Məhkəmə qərarları › İş №2(045)-158/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-158/2024

14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-158/2024 14.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «mirasın qəbul edilməsi və miras əmlakda payın müəyyən edilməsi» tələbi üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4nun ölümündən sonra miras qalmış fərdi yaşayış evi, mərhum anası X3 ölümündən sonra Aqrar İslahat Komissiyasının verdiyi JN-026F saylı şəhadətnamə ilə yaşadığı evin həyətyanı torpaq sahəsində, kənd təsərrüfatı təyinatlı JN-0080 saylı şəhadətnamədə həm atası, həm də anasının payı olan 1,93 ha torpaq sahəsində miras qalmış payları qəbul etmiş tək vərəsə olması və vərəsəlik hüququ əsasında miras əmlaka tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1961-ci ildə Goranboy rayonu Şahməmmədli kəndində anadan olmuşdur, subaydır. Doğulduğu gündən hazırkı vaxtadək ata-ana evində yaşayır. X4 - 2002-ci ildə, anası X7 2012-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra Goranboy rayonu, Şahməmmədli kəndində fərdi yaşayış evi, anasının ölümündən sonra Aqrar İslahat Komissiyasının verdiyi JN-026F saylı şəhadətnamə ilə yaşadığı evin həyətyanı torpaq sahəsində və kənd təsərrüfatı təyinatlı JN-0080 saylı şəhadətnamədə isə həm atasının, həm də anasının payı olan 1.93 ha torpaq sahəsi miras qalmışdır. Ata və anasının ölümündən sonra hazırkı iddia üzrə cavabdehlər onun doğma qardaş və bacılarıdlr. Onlar ata və anasının vəfatından əvvəl ailə qurub və ayrı təsərrüfat olmaqla öz evlərində yaşayıblar. Yeganə vərəsə olaraq o həm miras qalmış evi, həm həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq idarə edir. Ona görə də hesab edir ki, onun mərhum ata və anasından miras qalmış daşınmaz əmlakları faktiki idarə etməklə qəbul etmiş tək vərəsədir. O vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Goranboy rayon Notariat ofisinin xx.xx.2023-cti il tarixli, 333 saylı məktubu ilə ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, vərəsəliyin qəbulu ilə müəyyən edilmiş 6 aylıq müddət ötürülmüşdür. Odur ki, məhkəməyə iddia ərzəsi ilə müraciət etməklə valideynlərindən miras qalmış daşınmaz əmlakları faktiki idarə etməklə qəbul etməyi və valideynlərindən miras qalmış daşınmaz əmlaklarda tam pay hüququnun müəyyən edilməsini iddia edir. Buna görə də mərhum X4nun ölümündən sonra miras qalmış fərdi yaşayış evi, mərhum anası X3 ölümündən sonra Aqrar İslahat Komissiyasının verdiyi JN-026F saylı şəhadətnamə ilə yaşadığı evin həyətyanı torpaq sahəsində, kənd təsərrüfatı təyinatlı JN-0080 saylı şəhadətnamədə həm atası, həm də anasının payı olan 1,93 ha torpaq sahəsində miras qalmış payları qəbul etmiş tək vərəsə olması və vərəslik hüququ əsasında miras əmlaka tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, atasından və anasından miras qalmış fərdi yaşayış evi və torpaq sahələrini o qəbul etmişdir. Qardaşı onu notariusa apararaq nəsə yazdırmışdır. O savadı olmadığı üçün mirası qəbul etdiyini zənn etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə prosessual hüquq normalarına əsasən iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İƏDÜ nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 2751 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də Şahməmmədli kəndində yaşayır və onun ailə üzvləri tək özündən ibarətdir. Onun atası mərhum X1 rayonunun Şahməmmədli kəndində qeydiyyatda olmaqla yaşamış və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun sağ qalmış vərəsələri aşağıdakılardır: qızı – X8, qızı – İddiaçı, qızı – Cavabdeh2, oğlu – Cavabdeh3, oğlu – Cavabdeh4, oğlu – Cavabdeh5, oğlu – Cavabdeh6. İş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İƏDÜ nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 2882 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də Şahməmmədli kəndində yaşayır və onun ailə üzvləri tək özündən ibarətdir. Onun atası mərhum X1 şəhərinin Şahməmmədli kəndində qeydiyyatda olmaqla yaşamış və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun sağ qalmış vərəsələri aşağıdakılardır: qızı – X8, qızı – İddiaçı, qızı – Cavabdeh2, oğlu – Cavabdeh3, oğlu – Cavabdeh4, oğlu – Cavabdeh5, oğlu – Cavabdeh6. Şahməmmədli kənd sakini İddiaçı xx.xx.2002-ci ildə ölmüş X4na məxsus olan evdə yaşamış, sonradan anası X7 ilə birgə yaşamışdır. İş materiallarında olan İddiaçı Goranboy rayon Dövlət notariat kontoruna ünvanlanmış 29 mart 2012-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X4nun bütün miras əmlaklarından ona çatası miras payı rəsmi olaraq qəbul eməmişdir və qəbul etmir. İş materiallarında olan Goranboy rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 67 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 barədə Goranboy rayon notariat ofisində vərəsəlik işi açılmamışdır. xx.xx.2012-ci ildə vəfat etmiş X7 barədə Goranboy rayon notariat ofisində xx.xx.2012-ci il tarixdə vərəslik işi açılmış, həmin vərəsəlik işi ürə mərhumun vərəsələrindən məhz kimin müraciət etməsi barədə qeyd olunan informasiya sistemində məlumat qeyd olunmamışdır. İş materiallarında olan AZ-İ 519191 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 519187 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0080 kod 50901028 saylı dövlət aktından görünür ki, Goranboy rayon Aqrar islahat komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 saylı qərarına əsasən Goranboy rayonu Şahməmmədli kəndində 1,93 ha torpaq sahəsi X6, X3, İddiaçı, Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsi barədə JN-026F kod 50901028 saylı şəhadətnamə üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 saylı qərarına əsasən Goranboy rayonu Şəmmədli kəndində 0,28 ha torpaq sahəsi X3, İddiaçı, Cavabdeh5 qızınən, X10, Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ 333316 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1961-ci ildə doğulmuşdur, X4, anası X5r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik bir tərəfdən susan vərəsənin payının ayrılmasını nəzərdə tutsa da, digər tərəfdən susan vərəsənin payının digər vərəsələrə, hətta yeganə vərəsə olduğu halda sonrakı növbə vərəsəyə keçməsini müəyyən etməklə ziddiyyətli məqamlara yol açmışdır. Təcrübədə yaranan anlaşılmazlıqlar bu ziddiyyətlərdən doğmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında məsələ ilə bağlı hüquqi mövqeyini bildirmişdir. Lakin həmin Qərarda öz əksini tapmış hüquqi mövqelərin mirasdan müəyyən edilmiş müddətdə imtina etməyən vərəsənin mirası qəbul etməsi kimi qiymətləndirilməsi nəticəsinə gəlmək üçün tam əsas verib-verməməsi barədə hakimlər arasında fikir ayrılığı mövcuddur. Bu baxımdan Ali Məhkəmə məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarından göstərilmişdir ki, Mülki Məcəllənin “Vərəsənin susması” adlanan 1273- 1-ci maddəsi vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədiyi halda, susan vərəsənin payının digər vərəsələrə, əgər susan vərəsə həmin növbənin yeganə vərəsəsi olarsa, mirasın sonrakı növbənin vərəsələrinə keçməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı Quliyeva X12 rayon Dövlət notariat kontoruna ünvanlanmış 29 mart 2012-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X4nun bütün miras əmlaklarından ona çatası miras payı rəsmi olaraq qəbul etmədiyini bildirsə də mirasdan vaxtında (3 ay ərzində) imtina etməmiş, bu iradəsini 10 ildən artıq müddət keçdikdən sonra ifadə etdiyindən iddiaçının mirasdan imtinası qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının tələblərini əsas götürərək məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 və onun arvadı xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlak üzərində birinci növbə vərəsələrin payları bərabər şəkildə müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X6 və X3 ölümündən sonra JN-026F kod 50901028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 saylı qərarına X3, İddiaçı, Cavabdeh5 qızının, X10, Cavabdeh2 mülkiyyətində olan Goranboy rayonu Şəmmədli kəndində 0,28 ha torpaq sahəsində X3 payı üzərində miras qoyanın qızı – X8, qızı – İddiaçı, qızı – Cavabdeh2, oğlu – Cavabdeh3, oğlu – Cavabdeh4, oğlu – Cavabdeh5, oğlu – Cavabdeh6 mirası qəbul etdiyi müəyyən edilməli, JN-026F kod 50901028 saylı şəhadətnamə üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 saylı qərarına əsasən Goranboy rayonu Şəmmədli kəndində 0,28 ha torpaq sahəsi üzərində paylar aşağıdakı qaydada müəyyən edilməlidir: X8 -1/35 hissə, İddiaçı - 8/35 hissə, Cavabdeh2 - 8/35 hissə, Cavabdeh3 - 1/35 hissə, Cavabdeh4 - 1/35 hissə, Cavabdeh5 - 8/35 hissə, oğlu – Cavabdeh6 - 8/35 hissə. Həmçinin JN-0080 kod 50901028 saylı dövlət aktı üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 saylı qərarına əsasən X6, X3, İddiaçı, Cavabdeh2 mülkiyyətinə verilmiş Goranboy rayonu Şahməmmədli kəndində 1,93 ha torpaq sahəsində X6 və X3 payları üzərində miras qoyanların qızı – X8, qızı – İddiaçı, qızı – Cavabdeh2, oğlu – Cavabdeh3, oğlu – Cavabdeh4, oğlu – Cavabdeh5, oğlu – Cavabdeh6 mirası qəbul etdiyi müəyyən edilməli, JN-0080 kod 50901028 saylı şəhadətnamə üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 saylı qərarına əsasən Goranboy rayonu Şahməmmədli kəndində 1,93 ha torpaq sahəsi üzərində paylar aşağıdakı qaydada müəyyən edilməlidir: X8 - 2/28 hissə, İddiaçı - 9/28 hissə, Cavabdeh2 - 9/28 hissə, Cavabdeh3 - 2/28 hissə, Cavabdeh4 - 2/28 hissə, Cavabdeh5 - 2/28 hissə, oğlu – Cavabdeh6 - 2/28 hissə. Həmçinin iddiaçının fərdi yaşayış evi üzərində miras payının müəyyən edilməsi tələbinə məhkəmə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qeyd olunan torpaq sahələrində yaşayış sahəsinin olmasına dair mötəbər sübut, fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə hər hansı hüququmüəyyənedici sənəd təqdim etmədiyindən, miras qoyanların fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədi mövcud olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. JN-026F kod 50901028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 saylı qərarına əsasən X3, İddiaçı, Cavabdeh5 qızının, X10, Cavabdeh2 mülkiyyətində olan Goranboy rayonu Şəmmədli kəndində 0,28 ha torpaq sahəsində mərhum X3 payı üzərində miras qoyanın qızı – X8, qızı – İddiaçı, qızı – Cavabdeh2, oğlu – Cavabdeh3, oğlu – Cavabdeh4, oğlu – Cavabdeh5, oğlu – Cavabdeh6 mirası qəbul etdiyi müəyyən edilsin, JN-026F kod 50901028 saylı şəhadətnamə üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 saylı qərarına əsasən Goranboy rayonu Şəmmədli kəndində 0,28 ha torpaq sahəsi üzərində paylar aşağıdakı qaydada müəyyən edilsin: X8 -1/35 hissə, İddiaçı - 8/35 hissə, Cavabdeh2 - 8/35 hissə, Cavabdeh3 - 1/35 hissə, Cavabdeh4 - 1/35 hissə, Cavabdeh5 - 8/35 hissə, oğlu – Cavabdeh6 - 8/35 hissə. JN-0080 kod 50901028 saylı dövlət aktı üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 saylı qərarına əsasən X6, X3, İddiaçı, Cavabdeh2 mülkiyyətinə verilmiş Goranboy rayonu Şahməmmədli kəndində 1,93 ha torpaq sahəsində X6 və X3 payları üzərində miras qoyanların qızı – X8, qızı – İddiaçı, qızı – Cavabdeh2, oğlu – Cavabdeh3, oğlu – Cavabdeh4, oğlu – Cavabdeh5, oğlu – Cavabdeh6 mirası qəbul etdiyi müəyyən edilsin, JN-0080 kod 50901028 saylı şəhadətnamə üzrə Goranboy rayon Aqrar islahat komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 saylı qərarına əsasən Goranboy rayonu Şahməmmədli kəndində 1,93 ha torpaq sahəsi üzərində paylar aşağıdakı qaydada müəyyən edilsin: X8 - 2/28 hissə, İddiaçı - 9/28 hissə, Cavabdeh2 - 9/28 hissə, Cavabdeh3 - 2/28 hissə, Cavabdeh4 - 2/28 hissə, Cavabdeh5 - 2/28 hissə, oğlu – Cavabdeh6 - 2/28 hissə. İddia qalan hissədə rədd edilsin. İddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar