Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1422/2024 24.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ona olan 2030 (iki min otuz) manat məbləğində pulun, hüquqi xidmət üçün ödənilmiş 200 manatın və 40.30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbini irəli sürmüşdür. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2023-cü ildə Goran Ticarət Mərkəzində, Ayla mebel mağazasında tanış olmuşdur. Belə ki, həmin vaxt ailə üzvləri və qohumları ilə birlikdə Ayla mebel mağazasına mebel əşyaları almaq üçün getmişdir. Cavabdeh özünü mağazanın müdiri kimi təqdim etmiş, onları yataq, qonaq və mətbəxt mebelləri ilə tanış etmişdir. Mebel əşyalarının qiymətlərini bildirmiş və alacağı təqdirdə endirimli qiyməti hesablayıb vatsap vasitəsi ilə atacağını bildirmişdir. Həmin gün axşam cavabdeh endirimli qiyməti 2200 manat olaraq hesablayıb ona atmışdır. Bundan sonra cavabdehdən əlavə mebellər də sifariş etmişdir. Cavabdeh də ilkin olaraq mebel materiallarının pulunu ödəməyi tələb etmişdir. Oktyabr ayının sonunadək cavabdehin şəxsi hesabına 2030 manat pul ödəmişdir. Cavabdeh mebelləri 20 gün ərzində təhvil verəcəyini öhdəsinə götürsə də söz verdiyi vaxt mebelləri təhvil verməmişdir. Günlər keçdikcə cavabdeh yalan vədlər verərək onun pulunu mənimsəməyə davam etmişdir. Ardından Goran Ticarət Mərkəzinə getmiş, Ayla mebel mağazasının sahibi ilə tanış olmuşlar. Məlum olmuşdur ki, cavabdeh orada satıcı işləyirmiş. Ancaq özünü onlara müdir kimi təqdim edib dələduzluq yolu ilə onun pulunu mənimsəmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də ödəməkdən boyun qaçırmışdır. Bundan sonra DİN-102 xidmətinə şikayət etmişdir. Ağdaş RPŞ-nin İB-nin HK-1/2200 saylı iş üzrə araşdırılma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Bundan sonra da cavabdeh borcunu ödəyəcəyinə dair söz versə də bundan boyun qaçıraraq pulunu mənimsəməyə davam etməklə 2030 (iki min otuz) manat miqdarda maddi ziyanlıq vurmuşdur. Buna görə də Cavabdeh ona olan 2030 (iki min otuz) manat məbləğində pulun, hüquqi xidmət üçün ödənilmiş 200 manatın və 40.30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, əlavə olaraq iddia ərizəsinin hazırlanmasına, hüquqi xidmətə görə X1 200 manat ödəmişdir. Buna görə də Cavabdeh ona olan 2030 (iki min otuz) manat məbləğində pulun, hüquqi xidmət üçün ödənilmiş 200 manatın və 40.30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş köçürmə məlumatlarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 130 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 300 manat məxaric olunaraq kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Ağdaş RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 icraatında olan HK-1/2200 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Goranboy şəhər sakini Cavabdeh izahatında İddiaçı təxminən 3 ildir ki tanıdığını, münasibətlərinin normal olduğunu, sonradan münasibətlərinin pisləşdiyini, münasibətlərinin pisləşməsinə səbəb İddiaçı mebel satmaq adı ilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 2030 (iki min otuz) manat pul alıb ona qaytarmadığını, Kapital banka məxsus 4169-7388-3691-9062 saylı kartın ona məxsus olduğunu etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 40.30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş tapşırıq müqaviləsi üzrə ödənişdən görünür ki, İddiaçı işlərin yerinə yetirilməsi üçün 200 manat pulu X1 ödəmişdir. Məhkəmə iddiaçının ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh mebel əşyalarının satılması ilə bağlı İddiaçı ilə razılaşmış, bu məqsədlə iddiaçı cavabdehin hesabına müxtəlif vaxtlarda ümumilikdə 2030 manat pul köçürmüşdür. Ağdaş RPŞ-nin İB-nə izahatında Goranboy şəhər sakini Cavabdeh İddiaçı mebel satmaq adı ilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 2030 (iki min otuz) manat pul alıb ona qaytarmadığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə müəyyən edir ki, iddia ərizəsi üzrə ödənilmiş 40.30 manat dövlət rüsumu və xidmət göstərilməsi üçün ödənilmiş 200 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 2030 (iki min otuz) manat məbləğində pul, xidmət göstərilməsi üçün ödənilmiş 200 manat və 40.30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2030 (iki min otuz) manat məbləğində pul, xidmət göstərilməsi üçün ödənilmiş 200 manat və 40.30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1422/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1422/2024
24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver