Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-136/2024 23.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras qoyan X2 miras qalmış əmlkalardan qanun üzrə vərəsələrə düşən payın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X2 miras qalmış əmlaklardan qanun üzrə vərəsələrə düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X18 iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə o İddiaçı xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuş, nikah RF Həştərxan şəhər nikah sarayında 3632 nömrəli akt qeydi ilə qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdə X1 rayonu, Balakürd kəndində vəfat etmişdir. X3 xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh adlı övladı vardır. X7 ilə onun birgə nikah dövründə xx.xx.1988-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək ər-arvadın ümumi birgə mülkiyyəti sayılan aşağıda adları qeyd edilən əmlakları mövcuddur. X7 və onun adına Goranboy rayonu, Balakürd kəndində yerləşən JN-0082, KOD 50904028 "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən 1,25 ha torpaq sahəsi; Goranboy rayonu, Balakürd kəndində QMƏ-nə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsi, üzərində tikinti sahəsi 98.80 kv. m, olan 2 otaqlı fərdi ev; Seriya RX № 0660751, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2015-ci il Çıxarışa əsasən Goranboy rayonu, Balakürd kəndində X3 adına 0,16 ha həyətyanı torpaq sahəsi; Seriya RX № 0945441, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2016-cı il Çıxarışa əsasən ümumi sahəsi 53,7 kv. m olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon da yerləşən 14 №-li binanın, 57 №-li mənzili; Seriya RX № 1205305, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2018-ci il Çıxarışa əsasən X3 adına Goranboy rayonu, Balakürd kəndində 0,09 ha torpaq sahəsində yerləşən 199,8 kv. m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə; Qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2023-ci il Çıxarışa əsasən ona və X4 mülkiyyət hüququ ilə məxsus olan Goranboy rayonu, Balakürd kəndində 0,08 ha torpaq sahəsində yerləşən 152,10 kv. m ümumi sahəsi olan fərdi yaşayış evi. Qeyd edilən əmlaklar ər-arvadın ümumi birgə mülkiyyəti sayıldığından AR Ailə Məcəlləsinin 32.1 və 37.1-ci maddələrinə əsasən, əmlakın ½ hissəsi arvada, ½ hissəsi isə ərə məxsus olmuşdur. X7 vəfat etdiyinə görə o və oğlu Cavabdeh qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələri sayılırlar. Miras qoyan X3 atası - X8 - xx.xx.1993-cü il tarixdə, anası - X5 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Miras qoyan X3 bütün vərəsələri ondan miras qalmış bütün miras əmlakları faktiki qəbul etmiş, əmlaklara sahiblik və idarə edirlər. Lakin, Cavabdeh mirasın bölüşdürülmə haqqında ixtilaf yaratdığına görə Notariat kontorundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. 1 saylı Gəncə Regional " ASAN xidmət" mərkəzinin Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2876 №-li məktubunda göstərilmişdir: «xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X2 qalmış miras əmlaklara, vərəsələr arasında mübahisə olmasına baxmayaraq, vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi xahiş etməyiniz barədə ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən "Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduqda, mübahisəyə məhkəmə baxır. Odur ki, mirasın bölüşdürülməsi haqqında mübahisəniz həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz”. Odur ki, ixtilaf və mübahisənin həll edilməsi üçün məhkəmə qaydasında birgə nikah dövründə əldə edilmiş əmlakdan arvadın payı və qanun üzrə vərəsələrə miras qalmış əmlakdan düşən paylar müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, X7 ilə xx.xx.1988-ci il tarixdə ailə həyatı qurmuş. O, X3 ikinci arvadıdır və birgə nikahdan övladları olmamış və mərhum əri X3 birinci ailəsindən xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh adlı övladı vardır. xx.xx.2023-cü il tarixdə X1 rayonu, Balakürd kəndində vəfat etmişdir. Mərhum əri vəfat etdikdən sonra ögey oğlu Şirin arasında mübahisələr yaranmış və sonuncu mərhum Natiq Allahveridyevdən miras qalmış bütün əmlaka sahiblik edərək ona düşən paydan istifadə etməyə maneələr törədir. Ona görə də o, qanunvericiliyin müddəalarına əsasən miras qalmış payın aralarında qanuni bölünməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı onun ögey anasıdır. O, körpə olarkən anası vəfat etmiş və atası X7 ikinci ailə həyatı qurmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə X1 rayonu, Balakürd kəndində vəfat etmişdir. Atasının vəfatından sonra ögey anası İddiaçı ilə aralarında mülk davası yaranmış və sonuncu atasından qalmış əmlakları ondan tələb etməyə başlamışdır. Hazırkı iddia tələbi ilə bağlı qeyd edir ki, o, ögey anası ilə mərhum atasından qalmış mirasın aralarında məhkəmədən kənar razılaşması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, İddiaçı razılaşmamış və məhkəmə qaydasında bölünməsini bildirmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 887819 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Goranboy rayonu, Balakürd kəndində doğulmuş, atası X7, anası X10r; Rusiya Federasiyasının Həştərxan şəhər nikah sarayı tərəfindən verilmiş İ-KB seriyalı 444824 nömrəli azərbaycan dilinə tərcümə olunmuş nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə İddiaçı arasında nikah xx.xx.1988-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3632 nömrə ilə qeyd edilmişdir; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV-ZQ seriyalı 343960 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1993-cü ildə Gəncə şəhərində “qan dövranı çatışmamazlığı” səbəbindən ölmüşdür; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 322427 nömrəli arayışdan görünür ki, X1 rayonu, Balakürd kəndində xx.xx.2023-cü il tarixdə “beyindaxili qansızma” səbəbindən ölmüşdür; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 828213 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2016-cı ildə Goranboy rayonu, Balakürd kəndində “kardiogen şok” səbəbindən ölmüşdür; Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş 421 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Həsənova X11 rayonu, Balakürd kəndində qeydiyyatdadır, yaşayış və mərhum əri X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, X3 vəfatından sonra arvadı İddiaçı və oğlu Cavabdeh qalmışdır; JN 0082, Kod 50904028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 1,25 hektar torpaq sahəsi Goranboy rayonu, Balakürd kənd sakinləri X3 və İddiaçı mülkiyyətinə verilmişdir; Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Balakürd kəndində yerləşən 0.16 ha torpaq sahəsi X3 mülkiyyətindədir; Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 53.7 kv.m. mənzil X3 mülkiyyətindədir; Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Balakürd kəndində yerləşən 0.09 ha torpaq sahəsinin üzərində yerləşən 199.8 kv.m. əmlak kompleksi X3 mülkiyyətindədir; Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.08 ha torpaq sahəsinin üzərində yerləşən 152.10 kv.m. olan fərdi yaşayış evi ümumbirgə İddiaçı və X3 mülkiyyətindədir; 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli, 2876 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X2 miras qalmış miras əmlakların bölüşdürülməsi məsələsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə, tərəflərin izahatını izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə ilk növbədə miras əmlaka dair vərəsələrin dairəsini və miras qalmış əmlakları araşdıraraq qeyd edir ki, miras qoyan X3 öldüyü məqamədək onun və iddiaçının adına dövlət qeydiyyatına alınmış Goranboy rayonu, Balakürd kəndində yerləşən JN-0082, KOD 50904028 "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən 1,25 ha torpaq sahəsi; Goranboy rayonu, Balakürd kəndində QMƏ-nə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsi, üzərində tikinti sahəsi 98.80 kv. m, olan 2 otaqlı fərdi ev; Seriya RX № 0660751, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2015-ci il Çıxarışa əsasən Goranboy rayonu, Balakürd kəndində X3 adına 0,16 ha həyətyanı torpaq sahəsi; Seriya RX № 0945441, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2016-cı il Çıxarışa əsasən ümumi sahəsi 53,7 kv. m olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon da yerləşən 14 №-libinanın, 57 №-li mənzili; Seriya RX № 1205305, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2018-ci il Çıxarışa əsasən X3 adına Goranboy rayonu, Balakürd kəndində 0,09 ha torpaq sahəsində yerləşən 199,8 kv. m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə; Qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2023-ci il Çıxarışa əsasən iddiaçı və X4 mülkiyyət hüququ ilə məxsus olan Goranboy rayonu, Balakürd kəndində 0,08 ha torpaq sahəsində yerləşən 152,10 kv. m ümumi sahəsi olan fərdi yaşayış evi (daşınmaz əmlaklar) mövcud olmuşdur. İddiaçı və cavabdeh miras qoyan X3 yeganə vərəsələri olmaqla, miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri kimi miras əmlaklar barəsində bərabər pay hüquqlu vərəsələrdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə miras qoyan X7 xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və miras qoyan ölən günədək nikahları ləğv edilməmişdir. Odur ki, yuxarıda qeyd olunan əmlaklar iddiaçı ilə miras qoyanın birgə nikah dövründə əldə edildiyindən onların ümumi birgə mülkiyyətinə daxildir (Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsi). İddiaçı miras əmlakdan ona çatası hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş, lakin tərəflər arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğuna görə notariat ofisi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1291-ci maddəsinə istinad edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Mülki Məcəllənin: 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir; 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır; 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Göründüyü kimi miras fiziki şəxsin ölməsi ilə açılır. Mirasın qəbulu dedikdə, elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək hüququ qazanır. Qeyd olunmalıdır ki, X7 tərəfindən vəsiyyətnamə tərtib edilməmiş və ölümündən sonra onun qanun üzrə birinci dərəcəli vərəsələri arvadı və oğlu qalmışdır. Hazırda tərəflər arasında miras qalmış əmlakın bölüşdürülməsinə dair mübahisə olduğuna görə, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh miras qalmış əmlak üzərində payları məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarını və iş üzrə sadalanan qanunvericilik normalarının tələblərini, mərhumun qanun üzrə vərəsələrinin mirasa dair bərabər pay hüquqlarının olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaklar üzərində İddiaçı və Cavabdeh miras payları ½ hissədə müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaklar üzərində İddiaçı və Cavabdeh miras payları ½ hissədə müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-136/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-136/2024
23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver