Məhkəmə qərarları › İş №2(045)-1525/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1525/2024

20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1525/2024 20.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “birgə mülkiyyətdə olan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Goranboy rayonunun, Qarasuçu kənd ərazisində birgə mülkiyyətdə olan JN № 0084 KOD 50906048 nömrəli dövlət aktı ilə 4,51 ha verilmiş torpaq sahəsinin 1/6 hissəyə, hər birinə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Aqrar İslahat Komisiyasının xx.xx.2000-ci il tarixi 43 saylı qərarı ilə mərhum X1na və onun beş ailə üzvünə ona, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Goranboy Rayon Qarasucu kəndində 4.51 hektar kənd təsərüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Bu haqda torpaq mülkiyyəti hüququna dair J№0084 KOD 50906048 dövlət aktı verilmişdir. X1 xx.xx.2011-ci ildə vəfat etmişdir. Bu müddətdən sonra həmin ərazidə yaşayan qardaşları Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətdə olan pay torpağınıdan istifadə etməyə imkan vermirlər. Bununla bağlı münaqişəsi olmuşdur və Goranboy Rayon Polis Şöbəsində araşdırılma aparılmışdır. O, dəfələrlə özünə düşən pay torpaqdan və mərhum anası Bəyaz Kərimovadan qalan torpaqdan istifadə etmək istəsə də Cavabdeh3 və Cavabdeh4 ona maneçilik törətmişdilər. Odur ki, bu mübahisəni məhkəmə yolu ilə həll etmək və özünə düşən payın müəyyən edilməsinə və mərhum anasından qalan torpaq sahəsində olan payını müəyyənləşdirmək istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 0084, KOD 50906048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 43 saylı qərarına əsasən 4,51 hektar torpaq sahəsi Goranboy rayon Qarasuçu kənd sakinləri X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh2 mülkiyyətinə verilmişdir; Goranboy rayon Qarasuçu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2024cü il tarixli, 187 nömrəli arayışdan görünür ki, Qasımova X7 rayonu, Qarasuçu kəndində yaşayır; Gəncə “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 954455 nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 xx.xx.2014-cü ildə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra X6 “Qasımova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ******* nömrəli arayışdan görünür ki, X8 xx.xx.2011-ci ildə “epileptik status” səbəbindən ölmüşdür. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 43 saylı qərarına əsasən 4,51 hektar torpaq sahəsi Goranboy rayon Qarasuçu kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X9 və Cavabdeh2 birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı birgə mülkiyyətdə olan həmin torpaq sahəsinin bərabər paylara bölünməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin( bundan sonra - Mülki Məcəllə): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 214.1-ci maddəsinə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür; 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Qeyd olunan qanunvericilik normalarının və işin faktiki hallarının təhlili əsasında belə qənaətə gəlmək olar ki, müvafiq işlərə baxılarkən ümumi birgə mülkiyyətdə olan əmlakın paylara bölünməsi məsələsi, ilk növbədə araşdırılmalı və belə bölgü mümkün olduğu halda mülkiyyətçinin hüquqlarının qorunması və təmin edilməsi baxımından əmlak qanunun tələblərinə uyğun olaraq müəyyən edilmiş nisbətlərdə paylara bölünməlidir. Hazırki iş üzrə tərəflər ümumi birgə mülkiyyətdə olan əmlakın paylı mülkiyyətə bölünməsinə dair razılığa gələ bilmədiklərindən, eyni zamanda sözügedən torpaq sahəsi üzərində mülkiyyətçilərin heç birinin payları müəyyənləşdirilmədiyindən, onların pay nisbətləri hüquq müəyyənedici sənəd əsasında müəyyən edildiyindən və əmlakın texniki cəhətdən bölgüsü mümkün olduğundan, həmçinin bu, qanuna və işin hallarına uyğun olduğundan torpaq sahəsi üzərində mülkiyyətçilərin payları məhkəmənin qərarı ilə bərabər, yəni 1/6 hissədə müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Goranboy rayonunun, Qarasuçu kənd ərazisində birgə mülkiyyətdə olan JN № 0084 KOD 50906048 nömrəli dövlət aktı ilə verilmiş 4,51 ha torpaq sahəsi üzərində ümumi birgə mülıkiyyətçilər olan İddiaçı, X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 payları 1/6 hissədə müəyyən olunmalıdır. Qeyd olanlara əsasən və MPM-216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy rayonunun, Qarasuçu kənd ərazisində birgə mülkiyyətdə olan JN № 0084 KOD 50906048 nömrəli dövlət aktı ilə verilmiş 4,51 ha torpaq sahəsi üzərində ümumi birgə mülıkiyyətçilər olan İddiaçı, X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 payları 1/6 hissədə müəyyən olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar