Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1493/2025 25.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X29 Hafiz Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onları vurduqları zərərə görə 108 000 (yüz səkkiz min) manat pulun və ödədiyi 470 (dörd yüz yetmiş) manat dövlət rüsumunun alınlb iba verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia ərizəsində tələbini onunla əsaslandırmışlar ki, iddiaçılardan İddiaçı1 yaşadığı Goranboy rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu barədə olan 31 may 2016-ci il tarixdə 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş X13 Şəhadətnamənin (qeydiyyat № (VÖEN) **********) surətini ərizəsinə əlavə edib. Bir sahibkar kimi maldarlıqla məşğul olur. İddiaçı2 ilə birlikdə, onun yatağında irbuynuzlu heyvanlar saxlayırlar. Cavabdehləri əvvəllər də, iş şəraitində tanıyırlarmış. Cavabdehlərdən Hüseynov X18 Baytarlıq aptekinin müdiri vəzifəsində işləyir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə Goranboy rayon Baytarlıq İdarəsinin işçiləridirlər. Hər il olduğu kimi bu ildə heyvanlarını dizinfeksiya etdirmək üçün (çimizdirmək üçün) cavabdehlərə müraciət etmişlər. Cavabdehlərdən Cavabdeh1 bunun üçün baytarlıq aptekindən 60% (0,5) litirlik BEX zinina dərmanı vermiş, digər cavabdehlər isə həmin dərman vasitəsi ilə heyvanları dizinfeksiya etdilər (çimizdirdilər). Heç cavabdehlər işlərini başa vura bilməmişdilər ki, heyvanlar ölməyə başlamışlar. Məhkəməyə təqdim etdikləri 14 may 2025-ci il tarixdə tərtib olunmuş Akt-dan görünür ki, iddiaçılar İddiaçı2 məxsus 12 baş iribuynuzlu və İddiaçı1 məxsus 52 baş iribuynuzlu heyvan ölmüşdür. Onlar hesab edirlər ki, həmin heyvanlar cavabdehlərin işlərinə səhlənkar yanaşmalarının nəticəsində ölmüşdür. Cavabdehlərin hərəkətlərinin nəticəsidir ki, onlara ümumilikdə 108 000 (yüz səkkiz min) manat maddi ziyan dəymişdir. Daha sonra Cavabdeh2 tərəfindən məhkəməyə vermiş olduğu etirazında göstərmişdir ki, həmin iş üzrə Goranboy Rayon Prokurorluğunda araşdırılma aparılmış, Goranboy rayon prokurorluğunun böyük müstəntiqi, 2-ci dərəcəli hüquqşünas X9 icraatında olmuş 101C-25 nömrəli materiala əsasən araşdırılmış, 22 may 2025-ci il tarixli qərarında “cinayət işinin başlanılması” rədd edilmişdir (qoşma kimi əlavə olunmuşdur). Həmçinin Azərbaycan Respublikasının X6 X1 11 İyun 2025-ci il tarixli müraciətə baxılması haqqında xx.xx.2025-ci il tarixli, 2-1294/2025№-li cavab məktubunda heyvanların kütləvi tələf olmasına səbəb ola biləcək infeksiyon xəstəlik törədicisi olan Cİ. Perfringensin aşkar edildiyi bildirilmişdir. Eyni zamanda Goranboy rayon X10 İdarəsi və X1 əməkdaşlarının iştirakı ilə heyvanlarda patoloji-anotomik yarma aparılmışdır. Patoloji yarma protokollarına əsasən ölüm səbəbi heyvanların sahibkar tərəfindən qapalı şəraitdə çimizdirilməsi və fosforlu üzvi birləşmələrlə zəhərlənməsi olmuşdur (qoşma kimi əlavə olunmuşdur). İddiaçıların ona qarşı qaldırdığı iddianı qəbul etmir. Hadisənin baş verməsində məlumatsız olmuş. Goranboy rayon Heyvan sağlamlığı və baytarlıq Xidmətləri İdarəsi dərmanlama işi ilə bağlı hər hansı bir göstəriş verməmişdir. İdarənin rəisi olaraq kiməsə bu işin görülməsini tapşırmamış, qeyd edilən hadisəyə görə məsuliyyət daşıya bilməz. Bundan başqa o, fiziki şəxs olaraq dərmanlama işi ilə məşğul deyil və o, hal-hazırda həmin idarədə işləmir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, Arzu müəllimə məxsus heyvandarlıq təsərrüfarında çoban kimi çalışır. Həmin fermada 64 baş iribuynuzlu heyvanları olmuş və həmin heyvanlar Tatarlı kənd ərazisində yataqda saxlanılmışdır. Heyvanlar ildə 3 dəfə müvafiq dərmanla baytarlıq idarəsinin əməkdaşları vasitəsi ilə çimizdirilmişdir. 30 aprel 2025-ci il tarixdə Arzu müəllim Goranboy Baytarlıq Xidmətinin rəisi Elsevər müəllimə zəng edərək, təsərrüfatda dərmanlama işlərinin aparılmasını xahiş etmişdir. Lakin Elsevər müəllim dərmanlarının olmadığını qeyd etmiş və dərman olan kimi sürücü və həkimi yatağa göndərəcəyini demişdir. Daha sonra 09 may 2025-ci il tarixdə ona Baytarlıq İdarəsində sürücü kimi çalışan Ədalət adlı şəxsə zəng edib, nə vaxt gələ biləcəyini soruşmuş, lakin yenə də dərmanlarının olmadığını bildirmişdir. Sabahısı gün isə o, yenidən Ədalətə zəng etmiş, dərmanlama işlərinə nə vaxt gələ biləcəyini soruşmuşdur. Ədalət isə hazırda Naftalan şəhərində dərmanlama işlərini apardığını və oradan çıxıb yatağa gələcəyini qeyd etmişdir. Ədalət bundan başqa avtomobilinə yalnız 500 litr su əlavə edə biləcəyini, dərmanı isə onun tərəfindən alınmasını tapşırmışdır. O da bundan sonra Tatarlı kəndində Zaur adlı şəxsin aptekinə getmiş və “Diazol” dərmanını istəmişdir. Lakin Zaur, ona eyni tərkibli “Bew Zinon 60%” adlı dərmanı təklif etmiş və o, 30 manat pul verərək dərmanı alıb yatağa geri qayıtmışdır. Bir qədər sonra Ədalət xidməti avtomobillə yatağa gəlmiş və həmin avtomobilin çəninə yarım litr dərmanla 500 litr su qatmış və daha sonra aparatı işlək vəziyyətə gətirmişdir. Bundan sonra o, şlanqla heyvaları tam da bağlı olmayan yerdə hamısını birlikdə çimizdirməyə başlamışdır. Proses başa çatandan sonra isə heyvanların vəziyyətinin pisləşdiyini görmüş və buna görə dərhal, heyvanları açıq sahəyə buraxmış, lakin buna baxmayaraq heyvanlar tələf olmağa başlamışdır. Buna görə də o Arzu müəllimə məlumat vermişdir. Bundan sonra, heyvanlara tibbi yardım göstərilmiş, lakin yardımlara baxmayaraq heyvanların həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 digər İddiaçı1 izahatına oxşar izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, onun Goranboy rayonu Safikürd ərazisindı baytarlıq apteki vardır. xx.xx.2025-ci il tarixdə İddiaçı1 ona məxsus aptekə gəlmiş və ondan heyvanları dərmanlamaq üçün “Diazon” adlı dərman preparatı istəmiş, o isə həmin preparatın hazırda aptekdə olmadığını, eyni tərkibli başqa dərmanın olduğunu bildirmişdir. İddiaçı1 da həmin dərman preparatını ondan almışdır. Bu zaman o Bəxtiyara dərmanın istifadəsi ilə bağlı təlimatın dərman preparatın üzərində qeyd olunduğunu və təlimatla tanış olmasını bildirmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Bəxtiyar ona zəng edərək heyvanların halının pisləşməsini bildirmişdir. Daha sonra o baytar həkimlə birlikdə fermaya getmişlər. Orada olan zaman o bir neçə iribuynuzlu heyvana yardım göstərmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, aptek xüsusi lisenziya əsasında fəaliyyət göstərir, bütün preparatlar qanunvericiliyə uyğun şəkildə təqdim olunur və laborator analizdən keçirilir. Sözügedən preparat Qida Təhlükəsizliyi institutu kompleks tədqiqatlar laboratoriyasında sınaqdan keçirilmiş və preparatda hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o Goranboy rayon Baytarlıq Xidmətinin sürücüsü vəzifəsində işləmişdir. İddiaçı1 bir neçə dəfə ona zəng edərək heyvanların dərmanlanması üçün üzərində su çəni olan yük maşını lazım olduğunu və onun fermaya gəlməsini istəmişdir. Buna görə də o, iddiaçının dəvəti ilə fermaya getmişdir. Heyvanların çimizdirilməsi məqsədilə hadisə yerinə rəhbərliyin rəsmi icazəsi və tapşırığı olmadan getmişdir. O, iddiaçılara heyvanların qapalı şəraitdə çimizdirilməsinin təhlükəli olduğunu bildirmişdir. Buna baxmayaraq, iddiaçılar heyvanların qapalı şəraitdə çimizdirilməsini həyata keçirilmişlər ki, nəticədə heyvanlar tələf olmuşdur. Eyni zamanda iddiaçılar bundan əvvəl açıq çğl şəraitində bir it və bir at çimizdirmişlər və hər hansı mənfi hal baş verməmişdir. Heyvanların tərəf olması halı qapalı şəraitdə aparılan çimizdirmə prosesi ilə əlaqəli olduğunu göstərir. Bundan başqa heyvanların çimizdirilməsi üçün istifadə edilmiş dərman və vasitələr iddiaçılar tərəfindən müstəqil şəkildə “Baytarlıq” aptekindən alınmış, həmin vasitələrin seçilməsi və ya tətbiqi onun səlahiyyətlərinə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, sonuncu dəfə Arzu ona zəng edərək heyvanların dərmanla yuyulması üçün idarənin avtomobilini fermaya göndərməyini xahiş etmişdir. Lakin o, Arzuya hazırda idarərə dərman olmadığını və dərman olacağı zaman avtomobil göndərəcəyini bildirmişdir. Bu söhbətdən sonra, onun Arzuyla arasında hər hansı danışıq olmamışdır. Lakin daha sonra ona məlum omuşdur ki, 09 may 2025-ci il tarixdə Arzunun çobanı idarənin sürücüsünə zəng edərək, fermaya gəlməsini xahiş etmişdir. Həmin gün sürücü fermaya getməsə də, növbəti gün, yəni qeyri-iş günü sürücü Ədalət, həmin fermaya getmiş və heyvan sahibi tərəfindən sonuncuya verilmiş dərmanı, avtomobilin xüsusi yerində su ilə qataraq dərmanlama prosesini aparması üçün çobana təqdim etmişdir. Bundan sonra isə çoban təxminən 60 iri buynuzlu heyvanı, bağlı bir yerə yığaraq orada çiləmə üsuli ilə yuyundurmuş və elə bundan sonra heyvanların vəziyyəti pisləşmişdir. Bunu görən çoban həmin heyvanları yığdığı yerdən buraxmış, lakin bundan sonra da heyvanlar sahədə tələf olmağa başlamışdır. Ona dərhal bu barədə məlumat verilmiş və o, hadisə yerinə gedərkən, heyvanların sahədə tələf olduğunu görmüşdür. Baş vermiş hadisənin səbəbi isə çobanın düzgün olmayan qaydada heyvanları yuyundurması olmuşdur. Belə ki, həmin heyvanlar bağlı yerdə yuyulmalı deyildi. Həmin vaxt ümumiyyətlə o, orda olmamış və sürücünün isə həmin gün ora getməsindən xəbərdar olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X19 ifadəsində göstərdi ki, sözügedən heyvanlarda yarma aparılmışlar, lakin zəhərlənmə əlamətlərinə rast gəlməmişdir. Patoloji yarma protokollarına əsasən ölüm səbəbi heyvanların sahibkar tərəfindən qapalı şəraitdə çimizdirilməsi və fosforlu üzvi birləşmələrlə zəhərlənməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində göstərdi ki, sözügedən heyvanlara bir gündən sonra baxış keçirmiş, zəhərlənmənin səbəbi kimi hava vasitəsi ilə keçən zəhərlənmə kimi qeyd etmişdir. Tələf olmuş heyvanların cəsədləri yaşayış məntəqəsindən kənar yerdə quyu qazılaraq basdırılmışdır və ərazi Goranboy rayon HSBX idarəsinin əməkdaşları tərəfindən dezinfeksiya edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Azərbaycan Respublikasının X6nin X1 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri X20 ifadəsində göstərmişdir ki, sözügedən heyvanların tələf olduğunu görmüş, nümunələr götürmüşdür. 5 baş heyvanın ölüm səbəbi qapalı şəraitdə çimizdirilməsi və fosforlu ülvi birləşmələrlə zəhərlənməsi olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X4 İdxan və İxraca nəzarət sektorunun aparıcı məsləhətçisi X12 ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Tatarlı kəndində 64 baş iribuynuzlu heyvanların tələf olması ilə bağlı araşdırmalar aparılmışdır. İddiaçı2 şikayəti əsasında ünvan 1i ünvanında fəaliyyət göstərən Cavabdeh1 məxsus Baytarlıq aptekində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" növbədənkənar yoxlama aparılmışdır. Yoxlama zamanı aşkar edilmiş uyğunsuzluqlarla bağlı vəzifəli şəxs Cavabdeh1 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, qanunvericiliyin tələbləri izah edilmiş və icrası məcburi göstərişlər verilmişdir. Goranboy Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlər İdarəsinin və Agentliyin X1 əməkdaşlarının iştirakı ilə heyvanlarda patolojianatomik yarma aparılmış və protokollaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1982-ci il tarixdə Goranboy rayonun Safıkürd kəndində anadan olmuşdur. Goranboy rayonun Tatarlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1982-ci il tarixdə Goranboy rayonun Safıkürd kəndində anadan olmuşdur. Goranboy rayonun Səfikürd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Goranboy RİHB-nın Tatarlı kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli, № 144 saylı Arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı1 ondan ötrü ki, o,həqiqətən Goranboy rayon Tatarlı kəndində qeydiyatdadır və yaşayır. Qeyd: Təsərrüfatında 10 may 2025-ci il tarixə qədər 52 baş iri-buynuzlu mal-qara olmuşdur. Əsas №03- li təsərrüfatbaşına kitabın 76-cı səhfəsi. Azərbaycan Respublikası Goranboy RİHB-nın Tatarlı kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli, № 143 saylı Arayışdan görünür ki, xx.xx.1974cü il təvəllüdlü İddiaçı2 ondan ötrü ki, o,həqiqətən Goranboy rayon Tatarlı kəndində qeydiyatdadır və yaşayır. Qeyd: Təsərrüfatında 10 may 2025-ci il tarixə qədər 12 baş iri-buynuzlu mal-qara olmuşdur. Əsas №05-li təsərrüfatbaşına kitabın 01-ci səhfəsi. Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin X13 Şəhadətnamədən Qeydiyyat №(VÖEN) ********** görünür ki, İddiaçı1 xx.xx.2016-cı il tarixdə sahibkar kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin X13 Şəhadətnamədən Qeydiyyat №(VÖEN) ********** görünür ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixdə sahibkar kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 15 aprel 2024cü il tarixli Xüsusi Lisenziyadan görünür ki, Cavabdeh1 Baytarlıq preparatlarının satışını həyata keçirməyə icazə verilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi X11 Laboratoriyası tərəfindən verilmiş sınaq protokollarında sınaq nəticələri göstərilmişdir. X2 tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, № 30/04 saylı məktubdan görünür ki, 34 saylı məktubda qeyd olunan iri buynuzlu heyvanların 2025-ci ilin may və iyun aylarında olan orta bazar qiyməti aşağıda göstərilmişdir: 1) Camış 1 ədəd balalı 2-ci qarın doğmuş,təxmini orta bazar qiyməti 2500-3000 manat 2) 1 ədəd camış kəli 2 yaş diri çəkisi təxmini 350-400 kq olan təxmini orta bazar qiyməti 1800-2000 manat 3) 2 ədəd erkək kələ 2 yaş diri çəkisi təxmini 400 kq olan təxmini orta bazar qiyməti 2200-2400 manat 4) 8 baş doğmuş inək yanı balalı 3-cü qarın (5 yaşında doğmuş inək) təxmini orta bazar qiyməti 2300-2500 manat 5) 8 baş erkək dana hər biri 120 kq olan təxmini orta bazar qiyməti 1500-1600 manat 6) 17 baş boğaz inək 2-ci qarın diri çəkisi təxmini 300-350 kq olan təxmini orta bazar qiyməti 2000-2300 manat 7) 10 baş dişi dana diri çəkisi təxmini 240-260 kq olan təxmini orta bazar qiyməti 1600- 1700 manat 8) 8 ədəd boğaz düyə 1-ci qarın diri çəkisi təxmini 280-300 kq olan təxmini orta bazar qiyməti 1700-1800 manat təşkil edir. Goranboy rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas, X17 tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh2 əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X21 tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı2 və İddiaçı1 Goranboy RPŞ-nə etmiş olduğu müraciətin əsasında toplanmış material üzrə cinayət tərkibi əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası X6 X4 tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli, 3-44- 4/2-1294/2025 nömrəli müraciətə baxılması haqqında məktubdan görünür ki, Agentliyin X1, Goranboy rayon İcra Hakimiyyətinin və Goranboy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşlarının iştirakı ilə İddiaçı2 məxsus təsərrüfata baxış keçirilmiş və 3 (üç) baş cəsədin daxili orqanlarından patoloji nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilmişdir. xxxxxxx/LAB04-25001-T-001 nömrəli sınaq protokoluna əsasən, heyvan cəsədlərindən götürülmüş nümunələrin toksikoloji və parazitoloji müayinələri zamanı nümunələrdə uyğunsuzluq aşkar edilməmiş, bakterioloji müayinələri zamanı isə nümunələrdə heyvanların kütləvi tələf olmasına səbəb ola biləcək infeksion xəstəlik törədicisi olan Cl. Perfringens aşkar edilmişdir. Eyni zamanda Goranboy rayon X10 İdarəsi və Agentliyin X1 əməkdaşlarının iştirakı ilə heyvanlarda patoloji- anotomik yarma aparılmışdır. Patoloji yarma protokollarına əsasən ölüm səbəbi heyvanların sahibkar tərəfindən qapalı şəraitdə çimizdirilməsi və fosforlu üzvi birləşmələrlə zəhərlənməsi olmuşdur. 11 may 2025-ci il tarixli Aktdan görünür ki, Agentliyin X1, Goranboy RİH-nin və Goranboy rayon HSBX idarəsinin əməkdaşlarının iştirakı ilə sözügedən təsərrüfata baxış keçirilmiş, müəyyən edilmişdir ki, Goranboy rayon Tatarlı kəndi ərazisində yerləşən heyvandarlıq təsərrüfatında saxlanılan 64 baş iribuynuzlu heyvandan 52 baş İddiaçı1 və və 12 baş İddiaçı2 məxsusdur.Sözügedən təsərrüfatda saxlanılan heyvanların yaylağa getməsi ilə elaqədar sahibkar İddiaçı1 Goranboy rayon, Səfikurd kəndində fəaliyyət göstərən baytarlıq aptekindən "Bew Zinon 60%" (Diazinon tərkibli) baytarlıq preparatını alaraq heyvanları zərərvericilərə qarşı çimizdirmiş və bundan sonra qısa zaman müddətdə heyvanların hamısı tələf olmuşdur. Sahibkarın verdiyi məlumata əsasən özü tərəfindən Goranboy rayon HSBX idarəsinin dezinfeksiyaedici nəqliyyat vasitəsinin çənində məhlul hazırlamış (0,5 litr/500) və heyvanları həmin məhlulla açıq hava şəraitində şlanqla çimizdirmişdir. Çimizdirmədən qısa müddət sonra heyvanlar tələf olmağa başlamışdır. Yuxarıda adları qeyd oluran qurumların və AQTA-nın Gəncə - X8 əməkdaşlarının iştirakı ilə 3 (üç) baş cəsəddən daxili orqanlardan nümunələr götürülərək müayinə uçün AQTİ-nin müvafiq laboratoriyasına göndərilmişdir. Heyvanların çimizdirilməsində istifadə olunan baytarlıq preparatının qalığı Goranboy rayon hüquq mühafizə orqanları tərəfindən götürülduyü üçün sözugedən preparatdan nümunə götürmək mümkün olmamışdır. Tələf olmuş heyvanların cəsədləri yaşayış məntəqəsindən kənar yerdə quyu qazılaraq basdırılmışdır və ərazi Goranboy rayon HSBX idarəsinin əməkdaşları tərəfindən dezinfeksiya edilmişdir. Kapital Bank tərəfindən təqdim edilmiş 9739 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 470 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin, əvvəlki məhkəmə iclasında iştirak edən şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar hər il olduğu kimi bu ildə heyvanlarını dizinfeksiya etdirmək üçün (çimizdirmək üçün) cavabdehlərə müraciət etmişlər. Cavabdehlərdən Cavabdeh1 bunun üçün baytarlıq aptekindən 60% (0,5) litirlik BEX zinina dərmanı vermiş, digər cavabdehlər isə həmin dərman vasitəsi ilə heyvanları dizinfeksiya etdilər (çimizdirdilər). Heç cavabdehlər işlərini başa vura bilməmişdilər ki, heyvanlar ölməyə başlamışlar. Məhkəməyə təqdim etdikləri 14 may 2025-ci il tarixdə tərtib olunmuş Akt-dan görünür ki, iddiaçılar İddiaçı2 məxsus 12 baş iribuynuzlu və İddiaçı1 məxsus 52 baş iribuynuzlu heyvan ölmüşdür. Onlar hesab edirlər ki, həmin heyvanlar cavabdehlərin işlərinə səhlənkar yanaşmalarının nəticəsində ölmüşdür. Cavabdehlərin hərəkətlərinin nəticəsidir ki, onlara ümumilikdə 108000 (yüz səkkiz min) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada konkret iddia üzrə hazırki mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir; Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara məhz 108000 manat məbləğində maddi ziyan vurması, bu məbləğdə ziyanın cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində vurulması, sözügedən ziyanla həmin qanunazidd hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehlərin göstərilən məbləğdə maddi ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə iddiaçının öz tələbini əsaslandırdığı halların mövcud olub-olmamasını yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən qeyd edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iddia ilə bağlı qeyd edir ki, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquqpozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: 1.Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır. 2.Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququ pozan şəxsin təqsirinin olması. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki-hüquq pozuntusunun yaranması üçün dörd şərtin mövcud olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə, həmçinin iddiaçılara məxsus 64 baş iribuynulzu heyvanların tələf olması nəticəsində onlara vurulmuş 108000 manat məbləğində maddi ziyanla bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən təsərrüfatda saxlanılan heyvanların yaylağa getməsi ilə elaqədar sahibkar İddiaçı1 Goranboy rayon, Səfikurd kəndində fəaliyyət göstərən baytarlıq aptekindən "Bew Zinon 60%" (Diazinon tərkibli) baytarlıq preparatını alaraq heyvanları zərərvericilərə qarşı çimizdirmiş və bundan sonra qısa zaman müddətdə heyvanların hamısı tələf olması və həmin ziyanla cavabdehlərin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehlərin həmin 108000 manat ziyanın vurulmasında təqsirli olmalarını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbininə əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası X6nin X1 məktubları ilə iddiaçılara vurulmuş ziyanın dəqiq olaraq məhz iddia ərizəsində göstərilən məbləğdə, yəni 108000 manat məbləğində olması, bu ziyanın cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehlərin həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməli, mülki iş üzrə ödənilmiş 470 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 470 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X30