Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1394/2024 24.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən ona (abonent kodu: **********00000) hesablanmış 777.60 manat (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə müraciət edərək onun iştirakı olmadan mülki işə baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan mülki işə işdə olan sübutlar əsasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o İddiaçı, uzun illərdir ki, atası və anası ilə birlikdə Goranboy rayonu Nərimanlı kəndində ata və anasına məxsus evdə yaşamışdır. Lakin 7-8 il bundan əvvəl atası və anası qəfl rəhmətə getmişlər. Bundan sonra qardaşı və o uşaq olduğu üçün xalasının yanında qalmalı olmuşlar. 2020-ci ildə pula ehtiyacı olduğu üçün yaşadığı həmin evi həmkəndlisi X2 şifahi müqavilə əsasında satmışdır. Bundan başqa Seymur Quliyevin qaynatası X1 həmin evlərlə bağlı müəyyən sənədləşmə işlərini aparmaq üçün etibarnamə ilə səlahiyyətlərini ötürmüşdür. Artıq bir neçə illərdir ki, o həmin evdə yaşamır. Lakin artıq 3 ildir ki, həmin evdə X3 və onun ailəsi yaşayır. Seymur bir neçə gün bundan əvvəl ona bildirmişdir ki, Qaz idarəsinin əməkdaşları qazın sayğacına müdaxiləyə görə onun adına cərimə yazmışdırlar. Bununla əlaqədar Qaz idarəsinə yaxınlaşdıqda məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə onun və Seymurun xəbəri olmadan qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod pastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik, cızıq izləri aşkar olunmuşdur. Lakin sayğac onların təsərrüfatından kənarda yerləşmişdir. Buna görə də Cavabdeh tərəfindən ona (abonent kodu: **********00000) hesablanmış 777.60 manat (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-ci il tarixli ******* saylı Aktın surətindən və tələbnamınin surətindən görünür ki, istehlakçı İddiaçı istifadəsində olan sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod pastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik, cızıq izləri aşkar olunmuşdur, buna görə də dəymiş zərər kimi İddiaçı 6480 kubmetr hesablanmışdır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş abonent saldosundan görünür ki, Nərimanlı kıəndi ev 133 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00000 təbii qazın itkisinə görə 777.60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının, isteklakçı barəsində müvafiq inzibati aktın qəbul edilməsi ilə onun təqsirliliyinin müəyyən edilməsinin iş üçün əhəmiyyəti vardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları (inzibati akt, qərar) cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2024-ci il tarixli ******* saylı aktına əsasən İddiaçı (abonent kodu: **********00000) hesablanmış 777.60 manat (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borc silinməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Goranboy rayonu Nərimanlı kəndində yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********00000) təbii qazın itkisinə görə hesablanmış 777.60 manat (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1394/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1394/2024
24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver