Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1634/2023 19.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 1019,66 manat borc və ödənilmiş 30,60 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, cavabdehin yaşayış yeri Kəlbəcər ray., Çaykənd kəndi qeyd edilmişdir. Belə olan halda, iddia ərizəsinə ərazi aidiyyəti qaydaları pozulduğu üçün Goranboy Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarxili qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC 30,20 (otuz manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, gəldiyim nəticəyə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 30,20 (otuz manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 30,20 (otuz manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1634/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1634/2023
19.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver