Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1405/2023 15.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı ddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1602,52 manat məbləğində itirilmiş qazın həmçinin 36.14 manat ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Azəriqaz” İB tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “Azəriqaz” X1 X3 İdarəsi ilə Cavabdeh (kod: **********00840) arasında xx.xx.2022-ci il tarixli №XS- 29- 00929/22 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər,itirilmiş qazın dəyəri və s.) Belə ki, Gəncə X3 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı 24 oktyabr 2022-ci il tarixli №0177835 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasf’na göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK 29/1710- 00947-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən aralanması halı aşkar edilmişdir. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 12960m3 hesabat aparılaraq və 0.12 qəpiyə vurularaq 1555.20 manat dəyərində dəymiş ziyan hesablanmışdır, həmçinin cavabdeh hər ayın sonuna istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyinə görə 47.32 manat debitor borcu da yaranmışdır. Bununlada abonentin “Azəriqaz” İB-nin X6 İstismarı İdarəsinə ümumilikdə 1602.52 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal hazır ki, vaxta qədər qismən ödəniş etsədə borcunu tam ödəməmişdir. Dəymiş ziyanın tam ödənilməsinə dair xx.xx.2023-cü il tarixli TŞ-xx/xx-0541 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən tam ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı “Azəriqaz” İB ərizə ilə məhkəməyə müraciət edərək, növbəti əmək məzuniyyətinə çıxdığını nəzərə alaraq təyin edilmiş məhkəmə baxışını təxirə salmasını xahiş etmişdir. . Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı tərəfindən ona haqsız olaraq 1555,20 manat məbləğində əlavə borc yazılmışdır, çünki onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməyib. Sayğac onun həyətindən kənarda yerləşdiyi üçün ona başqa şəxslər tərəfindən müdaxilə edilsə də, bunu görə bilməz. Debitor borcunu qəbul edir və hər ay hissə-hissə ödəyir, hazırda nə qədər borcu qalmasını dəqiq deyə bilmir. Ümumi borcuna dair abonent saldosunu məhkəməyə təqdim edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azəriqaz” İB-nin Gəncə RQİİ (paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış XS-29-00929/22 saylı, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri Dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK 29/1710-00947-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən aralanması halı aşkar edilmiş və sayğacın istismara yarasız olduğu müəyyən edilmişdir; xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən sayğaca müdaxiləyə görə dəymiş ziyanın həcmi 12960 m3 hesablanmışdır; xx.xx.2023-cü il tarixli abonentin saldosu sənədindən görünür ki, **********00840 saylı abonent Cavabdeh qızının 2023-cü il iyul ayı üzrə akt görə 1555,20 manat, istehlak etdiyi qaz sərfiyyatına görə isə 23 manat debitor borc olmaqla, ümumilikdə 1578,20 manat borcu yaranmışdır; X2 ********** saylı, 31.052023-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 35,74 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-cü il tarixdə "qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən aralanması halı aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, cavabdehə akt əsasında və istehlak etdiyi qaza görə ümumilikdə 1550,20 manat məbləğində borc və təbii qazın dəyərini ödəmədiyinə görə 47,32 manat debitor borcu hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Göründüyü kimi Cavabdeh evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində cavabdehin iştirakı təmin edilməmiş, yalnız iddiaçı təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Bundan əlavə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarında olan sənədlərdən də görünür ki, istehlakçı hər ay qaz sərfiyyatına görə ödənişini etmişdir. Sayğacda baş verən hər hansı qüsura görə istehlakçı deyil, qaz paylayıcı məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin debitor borc hissəsinə dair qeyd edir ki, "Qaz təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, habelə "Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə, müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, cavabdeh istifadə etdiyi təbii qazın dəyərini müqavilə və qanunvericiliklə müəyyən edilmiş qaydada tam həcmdə ödəmədiyindən “Azəriqaz” İstehsalat Birliyinə 23 manat (2023-cü il iyul ayı üzrə) məbləğində debitor borcu yaranmışdır. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 36,14 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, (iddiaçı dövlət rüsumu olaraq da 35,74 manat ödəmiş, 0,40 manat məbləği isə göstərilmiş xidmətə görə ödəmişdir) iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumunun 5,74 manat hissəsi iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 23 manat debitor borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin hesabına tutulmalıdır. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 23 manat debitor borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin hesabına tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1405/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1405/2023
15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver