Məhkəmə qərarları › İş №2(045)-1440/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1440/2025

07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1440/2025 07.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X11 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X3 cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat pulun və ödədiyi 145 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə o, 2024cü ilin may ayında tanış olmuşdur. O, Hüseyn Qəhramanov ilə tanış olduqdan sonra Rusiya Federasiyası Nijnivartovsk şəhərində birlikdə yaşamağa başlamışdır. Hüseyn Qəhramnov ilə qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. 25 yanvar 2025-ci il tarixdə X1 şəhərində saxlamışlar və bundan sonra 12 fevral 2025-ci il tarixdə Rusiya Federasiyasından Hüseyn Qəhramanovu deportasiya eləmişlər. Lakin o, Hüseyn Qəhramnova öz ailəsi kimi baxdığı üçün Hüseyn ilə əlaqələrini kəsməmişdir. Hüseyn Qəhramanovun Azərbaycan Respublikasında Dəliməmmədli şəhərində yaşamasına baxmayaraq onun əlaqələri Hüseyn ilə kəsilməmişdir. O, 2025-ci ilin mart ayında Goranboy rayonu Dəliməmmədli şəhərinə gəlmişdir. Hüseyn onunla nikaha düşməsini söz vermişdir. Lakin Novruz bayramı olduğu üçün nigaha düşmək üçün tarixi 06 aprel 2025-ci il tarixə yazılmışdır. O, isə Rusiya Federasiyası qayıtmalı olduğu üçün nikaha düşə bilməmişdir. O və Hüseyn Gəncə şəhərində kirayədə yaşamağa başlamışdır. Bu vaxt ərzində Hüseyn ona Dəliməmmədli kəndində yerləşən evi almağı təklif etmiş və həmin evi 16000 manat alamağı demişdir. O isə razılaşmış, belə ki, Hüseyn ona həmin evi alıb ilə birlikdə yaşamağa təklif etmişdir. Həmin ev isə onun pulu ilə alınmamışdır. 27 mart 2025-ci il tarixdə o, Rusiya Federasiyasına qayıtmışdır. O, Hüseynin ona göstərdiyi evi almaq üçün özümə məxsus “Hyundai Creta” markalı avtomobili satmışdır. Avtomobilin satışından əldə etdiyi pulu ona ev alması üçün Hüseynə göndərmişdir. 16 may 2025-ci il tarixdə ümumilikdə 14000 manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra Hüseyndən ona almasını tələb etmişdir. Lakin Hüseyn ona ev alması əvəzinə VAZ 2106 markalı avtomobil və xırda buynuzlu heyvanları almasını bildirmişdir. O, isə Hüseynə onu aldatmasını və pulu geri qayıtmasını xahiş etmişdir. Lakin Hüseyn onun pulunu geri qaytarmaqdan imtina etmişdi. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf edir və onun həqiqətən də 18000 manat məbləğində iddiaçıya borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rusiya Federasiyası xx.xx.2003-cü il tarixli, 863-006 qeydi ilə verilmiş 67 04 168376 saylı pasportun surətindən görünür ki, X5 xx.xx.1980-cı il tarixdə Rusiya Federasiyası Tümen vilayəti, Nijnevartovsk şəhərində anadan olmuşdur. Rusiya Federasiyası tip P, ölkə kodu RUS, Pasport nömrəsi 77 ******* olan pasportun surətindən görünür ki, X5 xx.xx.1980-cı il tarixdə Tümen vilayətində anadan olmuşdur. Sənədi verən orqan: DİN 86001, verilmə tarixi: xx.xx.2025-ci il. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə № 82306225 saylı bildirişdən görünür ki, X5 16 avqust 2025-ci il tarixdə Yevlax rayonu Aran Ərazi Dairəsi, Aran qəsəbəsi M.Müşfiq küçəsi ev 11, mənzil 9-da qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. Zolotaya Korona vasitəsi ilə göndərilmiş pul köçürmə sistemindən də görünür ki, X5 16 may 2025-ci il tarixdə Cavabdeh adına ümumilikdə 18000 AZN məbləğində pul köçürülməsi etmişdir. 09 iyun 2025-ci il tarixli DİN-nin Goranboy RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X6 tərəfindən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10975 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 145 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə şifahi müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh şifahi əqd əsasında iddiaçıya olan 18000 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh də iddianı qəbul edərək iddiaçıya 18000 manat məbləğində borclu olduğunu etiraf etmişdir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərini əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 18000 manat məbləğində borc pul İddiaçı xeyrinə tutulmalı və 145 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 18000 manat məbləğində borc pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 145 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar