Məhkəmə qərarları › İş №2(045)-1602/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1602/2024

19.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1602/2024 19.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Talib qızından müştərək qaydada 29000 (iyirmi doqquz min) manat pulun və ödənilmiş 77 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə o eşitmişdir ki, həmkəndlisi X1 şəhərində ev satır. O da Təranəyə evi almaq istədiyini bildirmişdir. Təranə isə ona dedi ki, evi Cavabdeh1 iştirakı ilə satacaq və ondan sonra o, bütün danışıqları və pulu Cavabdeh1 və onun yoldaşı Cavabdeh2 ilə aparmış və pulu onlara vermişdir. Onlar birlikdə gedib evə baxmışlar və 55000 manata razılaşmışlar. Evə baxmağa onlar birlikdə Təranə, əri Səbuhi, Husaməddin və onun arvadı Cavabdeh2 ilə getmişlər. Razılığa əsasən pulu Husaməddinin evində Təranəyə verməli idi. O, hissə-hissə pulu Husaməddinə və onun yoldaşı Gülnarəyə vermişdir. Ona Husaməddin və onun arvadı Gülnarə zəng edirdilər ki, Təranəyə pul lazımdır. O da pulu aparıb verirdi Husaməddinə. Daha sonra Təranənin qaynatası İmran ona dedi ki, “ev Təranənin adına deyil, nə ağılla olara pul verirsiniz”. Ondan sonra onların razılaşması pozulmuş və o, Təranədən və cavabdehlərdən pulunu istəyəndə dedilər ki, “evi satıb verəcəyik”. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq, 2016-cı ildən bugünə qədər onun pulunu qaytarmamışlar. O, bu barədə polis şöbəsinə də müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmkəndlisi X2 Gəncə şəhərində ev satdığını eşitmişdir. Bununla bağlı Təranə Cəfərovaya müraciət etmiş, sonuncu isə evi Cavabdeh1 iştirakı ilə satacağını və bütün danışıqları onunla aparılmasını bildirmişdir. O, həyat yoldaşı Səbuhi ilə birlikdə Gəncə şəhərində yerləşən mənzilə baxış keçirimişlər və 55000 manata almaları barədə razılığa gəlmişlər. Həmin vaxtdan, yəni 2016-cı il tarixdən o, müxtəlif vaxtlarda Cavabdeh2 yanında onun həyat yoldaşı Cavabdeh1 mərhumə Təranə Cəfərovaya ödənilməsi üçün ümumilikdə 29000 manat məbləğində pul vermişdir. Daha sonra ona məlum olmuşdur ki, alacağı ev Təranəyə məxsus deyildir və o, pulunu cavabdehlərdən istəyəndə ona evi satdıqdan sonra pulunu qaytaracağını bildirmişlər. O, bu barədə polis şöbəsinə də müraciət etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, çox vaxt Cavabdeh1 pul ödəyərkən mərhumə Təranə Cəfərova da orada olurdu. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Gəncə şəhərində Təranə Cəfərovaya məxsus evi 55000 manat qarşılığında almaq qərarına gəlmiş və bildiyi qədəriİddiaçı mərhumə Təranə Cəfərovaya müxtəlif vaxtlarda ümumilikdə 29000 manat pul vermişdir. Daha sonra onlar arasında razılığın pozulduğunu bilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, onun iddiaçının tələb etdiyi pula heç bir aidiyyəti olmamış, o, sadəcə olaraq, İddiaçı ilə Təranə Cəfərovanı tanış etməkdə vasitəçilik etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin Gornaboy filialı (bаnk) ilə X3 (bоrcаlаn) arasında xx.xx.2024-cü il tarixli 150GTUM141390015 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 26 faiz dərəcəsi ilə 18 ay müddətinə 1500 manat məbləğində krеdit vеrmişdir; "xxxx" ASC-nin Gornaboy filialı (bаnk) ilə X4 (bоrcаlаn) arasında xx.xx.2024-cü il tarixli 150GTUM141420002 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 26 faiz dərəcəsi ilə 18 ay müddətinə 1700 manat məbləğində krеdit vеrmişdir; "xxxx" ASC-nin Gornaboy filialı (bаnk) ilə Həmidova Mahirə qızı (bоrcаlаn) arasında xx.xx.2024-cü il tarixli 150GTUM141490018 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 26 faiz dərəcəsi ilə 18 ay müddətinə 1400 manat məbləğində krеdit vеrmişdir; Goranboy rayon Polis şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2023-cü il tarixli “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Goranboy rayonu, Fəxralı kəndində yaşayan İddiaçı ərizəsi əsasında torplanmış HK-1-1852 nömrəli material əsasında araşdırmanın davam etdirilib, qanuni qərar qəbul edilməsi üçün toplanmış material RPŞ-nin İb-nə göndərilmişdir; "xxxx" ASC tərəfindən verilmiş ********** nömrəli və ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 177 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Аzərbаysаn Rеspublikаsının Mülki Məsəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrslu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımınsа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məsəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə işin hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi 29000 manat məbləğində pulu həqiqətən Təranə Cəfərovaya ödənilməsi üçün vasitəçi olaraq cavabdehlərə veribsə, bu zaman həmin vəsait borc olaraq yox, avans kimi verilmiş sayılmalıdır. Lakin işin faktiki hallarından və iş materiallarından göründüyü kimi tərəflər arasında nəinki borc müqaviləsindən irəli gələn, hətta digər hüquq münasibətlərinin yaranmasını təsdiq edəcək, eyni zamanda iddia tələbini əsaslandıra biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmənin qənaətinə görə cavabdehlərin iddiaçıya 29000 manat məbləğində borcunun olması, ümumiyyətlə tərəflər arasında hər hansı müqavilənin bağlanması, iddiaçı tərəfindən cavabdehlərə həmin pulun verilməsi məhkəmə araşdırması və iş materialları ilə sübuta yetirilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia rədd edilməli və mülki iş üzrə ödənilmiş 177 (yüz yetmiş yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 177 (yüz yetmiş yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar