Məhkəmə qərarları › İş №2(045)-1588/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1588/2025

18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1588/2025 18.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı Cavabdehnə qarşı “tənbeh verilmə barədə əmrin ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əsassız olaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə verilmiş *3.06.2025-ci il tarixli 67 nömrəli əmrin ləğv edilməsi, əmək funksiyalarımın yerinə yetirilməsinə törədilən süni maneələrin, qanunsuzluqların cavabdehə qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün ona şərait yaradılması, başqa müəllimlərə verildiyi kimi, ona da normal dərs saatlarının verilməsi, cavabdehin qərəzli, qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş maddi ziyana görə *000 manat, mənəvi ziyana görə isə 300 manat, həmçinin mediasiya xərci qismində ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra -MPM): *52.*.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Yuxarıda göstərilənlərə əsasən, MPM-in *52, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçınun Cavabdehnə qarşı “tənbeh verilmə barədə əmrin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar