Məhkəmə qərarları › İş №2(045)-1543/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1543/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1543/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X22 qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X5, X6, X*, X3 iştirakları ilə, İddiaçı cavabdehlər * saylı Gəncə Regional Cavabdeh*ndə notariat ofisinə və Cavabdeh2nə qarşı (X*3, X*4, X7, X9 üçüncü şəxslər kimi göstərilməklə) “mirasın qəbul edilməsi üçün müəyyəndləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması və uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Xoylu kəndində yaşamış 0* avqust 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X*0 miras qalmış Goranboy rayonu, Nizami kəndində yerləşən JN-30*F, KOD 50900**8, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamǝyǝ əsasən 0,24 ha həyətyanı torpaq sahəsinə Notariat ofisində vərəsəlik şəhadətnaməsi tərtib edilməsi üçün, miras əmlakın qəbul edilməsinə müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx *966-cı il tarixdə Gəncə şəhərində doğulmuş. Məhkəmǝyǝ təqdim etdiyi 08 oktyabr 2005-ci il tarixli, AZ-* № *69*53 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X*9 arasında 2005-ci ilin *0-cu ayının 08-ci günündə 09 nömrəli nikah bağlanmışdır. Onlar Goranboy rayonunun Xoylu kəndində yaşamışlar, onların öz evi və təsərrüfatı vardır. Bu nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşağı vardır. Həyat yoldaşı X*9 0*.08.2020-ci il tarixdə vəfat etmişdir. Üçüncü şəxs X*3 onun qaynıdır. O, 2023-cü ilin aprel ayında ona bildirib ki, mərhum bacısı X*2 Goranboy rayon Nizami kəndində JN-30*F, KOD 50900**8 saylı "Torpağın mülkiyyətə verilmasinə dair” şəhadətnaməyə əsasan həyətyanı torpaq sahəsində 0,034 ha payı vardır, həyətyanı torpaq sahəsində olan hamin payı “siz vərəsə kimi öz adınıza rəsmiləşdirin”. O, bu məlumatı bildikdan darhal sonra 04 aprel 2023-cü il tarixdə AR ƏN * saylı Gəncə Regional "ASAN XİDMƏT” mərkəzində Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Notariat ofisi *0.04.2023-cü il tarixli, 944 nömrəli maktubla ona cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən “Siz, mirasın qəbul müddətini keçirmisiniz”. Ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *248.*-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Digər Cavabdeh2 də ona miras əmlakın qəbul edilmasi üçün müəyyənlşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması və uzadılması barədə qətnamə təqdim edilməsini tələb etmişdir. O, üçüncü şəxs X5 ona bildirən günədək mərhum X*2 Goranboy rayon Nizamı kəndində adına həyətyanı torpaq sahəsi olmasını bilməmiş, bu torpaq sahəsi barədə ona nə onun özü, nə də ki, bir kimsə məlumat verməmiş, o, tamamilə xəbərsiz olmuşdur. Ona görə də, o, məlumatının olmaması səbəbindən mirası rəsmi qəbul etmək üçün vaxtında notariat orqanına müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, bildirdi ki, miras əmlak onun mərhum həyat yoldaşından qalmış, lakin yoldaşının adına torpaq sahəsinin olmasından xəbəri olmamış, yalnız qaynı bununla bağlı yaxın vaxtlarda ona müraciət etdikdə sözügedən miras əmlakdan xəbərdar olmuşdur. Ona görə mirası qəbul etmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürüb və həmin əmlakı məhkəmə qərarı olmadan qəbul etməyi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X*3 iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X*4 iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı cavabdehlər * saylı Gəncə Regionaı Cavabdeh*ndə notariat ofisi və Cavabdeh2 məhkəməyə gəlməmiş və məhkəmə iclaslarında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 30*F, Kod 50900**8 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Agrar İslahat Komissiyasının *0 sentyabr *997-ci il tarixli, 28 saylı qərarına əsasən, 0.24 hektar torpaq sahəsi Goranboy rayon Nizami kənd sakinləri X*6, X4, X5, X*2, X6, X* və X2 mülkiyyətinə verilmişdir; Goranboy rayon Xoylu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı *69*53 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X*9 arasında nikah 08 oktyabr 2005-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Xoylu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ- İİ seriyalı 24299* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 30 mart 2009-cu ildə Gəncə şəhərində doğulmuş, atası İddiaçı, anası X*5r; Goranboy rayon Nizami kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-* seriyalı 20*755 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X** 29 iyul 2006-cı ildə “qaraciyər serrozu” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 08*9*5 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*9 0*.08.2020-ci ildə “ağ ciyər xərçəngi” səbəbindən ölmüşdür; Goranboy rayon Nizami kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı *3744* nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 04 iyul 2005-ci ildə “beynə qansızma” səbəbindən ölmüşdür; * saylı Gəncə Regional Cavabdeh*ndə notariat ofisi tərəfindən verilmiş 944 nömrəli, *0 aprel 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Mirasın qəbulu və ya ötürülmüş prosessual müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə görülmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, miras qoyan X*9 0*.08.2020-ci il tarixdə ölmüşdür. İddiaçı onun əri olduğu üçün mərhumənin birinci növbə vərəsələrindən hesab olunur. O, arvadı X*0 miras qalmasından yaxın vaxtlarda xəbəri olduğuna görə mirası qəbul etmək üçün vaxtında notariat ofisinə müraciət edə bilməməsinə, miras qalmış əmlakdan xəbərsiz olmasına istinad edərək, miras əmlakın qəbulu üçün müəyyəndləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması və uzadılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **94-cü maddəsinin şərh edilməsinə dair” 20*4-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): **45-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; **46-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin **5*.*-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərində mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin *243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin *246 və *248.*-ci maddələrində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 20**-ci il 5 dekabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin *248.*-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *4 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, qanunvericinin müəyyən etdiyi mirasın qəbul edildiyi müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin *248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin *246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Göstərilənlər baxımından, Mülki Məcəllənin *246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Həmçinin, qeyd olunur ki, Mülki Məcəllənin *248.*-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Hazırkı iş üzrə iddiaçı qanun üzrə vərəsəlik hüququnu başqa qaydada realizə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuş və onun arvadından miras qalmasını bilməməsinə dair dəlilləri ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin miras əmlakla bağlı mübahisənin olmaması, mülki dövriyyənin davamlılığı və fasiləsizliyi, hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərinin qorunmasının zəruriliyi, iddiaçının mirasın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üşün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 2*7.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, 0*.08.2020-ci il tarixdə vəfat etmiş X*0 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilməklə, ötürülmüş prosessual müddət İddiaçı münasibətdə bərpa edilməli və mirasın qəbulu müddəti 2 (iki) ay uzadılmaqla, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 0*.08.2020-ci il tarixdə vəfat etmiş X*0 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilməklə, ötürülmüş prosessual müddət İddiaçı münasibətdə bərpa edilsin və mirasın qəbulu müddəti 2 (iki) ay uzadılmaqla, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar