Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1524/2025 04.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X3 İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki miras əmlak kimi qəbul edilmiş mərhum ataları X1 miras qalmış Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1999-cu il tarixli,35 saylı qərarı ilə ünvan 1 ünvanında fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ka həyətyanı torpaq sahəsinin tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə,həmin əmlaklar üzərində payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən ərizənin verilməsi üçün qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməsinə dair sənəd təqdim edilməmişdir. Mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsinə dair tələb qiymətləndirilməyən iddia olduğundan buna dair ərizənin verilməsinə görə iddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbi” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(045)-1524/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1524/2025
04.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver