəllə, maddə 1091). Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın hüquqi əsasını əsassız varlanma təşki edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməli idi. MM-nin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə avtomobilin dəyəri hissəsində qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh tələb etdiyi avtomobilin dəyəri ilə bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim etməmişdir. Halbuki, sübutetmə yükü də qanunla iddiaçının üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsi). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olması nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbdə göstərdiyi avtomobilin dəyərini 19000 manat məbləğində qeyd etsə də bu halları məhkəmə iclasında sübut edə bilməmişdir. Lakin, məhkəmə, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 104 nömrəli, xx.xx.2205-ci il tarixli rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə həmçinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə dair qeyd edir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti ümumi və xüsusi iddia müddətlərindən ibarətdir. Ümumi iddia müddəti 10 il olmaqla, barəsində xüsusi iddia müddəti tətbiq edilməyən və ümumiyyətlə, iddia müddəti tətbiq edilməyən hüquq münasibətləri istisna olmaqla, bütün hüquq münasibətlərinə tətbiq edilir. Məsələn, mülkiyyətçinin özgə şəxsin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı ümumi iddia müddəti tətbiq edilir. Belə ki, Mülki Məcəlləyə görə Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. (135.1 və 135.2). Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, bu mübahisə üzrə ümumi iddia müddəti tətbiq edilməlidir. Belə olan halda isə iddia müddəti ötürülməmişdir. Digər tərəfdən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun (tələbkarın) öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Həmçinin qeyd edilməlidir ki, qanunla müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tərəflərin arasında olan telefon danışıqları və məhkəmə iclasında verilən izahatlarla müəyyən edilir ki, cavabdeh aldığı pulu qaytarmaqla bağlı iddiaçıya söz verir, lakin qaytara bilməyəcəyini qeyd edir. Qeyd olunanlar isə qarşılıqlı iddia üzrə iddiaçının tələb etmə müddətini ötürmədiyinə dəlalət edir. Bu əsasla qarşılıqlı iddia üzrə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra MPM-in) 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə, iddia tələbinin ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə (20 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 126 manat məbləğində müəyyən edilməli və qalıq 24 manat hissəsi isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan – 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 manatı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qalan 100 manat hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə MMC-nin hesabına (VÖEN **********, Hesab: H/h:AZ66AİİB**********3905478109, Kapital Bank ASC-in Nərimanov Filialı, Kod: 200093, VÖEN 990003611, S.W.İ.F.T, AİİBAZ2X, M/h: AZ37NABZ********************4) tutulmalıdır. Göstərilənlərə əsasən MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadəsində olan “BMW525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12000 manat pul və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 verilsin. Ekspertiza tədqiqatının dəyəri olan – 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 manatı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qalan 100 manat hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə MMC-nin hesabına (VÖEN **********, Hesab: H/h:AZ66AİİB**********3905478109, Kapital Bank ASC-in Nərimanov Filialı, Kod: 200093, VÖEN 990003611, S.W.İ.F.T, AİİBAZ2X, M/h: AZ37NABZ********************4) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar