Məhkəmə qərarları › İş №2(045)-153/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-153/2023

16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-153/2023 16.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160000 (bir yüz altmış min) manat pulun və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən 2012-ci ildə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində 0,20 ha torpaq sahəsinin onun adına sənədləşdirməklə mülkiyyətinə verəcəyini vəd edərək ondan 100000 manat pul almışdır. Bundan başqa yuxarıda qeyd edilən həmin ərazidə daha 0,15 ha torpaq sahəini onun mülkiyyətinə verəcəyini vəd edərək 60000 manat pul almışdır. Lakin Cavabdeh vədinə əməl etməmiş və onu aldadaraq ümumilikdə 160000 manat pulunu aldatma yolu ilə ələ keçirmişdir. Cavabdeh haqqında, zərərçəkmiş qismində tanındığı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-34/2022 saylı hökmü ilə Cavabdeh onun etibarından sui-istifadə etməklə 160000 manat pulunu ələ keçirməsi öz təsdiqini tapmışdır. Hökmdə ona dəymiş ziyanın mülki qaydada tələb edilməsi izah edilmişdir. Odur ki, Cavabdeh 160000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili X3 ərizə ilə məhkəməyə müraciət edərək, iş həcmi ilə əlaqədar məhkəmə iclasının iddiaçının və onun iştirakı olmadan keçirliməsini və iddia tələbinin tam təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhməmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edib tələb edilən məbləğin cinayət nəticəsində vurulmuş ziyan olduğunu və bu faktı təsdiq edən müvafiq məhkəmə hökmünün işə əlavə edildiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi iiə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; "xxxx" ASC-nin 12213 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı hazırkı iddia tələbi üzrə 450 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 1(100)-34/2022 saylı, 31 yanvar 2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 iyun 2012-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləyən X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 2013-cü ilin may ayında Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 may küçəsində yerləşən X5 və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0.20 ha torpaq sahəsinin İddiaçı adına sənədləşdirilib istifadəsinə verilərək orada aparacağı tikintiyə şəhər İcra hakimiyyətində müvafiq sənədləşdirmə aparılıb icazə verilməsi üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi özünə və Əli Rüstəmliyə xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla tanışı - X4 vasitəsilə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə 2013-cü ilin may ayında istintaqla müəyyən olunmayan gündə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ərazisində Müşfiq Əliyev vasitəsilə 10.000 (on min) manat, 2013-cü ilin may ayında istintaqla müəyyən olunmayan gündə Gəncə şəhəri, H.Əliyev adına meydan ərazisində Müşfiq Əliyev vasitəsilə 90.000 (doxsan min) manat, cəmi 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini İddiaçı alıb, əlbir olduğu Əli Rüstəmli ilə arasında bölüb, səlahiyyəti olmadığı halda Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 may küçəsində yerləşən X5 və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0.20 ha torpaq sahəsinin İddiaçı tərəfindən ticarət və istehsal sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan sərəncamı təqdim etdikdən sonra, 2013-cü ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə qeyd edilən ünvanın arxa tərəfində əlavə 0.15 ha torpaq sahəsinin İddiaçı adına sənədləşdirilib istifadəsinə verilərək orada aparacağı tikintiyə şəhər İcra hakimiyyətində müvafiq sənədləşdirmə aparılıb icazə verilməsi və əvvəlki 0.20 ha torpaq sahəsi də nəzərə alındıqda, ümumilikdə 0.35 ha torpaq sahəsinə dair vahid sərəncam təqdim edilməsi üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi özünə və Əli Rüstəmliyə xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla tanışı - X4 və X2 vasitəsilə 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, Gəncə şəhəri ərazisində İddiaçı qohumu X1 iştirakı ilə İddiaçı vahid niyyətlə 60.000 (altmış min) manat məbləğində pul vəsaitini Əlamdar Paşayev vasitəsilə alıb, ümumilikdə vahid niyyətlə cəmi 160.000 (bir yüz altmış min) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Əli Rüstəmli ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, səlahiyyəti olmadığı halda Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 may küçəsində yerləşən X5 və Texniki baxış şöbəsi binasının cənub tərəfindəki 0.35 ha torpaq sahəsində İddiaçı tərəfindən ticarət və istehsal sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan 985 nömrəli 10 iyun 2013-cü il tarixli sərəncam verilməklə, Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə aldatma və etibardan sui- istifadə etmə yolu ilə İddiaçı 160.000 (yüz altmış min) manat məbləğində - külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı təkrarən təhrik etmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh İddiaçı 160000 manat zərər vurması və zərərin əvəzinin qaytarılmadığı müəyyən edilmişdir. Odur ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MPM-in: 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekunda məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 160000 (bir yüz altmış min) manat məbləğində dəymiş zərər və ödənilmiş 450 (dörd yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 160000 (bir yüz altmış min) manat məbləğində dəymiş zərər və ödənilmiş 450 (dörd yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar