Məhkəmə qərarları › İş №2(045)-1632/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1632/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1632/2023 24.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Halay qızı istehlak etdiyi elektrik enerjisnə görə yaratmış olduğu 947,85 (doqquz yüz qırx yeddi manat səksən beş qəpik) manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Bildiririk ki, Cavabdeh Halay qızı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazasında **********00736 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi istifadə etmiş, xx.xx.2018ci il tarixindən hal-hazıra kimi isə PAUD MP 106 tipli zavod nömrəsi **********4 elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqısatqısının bir tipli müqaviləsi” bağlanınışdır.Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş- Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. xx.xx.2022-cü il tarixdə Goranboy EŞ-nin əməkdaşları Goranboy rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən “EEİQ” na riayət edilməsi vəziyyətini yoxlayarkən Cavabdeh yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zaman yaşayış evində elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı Cavabdeh barəsində “EEİQ” nın tələblərinə uyğun olaraq AKT R № 259598 saylı akt tərtib edilmişdir. Aktın “pozuntunun qısa məzmunu” hissəsində “baxış zamanı məlum olduğu ki, abonent sayğacın altından giriş xəttini zədələyərək kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisindən istifadə edir. Xətdən keçən yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə xətdən keçən cəryan İ=5,5 A, U=0,22 kV və P=0,8 kVt təşkil etdiyi müəyyən edilmişdir.” qeydiyyatı aparılmışdır. Aktın “tələb hissəsində” hissəsində “Sayğacın möhrü açılsın. Giriş xətti bərpa olunsun. Hesablanacaq məbləğ ödənilsin. Əks halda şəbəkədən açılsın.” qeydiyyatı aparılmışdır. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh nümayəndəsi qismində aktın tərtibatında iştirak etmiş Şəhla Qasımova akta imza etməkdən imtina etmişdir. “Mərkəzi Aran ” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən cavabdeh barəsində tərtib olunmuş akta əsasən “Qaydalar”ın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə hesablama aparılaraq dəyəri 459,67 manat təşkil edən 3629 kVt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: P=l,2 kVt W=l,2 kVt x 24 saat x 180 gün x 0,7 = 3629 kVt saat 605 kVt saat x 0.11 = 66,55 manat 3024 kVt saat x 0.13 = 393,12 manat, cəmi: 459,67 manat təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixinə onun iddiaçı "xxxx" ASC-yə 947.85 manat məbləğində debitor borcu qalmışdır. Tərəfimizdən Cavabdeh yaşadığı ünvana 12 may 2023-ci il tarixli 30 nömrəli pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 1011,85 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi,əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh məxsus fərdi yaşayış evinə elektrik enerjisi ilə təchiz edən UG 6807 tipli elektrik hesablama sayğacı yeni əvvəlcədən ödənişli PAUD MP 106 tipli zavod nömrəsi **********4 elektrik hesablama sayğacı ilə əvəz edilərkən onun elektrik enerjisindən istifadəyə görə həmin tarixə 1208,82 manat məbləğində borcu olmuşdur. Yeni sayğac quraşdırıldıqdan sonra xx.xx.2023-cü il tarixinə kimi cavabdeh tərəfindən 1249 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğdən 344 manatı sayğacın kartına, 905 manatı isə onun borcunun ödənilməsinə yönəldilmişdir. Hal-hazırda Cavabdeh elektrik enerjisindən istifadəyə görə ödənilməli olan 947,85 manat məbləğində debitor borcu vardır. İddiaçı Cavabdeh barəsində akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən enerji təchizatı müəssisəsi tərəfindən hər hansı bir hüquqazidd və qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh iddia ərizəsi məhkəməyə verildikdən sonra 140 manat ödəniş etmiş, nəticədə cavabdehin ASC-yə 807,85 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, borcunu hissə-hissə ödəyəcək, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Goranboy EŞ-nin ilə Cavabdeh arasında bağlanmış 616387 nömrəli “enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli” müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC istehlakçının elektrik enerjisi ilə təmin etmək, istehlakçı isə, "xxxx" ASC tərəfindən ona ötürülən elektrik enerjisini dəyərini ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 25 yanvar 2023-cü il tarixli ; seriyalı 283752 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00736) Goranboy rayonu Xanqərvənd kəndində yerləşən sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 259598 nömrəlii icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh oğlu (abonenti kodu **********00736) Goranboy rayon Xanqərvənd kəndində sayğacdan kənar çəkilmiş xətt ləğv edilmiş və 459,67 manat məbləğində borcu yaranmışdır; "xxxx" ASC tərəfindən verilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 1011,85 manat məbləğində borcun 7 gün ərzində təmin edilməsi xahiş edilmiş, əks tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, Cavabdeh borcu 807,85 manat təşkil edir; DVD-diskdən görünür ki, abonentin sayğacına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi müəyyən olunmuşdur; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir; Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Goranboy EŞ-nin əməkdaşları tərəfindən Goranboy rayon, Xanqərvənd kəndində elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən Goranboy rayon, Xanqərvənd kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi aşkar edilmiş və buna dair akt tərtib olunmuşdur. Bundan başqa cavabdehin elektrik enerjisindən istifadəyə görə də ödənilməmiş borcu olduğuna görə nəticədə cavabdehin "xxxx" ASC-yə 807,85 manat məbləğində debitor borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddədə isə qeyd edilir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə Müqavilə bağlanmış, bundan sonra iddiaçı "xxxx" ASC tərəfindən cavabdehin evində elektrik enerjisinin sayğacı quraşdırılmış və abonentin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə elektrik enerjisindən istifadə qaydalarını pozmuş, bununla da "xxxx" ASC-yə ziyan vurmuşdur. Elektrik Enerjisindən istifadə Qaydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plonıb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox otmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbu/edici/ərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. ” 8.17-1-ci bəndinə əsasən “ istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşuldaqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.” 8.17-2-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. ” Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində 30,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidr. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 807,85 (səkkiz yüz yeddi manat, səksən beş qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 807,85 (səkkiz yüz yeddi manat, səksən beş qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar