Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1406/2023 06.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 İddiaçı üçüncü şəxslər X4, X5, X2, X3 olmaqla cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçı üçüncü şəxslər X4, X5, X2, X3 olmaqla cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək notariat ofisinə və üçüncü şəxslərə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı üçüncü şəxslər X4, X5, X2, X3 olmaqla cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1406/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1406/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver