Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-139/2024 01.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbini irəli sürərək Cavabdeh əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 1563 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, yaşadığı ərazidə Cavabdeh abonenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi qazın pulunu vaxtında ödəyir. Heç vaxt Cavabdeh nümayəndələri ilə arasında heç bir mabahisə və yaxud hər hansı bir narazılıq olmamışdır. O qazda nasazlıq yarandığını görmüş və Cavabdehnə müraciət etmişdir. Cavabdeh əməkdaşları yaşadığı ünvanda qaz sayğacına baxış keçirərək qaz sayğacının dayandığını görmüşlər. Azəriqaz” İstehsalat Birliyinin 26 aprel 2023-cü il tarixdə tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-da göstərilir ki, sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın membranı fasilərlə işlədiyindən sayğacı sınaq sorğusunda yoxlamaq mümkün deyildir. Sayğac istismara yararsızdır. Bu səbəbdən də Azəriqaz İB-nin əməkdaşları tərəfindən guya ki, itirilmiş qazın bərpası məqsədi ilə ona 1563 manat cərimə tətbiq edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 1563 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Goranboy regional Qaz İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, istehlakçı İddiaçı istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın membranı fasilərlə işlədiyindən sayğacı sınaq sorğusunda yoxlamaq mümkün deyildir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Gəncə regional Qaz İstismar İdarəsi tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 12960 kubmetr borc hesablanmışdır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş İddiaçı məxsus abonent saldosundan (**********00000) görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə İddiaçı 1555.20 manat borc hesablanmışdır. 2023-cü ilin aprel ayından isə 8,04 manat qalıq borc qalmışdır. Məhkəmə işdə iştirak edən idddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, paylayıcı Cavabdeh X1 istismarı sahəsi ilə istehlakçı İddiaçı arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qaz paylayıcı Cavabdeh X1 istismarı sahəsi tərəfindən Goranboy rayonu Qaradağlı kəndində yerləşən istehlakçının evinə qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın membranı fasilərlə işlədiyindən sayğacı sınaq sorğusunda yoxlamaq mümkün deyildir. Buna görə də abonentə 12960 kubmetr, 1555.20 manat borc hesablanmışdır. İddiaçı 2023-cü ilin aprel ayından isə 8,04 manat qalıq borcu qalmışdır. İşin göstərilən halları işdə iştirak edən iddiaçının izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, öz tələblərinin və etirazlarının əsası kimi istinad edə biləcəyi halları sübut edə bilən sənədləri məhkəməyə təqdim etməmiş və həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə qaz sayğacına konkret olaraq istehlakçı tərəfindən müdaxilə olunması müəyyən edilə bilməz. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. İddiaçı 1563 manat borcun silinməsini tələb etsə də iş materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə istehlakçıya 12960 kubmetr qaz itkisi hesablanmış, borc məbləği 1555.20 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbi 1555.20 manat məblğində borcun silinməsi hissəsində təmin edilməli, qalan borc məbləğinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, İddiaçı 2023-cü ilin aprel ayından isə 8,04 manat qalıq borcu olduğundan iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qərarın qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh tərəfindən Goranboy rayonu Qaradağlı kəndində yaşayan İddiaçı hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 518.40-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Goranboy rayonu Qaradağlı kəndində yaşayan İddiaçı (abonent kodu: **********00000) hesablanmış 1555.20 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-139/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-139/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver