Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1437/2024 22.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh oğıundaıı 4780 manat borc pulun və dövlət rüsumu kimi ödənilmiş 70 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Ağcabədi şəhərində yaşayır. O, tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyac olduğu üçün borc qəbzinə əsasən qaytarmaq şərti ilə 17 sentyabr 2021-ci il tarixli qəbz ilə 6000 manat borc pul vermişdir. Hazırda yalan vədlər versə də, həmin borca verdiyi pulu qaytarmaq istəmir. Sonradan 1220 manat borcdan ona qaytarmışdır, cavabdehin ona ümumilikdə 4780 manat borcu qalmışdır. Lakin o, bir neçə dəfə cavabdehə 4780 manat borcunu ödəməsini tələb etsə də, cavabdeh ona yalan vədlər verir və onu aldadır, pulunu qaytarmaqdan imtina edir. O, hepatit xəstəliyindən əziyyət çəkir və tez-tez müalicələrdə olmalıdır. Hal-hazırıda müalicəsini davam etdirə bilmir. Ona görə də, cavabdehdən 4780 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 70 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, pulunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı 6000 manat borca pul götürmüş qaytarcağını öz öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli, 21849 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə yazılı əqd əsasında öhdəlik hüquq münasibəti yaranmışdır və bu işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh sadə yazılı əqd əsasında iddiaçıya olan 6000 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, həmin borcan 1220 manatını qaytarmış, nəticədə 4780 manat borcu qalmışdır. İddiaçı cavabdehin müqavilənin şərtlərini pozduğunu iddia edərək vermiş olduğu pulu cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, tərəflər arasında müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. İş materiallarından göründüyü kimi cavabdeh sadə yazılı əqd əsasında iddiaçıya olan 4780 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya olan borcunun geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödəməli olduğu rüsumdan (67,8 manat) artıq rüsum ödəmişdir. Belə olan halda yalnız iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəmiş olduğu 70 manat məbləğində dövlət rüsumunun 67,8 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və artıq ödənilmiş 2,2 manat hissəsi isə iddiaçıya qaytarılmalıdır. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, qaytarılır; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Yekunda məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4780 manat məbləğində borc pul və ödənilmiş 67,8 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı, eyni zamanda artıq ödənilmiş 2,2 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4780 manat məbləğində borc pul və ödənilmiş 67,8 manat məbləğində dövlət rüsumunun əvəzi ödənilsin. Artıq ödənilmiş 2,2 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1437/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1437/2024
22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver