Məhkəmə qərarları › İş №2(045)-145/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-145/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-145/2024 13.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə və mirasdan məcburi pay hüququndan məhrum edilmə” tələbinə dair ərizəsinə, Goranboy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun ləyaqətsiz vərəsəsi hesab edilməsi, onun vəfatından sonra ondan miras qalan və ona çatası məcburi paydan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmiş, lakin buna baxmayaraq tərəflər məhkəmə iclasına təkrar gəlməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, tərəflər göstərilən tarixdə məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10516 saylı qəbzdən görünür ki, İddiaçı 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə və mirasdan məcburi pay hüququndan məhrum edilmə” tələbinə dair müki iş baxılmamış saxlanılsın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar