Məhkəmə qərarları › İş №2(045)-1572/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1572/2023

19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1572/2023 19.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki o, 2016-cı ildə cavabdehlə razılaşaraq ona məxsus Goranboy rayonu Qızılhacılı kəndində yerləşən 0.30 ha torpaq sahəsini 16000 manata almaq qərarına gəlmişdir. O, torpağa görə pulu hissə-hissə cavabdehə ödəmişdir. Qeyd edir ki, cavabdeh ondan 16500 manat pul alsa da onun torpağını verməmişdir. Cavabdeh ona demişdir ki, “mənim 3 oğlum var və həmin torpaqda oğlanlarıma ev tikəcəm, pulunu da qaytaracam”. Bildirir ki, borcundan 2500 manat qaytarılsa da, cavabdeh günü-günə sataraq bugünə kimi qalıq 14000 manat pulunu qaytarmamışdır. Odur ki, cavabdehə verdiyi 14000 manat pulun qaytarılması, pulun cavabdeh tərəfindən yaxın vaxtda qaytaracaqları ilə bağlı vədləri, iddia ərizəsinə əlavə etdiyi danışıqların yazılması ilə bağlı diskdə bütün bunlar tam sübut olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf edir və onun həqiqətən də 14000 manat məbləğində iddiaçıya borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirdi ki, İddiaçı torpağ sahəsini almaq məqsədi ilə ondan borca pul almış, lakin sonra görmüşdür ki, həmin torpaq sahəsinin alınması real deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan torpaq sahəsini satmağı, iddiaçı isə həmin müqavilə üzrə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi icra edərək, torpaq sahəsinin 16500 manat dəyərini Cavabdeh ödəmiş, cavabdeh isə üzərinə düşən öhdəliyini icra etməyərək torpağı alıcıya verməmiş, nəticədə iddiaçıya aldığı pulun bir qismini geri qaytarmış və qalıq 14000 manat borcu yaranmışdır, buna görə iddiaçının cavabdehdən verdiyi pulun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh də iddianı qəbul edərək iddiaçıya 14000 manat məbləğində borclu olduğunu etiraf etmişdir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərini əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 14000 (on dörd min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 14000 (on dörd min) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar