Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1373/2023 08.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X24 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mirasın qəbul edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN 22*F saylı kod 509*90*8 “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, *9 iyul 20*6-cı il tarixdə vəfat etmiş X*ndan miras qalmış Goranboy rayonu Tap-Qaraqoyunlu kəndində yerləşən 0.24 ha ölçüdə həyətyanı torpaq sahəsinin onun tərəfindən mirasın qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Goranboy rayonu Tap-Qaraqoyunlu kəndinin sakini olmuş X*na Goranboy rayonu Aqrar İslahat Komissiyasının *7 fevral *999cu il tarixli 07 saylı qərarı ilə 0.24 hektar ölçüdə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair X*nın mülkiyyət hüququ JN 22*F saylı 509*90*8 kodlu “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən təsbit edilmişdir. X* *9 iyul 20*6-cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o, JN 22*F saylı 509*90*8 kodlu “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən anası Balaxanım Qabilovanın mülkiyət hüququ təsbit edildiyi Goranboy rayonu Tap-Qaraqoyunlu kəndində yerlə 0.24 ha ölçüdə həyətyanı torpaq sahəsinə o, sahiblik etmiş, əmlakı idarə etməyə faktik başlamış, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, bununla da həmin əmlak onun mülkiyyəti sayılmışdır. Anasının vəfatından sonra, qeyd edilən 0.24 ha həyətyanı torpaq sahəsini abadlaşdırmış, əkinçiliklə məşğul olmaq üçün münbit torpaq tökdürmüş, ağaclar əkmiş, bağça salmış, həyətyanı torpaq sahəsi üzərində olan fərdi yaşayış evini yeni görkəmə salmış, yeni dəblə təmir etdirmiş, o cümlədən həmin təsərrüfatda yaratdığı əkinçilikdən bəhər götürmüş, habelə həmin bəhərlərdən faydalanmış, yəni satmış və mənfəət əldə etmişdir. Eyni zamanda həmin torpaq sahəsinə başqa şəxslərin istifadə etməsi üçün sərəncam vermişdir. Bununla da, qeyd edilən daşınmaz əmlaka - Goranboy rayonu Tap- Qaraqoyunlu kəndində yerləşən 0.24 ha ölçüdə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir. Hazırda o, Maraqlı şəxsnə müraciət edərək mərhum X*ndan miras qalmış Goranboy rayonu Tap-Qaraqoyunlu kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsə kimi tanınmağı və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Müraciəti *5.07.2022-ci il tarixli 207 nömrəli məktubla cavablandırılmış və həmin məktubda bildirilmişdir ki, “tərəfinizdən mirasın faktiki qəbulu təqdim etdiyiniz sənədlərdən müəyyən edilməmişdir. Odur ki, mirasın qəbulu ilə bağlı ötürülmüş prosessual müddətin bərpası ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir”. Ona ünvanlanmış bu imtinanı o, düzgün hesab etmir. Çünki, yuxarıda qeyd etdiyi kimi, X*ndan miras qalmış Goranboy rayonu Tap- Qaraqoyunlu kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi-mirasın kütləsi onun tərəfindən qəbul edilmişdir. Əlavə olaraq bildirir ki, o, mərhum anasından miras qalmış Goranboy rayonu Tap-Qaraqoyunlu kəndində yerləşən 0.24 ha ölçüdə həyətyanı torpaq sahəsini, qanun üzrə birinci növbəli vərəsə olaraq qəbul etmiş və həmin mirası qəbul etdiyi andan mirasa mülkiyyət hüququ əmələ gəlmişdir, o cümlədən o, mirasın qəbulundan imtina etməmişdir. Goranboy rayonu Tap-Qaraqoyunlu kəndində yerləşən 0.24 ha ölçüdə həyətyanı torpaq sahəsi anasının mülkiyyəti olmuş və o, öz növbəsində anasının qanun üzrə birinci növbəli vərəsəsi olduğundan, qeyd edilən miras əmlak onun tərəfindən də qəbul edilmiş və o, həmin əmlaka sahiblik etməklə, o cümlədən faktiki idarə etməklə mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, Goranboy rayonu Tap-Qaraqoyunlu kəndində yerləşən 0.24 torpaq sahəsi ona, qardaşlarına və bacısına mərhum anası tərəfindən miras qalmışdır. Bacısı və qardaşları miras payından imtina etmiş və o, vərəsə kimi tək qalmışdır. Hazırda mərhum anasından miras qalmış pay torpağını o, idarə edir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 22*F, Kod 509*90*8 nömrəli “Torpağın müalkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının *7 fevral *999-cu il tarixli, 07 saylı qərarına əsasən 0,24 hektar torpaq sahəsi Goranboy rayonu, Tap-Qaraqoyunlu kənd sakini X3 mülkiyyətinə verilmişdir; Qasım İsmayılov rayon Tapqaraqoyunlu kənd sovetliyi tərəfindən verilmiş, İ-ИЕ seriyalı 503209 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*9 ilə X7 arasında nikah 24 fevral *966-cı il tarixdə bağlanmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 4 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Qəbilova” soyadı verilmişdir; Qasım İsmayılov rayon Tapqaraoyunlu kənd sovetliyi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı 337635 nömrəli ölüm haqqında şəhadətnamənin Goranboy Tapqaraoyunlu notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*9 27.*2.*986-cı ildə “mədə qanaxması, mədə xərçəngi” səbəbindən ölmüşdür; Goranboy rayon Tapqaraoyunlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 828037 nömrəli ölüm haqqında şəhadətnamənin Goranboy Tapqaraoyunlu notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 *9.07.20*6-cı il tarixdə “beynəqansızma” səbəbindən ölmüşdür; Goranboy rayon Tapqaraoyunlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 ölümündən sonra qalan vərəsələri X8, X20, X*0, X*7 və Ərizəçidur. X3 adına olan mülkdə hal-hazırda Ərizəçi yaşayır və onun istifadəsindədir; Qasım İsmayılov rayon Tapqaraoyunlu kənd sovetliyi tərəfindən verilmiş АЗБ seriyalı 073647 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*2 xx.xx.*972-ci ildə Qasım İsmayılov rayonu, Tapqaraqoyunlu kəndində doğulmuş, atası X*9, anası X5r; Maraqlı şəxs tərəfindən verilmiş 2279*80003780 nömrəli ərizədən görünür ki, X** *9.07.20*6-cı ildə vəfat etmiş X*nın adına qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də miras payların qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır; Maraqlı şəxs tərəfindən verilmiş 2279*8000378* nömrəli ərizədən görünür ki, X9 *9.07.20*6-cı ildə vəfat etmiş X*nın adına qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də miras payların qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır; Rusiya Federasiyasının Samara şəhər Notatirat ofisi tərəfindən verilmiş ** AA ***2*00 nömrəli Azərbaycan dilinə tərcumə edilmiş ərizədən görünür ki, X*8 *9.07.20*6-cı ildə vəfat etmiş X*nın adına qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də miras payların qəbulu ilə bağlı məhkəməyə iddia ilə müraciət etməyəcək; Rusiya Federasiyasının Samara şəhər Notatirat ofisi tərəfindən verilmiş ** AA ***2256 nömrəli Azərbaycan dilinə tərcumə edilmiş ərizədən görünür ki, X2* *9.07.20*6-cı ildə vəfat etmiş X*nın adına qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də miras payların qəbulu ilə bağlı məhkəməyə iddia ilə müraciət etməyəcək; Maraqlı şəxs tərəfindən verilmiş 207 nömrəli, *5.07.2022 nömrəli məktubundan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilməlidir. Odur ki, mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpası üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir; Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə işin araşdırılmış hallarına, tədqiq edilmiş sübutlara və qüvvədə olan qanunvericiliyə əsasən hesab edir ki, mərhum X2 miras qalmış Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən 0,24 ha torpaq sahəsinə mirasın açıldığı gündən Ərizəçi tərəfindən sahiblik edilmiş və faktik olaraq idarə edilməyə başlanılmış, bununla da sözügedən mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin qanunla müəyyən edilmiş müddətdə müvafiq notariat kontoruna müraciət etmədiyi üçün mirası qəbul etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; **59.* və **59.*.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sayılırlar; *243.* və *243.2-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MPM-in: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, X2 miras qalmış Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən 0,24 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 miras qalmış Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən 0,24 ha torpaq sahəsinin ərizəçı Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1373/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1373/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver