Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-141/2025 18.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçücü şəxs “X5” ASC-nin nümayəndəsi Nümayəndə işitrakı ilə İddiaçı, üçücü şəxs “X5” ASC olmaqla cavabdeh Goranboy rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı üçücü şəxs “X5” ASC olmaqla cavabdeh Goranboy rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6697 nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-6848 nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6697 nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-6848 nömrəli icra qeydlərinin ləğv edilməlidir. Belə ki, “X5” ASC ona güzəşt etməmiş, əsassız olaraq icra qeydi verilmişdir. Buna görə də Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6697 nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-6848 nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6697 nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-6848 nömrəli icra qeydləri qanunverciliyin tələblərinə uyğun verilmişdir. İddiaçıya bildiriş göndərilmiş, qanunverciliklə müəyyən edilmiş müddət gözlənilmiş, iddiaçının etirazı daxil olmamışdır. Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6697 nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-6848 nömrəli icra qeydlərinin ləğv edilmısi üçün hər hansı əsas mövcud deyildir. Buna görə də İddiaçı, üçücü şəxs “X5” ASC olmaqla cavabdeh Goranboy rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsini xahiş edir. İşdə olan “X5” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2820micKPZ/23 saylı kredit müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli 808micKPZ/21-EM saylı kredit və bank hesabı müqaviləsi çərçivəsində 24 ay müdəttində illik 17% olamaqla 85000 manat kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 2820micKPZ/23 saylı zaminlik müqaviləsindən görünür ki, X4, X1, X6 və X3 xx.xx.2023-cü il tarixli 2820micKPZ/23 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə birgə öhdəliklərin icrasına görə eyni həcmdə məsuliyyət daşıyır. İşdə olan “X5” ASC ilə X4, X1, X2 və X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Goranboy rayonu Faxralı kəndi 0.14 ha torpaq sahəsi və üzərində yerləşən əmlak ipoteka ilə yüklü edilmişdir. İşdə olan Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6697 nömrəli icra qeydindın görünür ki, X4, X2, X1, X6, X3, İddiaçı 73054,92 manat, 472,58 manat cərimə, 25 manat dövlət rüsumu, ümumilikdə 73552,50 manat pul tutulmalıdır. İcra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. İşdə olan Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6848 nömrəli icra qeydindən görünür ki, ipoteka predmeti olan Goranboy rayonu Faxralı kəndi 0.14 ha torpaq sahəsi və üzərində yerləşən əmlaka tutma yönəldilməlidir. İşdə olan“X5” ASC-nin 3 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 2820micKPZ/23 saylı kredit müqaviləsi üzrə İddiaçı 73527,5 manat borcu vardır. İşdə olan“X5” ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ərizədən və qeydə alma barədə ərizədən görürür ki, ərizə qeydə alınmışdır. İşdə olan “X5” ASC-nin hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişdən və poçt qəbzlərindən görünür ki, X4, X2, X1, İddiaçı bildiriş göndərilmiş və tərəflər xx.xx.2024-cü il tarixdə bildirişi almışdır. İşdə olan “X5” ASC-nin icra qeydinin aparılacağı barədə bildidişdən görünür ki, X4, X2, X1, İddiaçı bildiriş göndərilmiş və tərəflər xx.xx.2024-cü il tarixdə bildirişi almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda,e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Göründüyü kimi, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İddiaçı Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6697 nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-6848 nömrəli icra qeydlərinin ləğv edilməsi tələbini irəli sürsə də icra qeydlərinin ləğvi üçün tələbini əsaslandırmamış, Goranboy rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6697 nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-6848 nömrəli icra qeydləri “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılmışdır. Qeyd edilən halda icra qeydinin ləğv edilməsi üçün hər hansı hüquqi əsas olmadığından İddiaçı üçücü şəxs “X5” ASC olmaqla cavabdeh Goranboy rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbi də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 342-344, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı, üçücü şəxs “X5” ASC olmaqla cavabdeh Goranboy rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-141/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-141/2025
18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver